Yeni mədəniyyət strategiyası – gələcək inkişafın prioritetləri

 

Bu günlərdə Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan etdi. Bu, mədəniyyət sahəsində həyata keçirilən islahatlar prosesinə uyğun olaraq reallaşdı­rılacaq istiqamətlərdir. İslahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurs­larının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastruktu­runun qurulması, bu sahədə iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin təşkili, müasir menecment üsullarının uğurlu tətbiqi ilə effektiv idarəetmənin formalaş­dırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.

Söz yox ki, qeyd olunan islahat tədbirləri əhatəli şəkildə hazırlanmaqda olan Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasında öz əksini tapacaqdır.

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin və prioritet sahələrinin müəyyənləşdirilməsi və bu prosesdə geniş ictimai rəyin və yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi əsas məsələ kimi qarşıda durur.

Bu yaxınlarda Prezident İlham Əliyev yeni Mədəniyyət naziri Anar Kərimovu videoformatda qəbul edərkən dövlətin mədəniyyət siyasətinin strateji istiqamətləri barədə ətraflı məlumat vermişdir. Cənab Prezident bildirmişdir ki, milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir. Muğam sənəti bir neçə ölkədə mövcud olması­na baxmayaraq, Azərbaycan muğam sənətinin mərkəzidir. Ölkəmizin sözügedən statusu qorunmalıdır.

Bu prioritetlər mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafat­landırılması zamanı obyektivliyin gözlənməsi, tarixi abidələrin qorunması məsələlərini əhatə edir. Eyni zamanda, azad edilmiş torpaq­larda görüləcək işlər, dini abidələrə xüsusi diqqət ayrılmaması da bu prioritetlərə daxildir. Azərbaycanda dini abidələr xüsusi olaraq qorunurqorunacaq. Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub.

Görüşdə yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılması, siyahıya alınması məsələsinə də diqqət yetirilib. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaş­ma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onları satmaq mümkün olsun. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipul­yasiyalar, əlbəttə ki, mədəni irsimizə çox böyük zərbə vurdu.

Memarlığımız dünya səviyyəsində məşhurdur UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahı­sına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, qədər zəngin memarlıq abidələrimiz var. Eyni zaman­da, son illər ərzində müasir memarlıq əsərləri ya­radılıb. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memar­lıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir. Memarlıq baxımından çox uğurlu bir layihədir. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır.

Dövlət başçımız bildirib ki, inşa olunacaq yeni infrastruktur Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaq­dır. Füzulidə beynəlxalq aeroport tikilir. Oradan Şuşaya məsafə yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə yeni yol açılır. Ancaq Füzuli Beynəlxalq Aeroportu­nun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır.

Bu günlər yeni mədəni layihələrin real­laşmasına start verilmişdir. 2021-ci ilNiza­mi Gəncəvi ili”dir. İlin elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına mədəni irsinə ayrılan yüksək diqqətin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi mütəfəkkiri Niza­mi Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Bu il Şuşada Vaqif poeziya günləri Xarı bül­bülfestivalı bərpa olunmalıdır. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevriləcək. İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsibütün bunlar dövlət tərəfindən qorunur.

Azərbaycanın aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq aşıq sənəti sırf Azərbaycan sənəti kimi qəbul edilir. Gənclərin milli incəsənətə, milli musiqiyə, muğam sənətinə böyük maraqla yanaşması təqdirəlayiq haldır bu uğurlu təcrübə inkişaf olunmalıdır.

Tətbiqi sənət nümunələrinin inkişafı mədəniyyət siyasətinin qarşısında duran önəmli vəzifələrdəndir. Xalçaçılıq sənəti xalqımızın fəxarət mənbələrindən biridir. Azərbaycan tarixi memarlığı dünya səviyyəsində məşhur unikaldır. Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir. Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir.

Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsindəki ermənilər ancaq Azərbaycan Konstitusiyası çərçivəsində normal yaşaya bilərlər. İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi.

Multikultural dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır. Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnəkdir. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.

Heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmır. Məscidlərimizi mənfur düşmən dağıdıb. Altmışdan çox məscid vaxtı ilə işğal edilmiş torpaqlarda dağıdılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq, erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər vətəndaşlarımızdır.

Xalqımız özünün tarixi-mədəni irsi, folk­loru, zəngin ədəbiyyatı, rəssamlıq sənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir.

 

Elçin ORUCOV, Əməkdar mədəniyyət işçisi, rəssam

Xalq qəzeti  2021.- 13 fevral.- S.7.