Günay Əfəndiyeva UNESCO-da Beynəlxalq Türk
Dili Gününün
elan edilməsi ilə bağlı məsləhət
toplantısı
Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva UNESCO üzrə
Türkiyə Milli Komissiyası tərəfindən
təşkil edilən UNESCO-da Beynəlxalq
Türk Dili Gününün elan edilməsi
ilə bağlı məsləhət toplantısında iştirak edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri ilə yanaşı, digər türk əməkdaşlıq təşkilatlarının, o cümlədən Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının rəhbər və nümayəndələri, UNESCO-nun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan üzrə milli komissiyalarının baş katib və təmsilçiləri, eləcə də alimlər və rəsmi şəxslər iştirak ediblər.
Görüşdə
iştirakçılar türkdilli ölkələr
arasında əməkdaşlığın genişlənməsinə,
linqvistik və mədəni müxtəlifliyin
qorunmasına diqqət çəkərək, Beynəlxalq Türk Dili Gününün elan edilməsi
haqqında qətnamə layihəsinin UNESCO-ya
təqdim edilməsi ilə bağlı məsələləri
müzakirə ediblər.
İclası giriş
sözü ilə açan
UNESCO üzrə Türkiyə Milli
Komissiyasının baş katibi
Öcal Oğuz zəngin
türk dilinin mədəni
irsə böyük əsərlər
qazandırdığını və bu dəyərli
dilin daha geniş sivilizasiyalara
yayılmasının vacibliyini
vurğulayıb. Öcal Oğuz,
eyni zamanda, UNESCO
tərəfindən Beynəlxalq Türk Dili Gününün elan edilməsi istiqamətində UNESCO üzrə
türk milli komissiyalar və türkdilli
beynəlxalq təşkilatlarla birgə tədbirlərin
keçirilməsinin vacibliyindən bəhs edib.
Məsləhət toplantısında Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
da çıxış edib.
Fondun prezidenti
öz çıxışında türk dili gününün elan edilməsinin
türkdilli xalqların çoxəsrlik tarixinin və mədəniyyətinin beynəlxalq
miqyasda daha da geniş
tanıdılmasına böyük
töhfələr verəcəyini bildirib.
G.Əfəndiyeva misilsiz mədəni
tarixə malik olan türk xalqlarının həm şifahi, həm də yazılı şəkildə
diqqətəlayiq linqvistik və ədəbi
əsərlər yaratdığını da
qeyd edib.
Fondun prezidenti deyib: “Türk dili qədim tarixə, zəngin köklərə sahibdir. Dilin ən mühüm funksiyası insan dünyasını əks etdirməklə yanaşı, ümumilikdə, mədəniyyəti qorumaq və onu nəsildən-nəslə ötürməkdir. Məhz buna görə də dil şəxsiyyətin, milli xarakterin, xalqın, millətin formalaşmasında mühüm rol oynayır. Türk dili köklü təmələ və geniş coğrafiyaya malikdir”, – deyə o, qeyd edib.
G.Əfəndiyeva əlifbanın hər bir xalqın həyatında, yazılı mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanın və bütövlükdə, türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Latın əlifbasına keçməsi, eyni zamanda, Qazaxıstan və digər türkdilli dövlətlərin də latın qrafikasından istifadə etməklə bağlı aldığı qərarlar ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. O, eyni zamanda, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin “Yunus Emre və Türk dili ili” elan etməsinin bütün Türk dünyası üçün əlamətdar bir hadisə olduğunu vurğulayıb.
Rəhbərlik etdiyi
beynəlxalq təşkilatın fəaliyyətindən söz açan Günay Əfəndiyeva türk
dünyasının qədim və zəngin irsinin
öyrənilməsi və təşviqi məqsədilə
keçirilən tədbirlərin, layihə və
proqramların fondun əsas prioritetlərindən
biri olduğunu bildirib.
Sonda G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun türk dünyasının mədəni irsinin qorunması ilə bağlı təşəbbüsləri həm UNESCO layihələri çərçivəsində, həm də dünya miqyasında dəstəkləyəcəyini vurğulayıb.
Yığıncaq iştirakçıları
Beynəlxalq Türk Dili
Gününün elan
edilməsinə dair fikir
mübadiləsi aparıb və təcrübələri ilə
bağlı müxtəlif təkliflər veriblər
Xalq qəzeti 2021.- 13 fevral.- S.7.