Azərbaycan
Respublikasının İqtisadi
Şurası haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası
Prezidentinin
2021-ci il 12 fevral
tarixli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Azərbaycan Respublikasının
İqtisadi Şurası
(bundan sonra – Şura) “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması
və “Azərbaycan Respublikasının Maliyyə
Sabitliyi Şurasının
yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 iyul tarixli 995 nömrəli Fərmanının
ləğv edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanına uyğun olaraq, ölkənin milli inkişaf prioritetlərini özündə
əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasının,
makroiqtisadi və maliyyə sabitliyinin möhkəmləndirilməsi, iqtisadi
artımın və sosial rifahın yüksəldilməsi, bu sahələrdə koordinasiya
olunmuş siyasətin
həyata keçirilməsi,
habelə səmərəli
tənzimləmə və
hüquqtətbiqetmə praktikasına
nail olunması məqsədilə
yaradılmışdır və
ictimai əsaslarla fəaliyyət göstərən
kollegial orqandır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin
fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər
tutur.
1.3. Şura öz vəzifələrini yerinə
yetirərkən və
hüquqlarını həyata
keçirərkən dövlət
orqanları (qurumları),
beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
2. Şuranın fəaliyyət
istiqamətləri
2.0. Şuranın fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.0.1. ölkədə sosial-iqtisadi inkişafın
ümumi strategiyasının
formalaşdırılmasına dair təkliflər hazırlamaq;
2.0.2. makroiqtisadi siyasət,
makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər
çərçivəsinə dair tövsiyələr hazırlamaq;
2.0.3. iqtisadiyyatda struktur
və institusional islahatlar proqramlarının
hazırlanmasına dair
təkliflər vermək;
2.0.4. iqtisadi sahədə
normativ hüquqi aktların layihələrinin
sosial-iqtisadi inkişaf
strategiyası baxımından
ekspertizasını keçirmək.
3. Şuranın vəzifələri
və hüquqları
3.1. Şuranın vəzifələri
aşağıdakılardır:
3.1.1. bu Əsasnamə
ilə müəyyən
edilən fəaliyyət
istiqamətləri üzrə
dövlət orqanları
(qurumları) arasında
məlumat mübadiləsini
təmin etmək;
3.1.2. Şuranın fəaliyyəti
barədə Azərbaycan
Respublikasının Prezidentinə
hər yarımildə
bir dəfə məlumat vermək;
3.1.3. ölkənin sosial-iqtisadi inkişafına
dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə
də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil
etmək və nəticəsindən asılı
olaraq Azərbaycan Respublikası Prezidentinə
təkliflər vermək;
3.1.4. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə
yetirmək.
3.2. Öz vəzifələrini
həyata keçirmək
üçün Şuranın
aşağıdakı hüquqları
vardır:
3.2.1. bu Əsasnamə
ilə müəyyən
edilən fəaliyyət
istiqamətlərinə uyğun
olaraq görülən
işlərə yerli
və xarici ekspertləri, mütəxəssisləri,
habelə beynəlxalq
təşkilatları, elmi
müəssisələri və
aidiyyəti dövlət
orqanlarını (qurumlarını)
cəlb etmək;
3.2.2. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması
məqsədilə beynəlxalq
təşkilatlarla və
xarici dövlətlərin
aidiyyəti dövlət
orqanları (qurumları)
ilə əməkdaşlıq
etmək;
3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı işçi
qruplar yaratmaq;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı müzakirəyə
təqdim olunan hüquqi aktların layihələrinə rəy
bildirmək;
3.2.5. dövlət orqanlarına (qurumlarına),
yerli özünüidarəetmə
orqanlarına, hüquqi
və fiziki şəxslərə, həmçinin
beynəlxalq təşkilatlara
zəruri məlumatlar
(sənədlər) barədə
sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. Şuranın fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.2.7. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.
4. Şuranın fəaliyyətinin
təşkili
4.1. Şuranın tərkibini
(sədrini və üzvlərini) Azərbaycan
Respublikasının Prezidenti
müəyyən edir.
4.2. Şuranın sədri aşağıdakı vəzifələri
yerinə yetirir:
4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərlik
edir;
4.2.2. Şuranın fəaliyyət
planını təsdiq
edir və onun icrasına nəzarət edir;
4.2.3. Şura üzvlərinin təkliflərini nəzərə
almaqla, Şuranın iclaslarının gündəliyini
müəyyənləşdirir və iclaslara sədrlik edir;
4.2.4. Şuranın qərarlarını
və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.5. Şuranın fəaliyyəti
ilə bağlı müvafiq işçi qruplar yaradır;
4.2.6. Şuranın fəaliyyəti,
o cümlədən sosial-iqtisadi
inkişaf strategiyasının
formalaş¬dırılması və icra vəziyyəti,
ölkədə makroiqtisadi
sabitliyin təmin edilməsi istiqamətində
həyata keçirilən
tədbirlər barədə
Azərbaycan Respublikasının
Prezidentinə hər yarımildən sonrakı
ayın 30-dək məlumat
verilməsini təmin
edir;
4.2.7. Şuranın Katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir;
4.2.8. Şuranı təmsil edir;
4.2.9. Şuranın fəaliyyətinin
təşkili ilə bağlı digər cari işləri görür.
