Almaniyanın “Behörden Spiegel” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib

Sərbəst jurnalist kimi fəaliyyət göstərən Peter Slama Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovdan müsahibə götürüb və həmin müsahibə əsasında “Behörden Spiegel” qəzetində “Dünyaya açıq, zəngin mədəniyyətə malik, dünyəvi” adlı məqalə dərc olunub.

Məqalənin əvvəlində Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyis. barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan qədim mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda, habelə qədim İpək Yolunun mərkəzində yerləşir. Çoxsaylı mədəniyyətlərin beşiyi olan ölkə əsrarəngiz təbiətə malikdir. Azərbaycanı Almaniya ilə 200 illik ümumi tarix birləşdirir. XIX əsrin birinci yarısın­da Almaniyadan olan şvablar rus çarı II Katarinanın dəvəti ilə Qafqaza köçüblər və Azərbaycanda Helenfeld, Annenfeld, Qeorqsfeld kimi məskənlər salıblar. Buna görə Almaniya və Azərbaycan ara­sındakı ikitərəfli əlaqələr hələ qədimdən qarşılıqlı etimada, habelə siyasi, iq­tisadi, mədəniyyət, idman, təhsil və səhiyyə sahələrindəki bərabərhüquqlu əməkdaşlığa əsaslanır.

Məqalədə Azərbaycan səfiri barədə məlumat verilir. Onun 1999-cu ildə ölkəmizin Almaniyadakı səfirliyində işlədiyi, 2016-cı ildən etibarən isə səfir kimi fəaliyyət göstərdiyi qeyd olunur.

Ramin Həsənovla müsahibəyə istinadən Azərbaycan-Almaniya münasibətləri barədə aşağıdakı­lar bildirilir: “Almaniya bizim vacib tərəfdaşımızdır, Azərbaycan isə Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olaraq Almaniyanın regiondakı ən mühüm tərəfdaşıdır. Biz, həmçinin ötən il Alma­niyaya ən çox neft ixrac edən səkkizinci ölkə olmuşuqAFR-i iqtisadiyyatımızın şaxələndirilməsi üçün əsas ölkələrdən biri kimi görürük”.

Müəllif iki ölkə arasındakı mədəni və humanitar əlaqələrin də əla səviyyədə olduğunu bildirir. Qeyd edir ki, alman dili Azərbaycanda sevilən populyar xarici dildir. Səfir bu əsnada həmvətənlərinin Almaniyaya marağının böyük olduğunu səfirlik olaraq bunu dəstəkləmək üçün əllərindən gələni etdiklərini bildirir. O qeyd edir ki, səfirlik üçün, həmçinin Almani­yanın müxtəlif regionları ilə birbaşa əlaqələrin yaradılması cəmiyyətlər ara­sındakı münasibətlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Müəllif məqalədə keçmiş Dağlıq Qarabağ münaqişəsinə toxunur, Qarabağın beynəlxalq hüquqa görə Azərbaycana məxsus olduğunu vurğu­layır. Səfir Həsənov münaqişə ilə bağlı bunları qeyd edir: “Sovet İttifaqının da­ğılmasından sonra Ermənistan ölkəmizə hücum edib, Azərbaycanın Dağlıq Qa­rabağ ərazisini 7 ətraf rayonunu işğal edərək orada etnik təmizləmə aparıb. İşğal Azərbaycan ərazisinin 20 faizini əhatə edib ölkədəki hər 10 nəfərdən birini qaçqın məcburi köçkün vəziyyətinə salıb. ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən bütün vasitəçilik səyləri sülh danışıqları nəticəsiz qalıb. Ermənistan Azərbaycanın su­veren ərazilərini işğal etməsini Dağlıq Qarabağda oyuncaq rejimin yaradılması ilə pərdələməyə bu beynəlxalq hüquqa zidd olan hala xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə bəraət qazandırmağa çalışıb”.

Müəllif 30 illik münaqişənin ötən ilin payızında qızışdığını bu müharibənin 1991-1994-cü illərdə baş verən müharibədən daha sürətli, 2016-cı ildə baş verən müharibədən isə daha müasir olduğunu qeyd edir. Vurğulanır ki, bu müharibədə dronlar düşmən hədəflərini müəyyən edib məhv edib, eləcə bunun dünyaya nümayiş etdirilməsi üçün videoqeydə alıb. Əlavə olunur ki, əsas etibarilə ermənilərin yaşadığı Azərbaycana məxsus olan ərazidə baş verən Dağlıq Qarabağ münaqişəsi qədim olduğu qədər, tərəflər arasındakı düşmənçilik qədimdir. Müəllif bildirir ki, Azərbaycanın uğurlu əks-hücumu nəticəsində məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il 10 noyabr tarixində atəşkəs imzalamağa məcbur oldu. Səfir 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat barədə ətraflı məlumat verib.