4.3. Şura sədrinin hüquqları aşağıdakılardır:
4.3.1. Şuranın iclaslarını
çağırmaq və
aidiyyəti dövlət
orqanlarının (qurumlarının)
nümayəndələrini bu iclaslara dəvət
etmək;
4.3.2. Şuranın iclaslarında
qəbul edilmiş qərarların, iclasların
nəticələrinə dair
imzalanmış sənədlərin
icrası ilə bağlı tədbirlər
görmək;
4.3.3. Şuranın fəaliyyəti
ilə bağlı digər hüquqları həyata keçirmək.
4.4. Şura üzvlərinin vəzifələri aşağıdakılardır:
4.4.1. Şuranın fəaliyyəti
ilə bağlı məlumatları Şura sədrinin sorğularına
əsasən, tam və
vaxtında təqdim etmək;
4.4.2. Şuranın iclaslarında
qəbul edilmiş qərarların, iclasların
nəticələrinə dair
imzalanmış sənədlərin
icrası ilə bağlı tədbirlər
görmək;
4.4.3. Şuranın fəaliyyəti
ilə bağlı digər vəzifələri
yerinə yetirmək.
4.5. Şura üzvlərinin hüquqları aşağıdakılardır:
4.5.1. Şuranın iclaslarında
və fəaliyyətində
iştirak etmək;
4.5.2. Şuranın iclaslarının
gündəliyi ilə
və baxılması
nəzərdə tutulan
materiallarla əvvəlcədən
tanış olmaq;
4.5.3. Şuranın səlahiyyətlərinə
aid məsələlərə Şuranın iclaslarında
baxmaq barədə təklif vermək;
4.5.4. Şurada qəbul ediləcək qərarlara
dair fikir bildirmək;
4.5.5. Şuranın qərarları
ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy
və təkliflər
vermək;
4.5.6. təmsil etdikləri
qurumun Şura üzrə koordinatorunu müəyyən etmək;
4.5.7. Şuranın fəaliyyəti
ilə bağlı digər hüquqları həyata keçirmək.
4.6. Şuranın fəaliyyətinin
təşkili ilə bağlı işləri Azərbaycan Respublikasının
Mərkəzi Bankında
fəaliyyət göstərən
Şuranın Katibliyi
həyata keçirir.
4.7. Şuranın Katibliyinin tərkibini Azərbaycan Respublikasının Mərkəzi
Bankı müəyyən
edir.
4.8. Şuranın Katibliyi aşağıdakı vəzifələri
yerinə yetirir:
4.8.1. Şuranın fəaliyyəti
ilə bağlı sədrin tapşırıqlarını
icra edir və Şuranın fəaliyyətinin təşkilati
təminatını həyata
keçirir;
4.8.2. Şura üzvlərinin təklifləri əsasında
Şuranın iclaslarının
gündəliyini hazırlayır
və təsdiq olunması üçün
Şuranın sədrinə
təqdim edir;
4.8.3. Şuranın iclaslarının
keçiriləcəyi yer
və vaxt, habelə gündəliyə
daxil edilmiş məsələlər barədə
azı 3 (üç)
iş günü, növbədənkənar iclaslar
zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə
edilməklə Şuranın
üzvlərinə yazılı
məlumat verir;
4.8.4. Şura sədrinin tapşırığı ilə
aidiyyəti dövlət
orqanlarının (qurumlarının),
hüquqi şəxslərin
nümayəndələrini və mütəxəssisləri
Şuranın iclaslarına
dəvət edir;
4.8.5. Şuranın iclaslarını
protokollaşdırır və
iclasın yekun sənədlərinin layihələrini
Şuranın sədrinə
təqdim edir;
4.8.6. imzalanmış sənədlərin icrası
ilə bağlı görülmüş işlər
barədə hesabatları
və digər zəruri məlumatları
əldə edir, onları təhlil edərək ümumiləşdirir;
4.8.7. Şuranın iclaslarının
protokollarının və
Şuranın qərarlarının
surətlərini Şura
üzvlərinə, habelə
qərardan çıxarışı
aidiyyəti dövlət
orqanlarına (qurumlarına)
göndərir;
4.8.8. Şuranın iclaslarında
qəbul olunmuş qərarlarının və
imzalanmış sənədlərin
uçotunu aparır və onların saxlanılmasını təmin
edir;
4.8.9. Şuranın qərarı
ilə onun fəaliyyət istiqamətlərinə
aid məsələlər üzrə
dövlət və yerli özünüidarəetmə
orqanlarına, iqtisadi sahədə fəaliyyət
göstərən subyektlərə
aidiyyəti üzrə
sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər
alır;
4.8.10. Şuranın fəaliyyəti
barədə ictimaiyyəti
məlumatlandırır;
4.8.11. Şuranın fəaliyyəti
ilə bağlı digər işləri həyata keçirir.
4.9. Şuranın iclasları ayda bir dəfədən
az olmayaraq
Şuranın sədri
tərəfindən çağırılır.
Şuranın növbədənkənar iclasları Şura sədrinin və ya Şura üzvlərinin
yarıdan çoxunun
təşəbbüsü ilə çağırılır.
4.10. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin
bitərəf qalmasına
icazə verilmir.
Səslər bərabər olduqda,
Şura sədrinin səsi həlledici hesab olunur.
4.11. Şuranın iclaslarında
qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın
sədri və üzvləri tərəfindən
imzalanır.
4.12. Şuranın yenidən təşkilini və
ləğvini Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir.
Xalq qəzeti 2020.- 13 fevral.- S.2.