Müəllif bildirir ki, Azərbaycanın Almaniyadakı imicipis xəbər yaxşı xəbərdir yanormadan yayınma təsir mexanizmi kimiqəbul olunmuş mətbuat tezislərinə görə daha çox mənfi hesab oluna bilər. Səfir bunun səbəbini aşağıdakı kimi izah edir: “Çox zaman Azərbaycanda bir dəfə belə səfərdə olmayan, lakin ölkəmiz barədə yazan real mənzərə yaratdığını iddia edən jurnalistlərə rast gəlirik. Təəssüf ki, bu, bir çox hallarda ölkəmiz barədə birtərəfli məlumatların yayılmasına sonradan düzəldilməsi çətin olan stereotiplərin yaranmasına səbəb olur. Tənqidi jurnalistikanın Almaniyada yüksək dəyərə malik olması bizə məlumdur. Amma tənqid obyektiv olmalı faktlara əsaslanmalıdır. Biz obyektiv əsaslı tənqid üçün həmişə açıq olmuşuq indi belədir. Azərbaycan çoxsaylı etnik qrupların, müxtəlif din mədəniyyət nümayəndələrinin birgə, dinc harmo­niya şəraitində yaşadığı tolerant ölkədir”.

Müəllif qeyd edir ki, ərazidə müxtəlif millətlər, mentalitetlər mədəniyyətlərin bir-biri ilə təması Azərbaycanı dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri edib. Səfir Həsənov aşağıdakıları bildirir: “Ölkəmin daha bir xarakterik xüsusiyyəti dünyəviliyə malik olması­dır. 1918-ci ildə müsəlman Şərqində ilk respublika məhz Azərbaycanda qurulub. Qadınlara seçki hüququnun verilməsi bizim ölkəmizdə Almaniyadan bir neçə ay əvvəl baş verib. Həmçinin müsəlman dünyasındakı ilk opera balet Azərbaycanda ərsəyə gəlib. Sovet İttifaqının dağılmasından sonra dünyəvi demokratik dövlət quruluşuna sahib olmaq da Azərbaycanın öz strateji seçimi olub. 1991-ci ildə müstəqillik əldə etdikdən sonrakı ilk illərdə ölkəmiz bütün geosiyasi çağırışlara təhdidlərə rəğmən çoxsaylı beynəlxalq əməkdaşlıq layihələrinin ideyalarının təşəbbüskarı olub, özünü etibarlı tərəfdaş kimi sü­but edə bilib. Buna Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyimiz töhfəni misal olaraq göstərmək olar. Ener­ji layihələrindən əldə olunan gəlirlər sərmayə qismində yenidən iqtisadiyyatı­mızın şaxələndirilməsinə, uğurlu şəkildə dövlətimizin tərəqqisinə, yeni texnologi­yaların alınmasına gənclərin inkişafı­na cəlb olunub”.

Jurnalist məqalədə səfirliyin koro­navirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ötən ilin martından etibarən tətbiq olu­nan səyahət məhdudlaşdırmalarının Azərbaycan vətəndaşları üçün yarat­dığı çətinlikləri aradan qaldırmaqla da məşğul olduğunu qeyd edir. Səfir Həsənov səfirliyin ölkə vətəndaşlarının problemlərinin həlli istiqamətində həmişə əlçatan olmağa çalışdığı­nı bildirir. Bu əsnada Azərbaycan vətəndaşlarının geri qaytarılmasını təmin etmək məqsədilə Almaniya dövlət orqanları ilə həyata keçirilən yüksək səviyyəli əməkdaşlığı minnətdarlıqla xa­tırladır. Müəllif bildirir ki, Azərbaycan ha­zırda COVID–19 pandemiyasına qarşı gərgin mübarizə aparır. Əgər pandemi­yanın əvvəlində ölkədə 6 test laborato­riyası fəaliyyət göstərirdisə, indi onların sayı 40-a çatıb. Hökumət koronavirus pandemiyasının mənfi təsirlərinin qarşı­sını almaq üçün 2,5 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Səfir ölkə əhalisinin təqribən yarısının bu yardım­lardan yararlandığını qeyd edir. Əlavə edir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunə adlandırıb. Daha sonra səfir bunları əlavə edir: “Azərbaycan koro­navirus pandemiyasına qarşı mübarizə məqsədilə ÜST- 10 milyon ABŞ dolla­rı məbləğində könüllü ianə edib 30-dan çox ölkəyə humanitar maliyyə yardımı həyata keçirib”.

Məqalədə səfir Həsənov Almaniya­nın gözəl rəngarəng ölkə olduğunu, burada səfir kimi fəaliyyət göstərdiyi müddətdə daim özü üçün yeniliklər aşkar etdiyini bildirir. Əlavə olunur ki, Almaniya dünyanın ən inkişaf etmiş elm, texno­logiya nou-xau mərkəzlərindən biri hesab olunur. Azərbaycan səfiri bildirir ki, son zamanlar Almaniyanın beynəlxalq səviyyədə üzərinə daha çox məsuliyyət götürdüyünü, beynəlxalq çağırışlarla daha fəal şəkildə məşğul olduğunu, çoxqütblülüyü təşviq edən aparıcı qüvvə kimi çıxış etdiyini müşahidə edir. Səfir Almaniyanın bu beynəlxalq səylərinin onun xarakteristikasının mühüm amilinə çevrildiyini vurğulayır.

 

Vüqar SEYİDOV,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Berlin

Xalq qəzeti 2021.- 13 fevral.- S.8.