Qarabağın bərpasında xarici şirkətlər də fəal iştirak edəcəklər

Mən artıq xariciyerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xariciyerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuzekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Milli tariximizə “44 günlük müharibə”, “İkinci Qarabağ müharibəsi”, “Düşmənin növbəti təxribatının qarşısının alınması üçün başlanan əməliyyatlar”, “Ermənistanı kapitulyasiyaya aparan ay yarımlıq savaş”, “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən 44 gün” və bir çox başqa adlarla düşən müharibə, sözün həqiqi mənasında, regionumuza çoxsaylı reallıqlar gətirdi.

 

Doğrudur, həmin reallıqların önündə “Azərbaycan – Türkiyə – Rusiya”, “Azərbaycan – İranRusiya”, “Azərbaycan – Türkiyə – Gürcüstan” üçtərəfli formatlarının yaradılması və möhkəmləndirilməsi prosesləri dayanır. Dəfələrlə deyildiyi kimi, işğalçılıq, separatçılıq və terrorçuluq əməllərindən əl çəkəcəyi təqdirdə Ermənistan da bu əməkdaşlıq platformalarının tərəflərindən birinə çevrilə bilər. Təəssüf ki, Ermənistan hələ ağlını başına yığa bilmir. Amma buna baxmayaraq, regionun yeni reallıqları sürətlə artır və öz nəticələrini verməkdədir.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Dövlət başçımız Laçının Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra geniş çıxış edibdeyib ki, Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir -- biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik: “Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq”.

Prezident xatırladıb ki, noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşməsi də məhz o bəyanatda təsbit olunur: “Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Biz üç il yarım bundan əvvəl Bakı –Tbilisi --Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər. Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”.

Bəli, həm bölgə, həm də dünya ölkələri Azərbaycanın işğaldan azad edilmiş rayonlarının bərpasında iştirak etməyə maraq göstərirlər. Nəinki Türkiyə, İran, Pakistan dövlətlərinin rəsmiləri bu marağı dilə gətirib və bəziləri hətta konkret əməli işə də başlayıblar. Hətta regionumuzdan xeyli aralıda yerləşən ölkələr də Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər. Yəni Azərbaycan dövlətinin öz ərazilərini düşmən tapdağından azad etməsi bizə həm də dostlarımızı daha yaxından tanımaq imkanı verib.

Hamının yadındadır, Prezident İlham Əliyev ötən il dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə demişdi ki, əsl dostluq özünü çətin anlarda göstərir:Bizim üçünbu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur.”

İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirakla bağlı İtaliya tərəfinə təkliflər verilib” -- deyən dövlət başçımız əlavə etmişdi ki, indi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib: “İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”.

Bu qəbildən olan məlumatlar yetərincədir. Məsələn, İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşü zamanı da səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol digər infrastrukturun yaradılmasında, rəqəmsal innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.

Ekspertlər yazırlar ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası yenidən qurulması, eləcə , iqtisadi inkişaf prosesinə Azərbaycanla dost olan ölkələrin şirkətlərinin cəlb edilməsi mühüm uğurlar vəd edir. Onların fikrincə, 44 günlük müharibə dövründə bizim yanımızda olub, Azərbaycanı dəstəkləyən ölkələrin şirkətləri bugünkü bərpa işlərində fəal iştirak edəcəklər. Hazırda Türkiyənin şirkətləri artıq həmin ərazilərdə fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ötən ay İslamabadda Pakistan, Türkiyə Azərbaycan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, işğal altındakı torpaqlarımızı azad edərkən sizin verdiyiniz dəstəkdən qürur duyduq. Bu torpaqlara həyat vermək rifah gətirmək üçün sizin dəstəyinizi gözləyirik.

Başqa bir fakt. Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən demişdi ki, regiondakı vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır: “Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihəOrdubad Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək...”.

Dövlət başçımızın bu arqumentlərini cavablandıran İran diplomatının fikirləri mətbuatın böyük marağına səbəb olmuşdu: “Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddurİran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.”

Başqa bir xəbərdə isə oxuyuruq ki, Energetika naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan – İtaliya Hökumətlərarası Komissiyasının həmsədri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, hökumətlərarası komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında keçirilən görüşdə tərəflər Azərbaycanla İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eləcə də, işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğu vurğulanıb. Bu baxımdan İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizlənməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Yəni Prezident İlham Əliyevin dediyi kimi, 44 günlük müharibə və onun nəticələri bizə öz dostlarımızı daha yaxından tanımaq imkanı verdi. Məmnunuq ki, bu məzmunlu bəyanat və çıxışlar artıq konkret əməli işlərə çevrilir. Yəni biz Qarabağın əvvəlki hüsnünü bərpa etməklə yanaşı, həm də regiona ilk “ağıllı şəhər” və “ağıllı kənd”ləri gətirəcəyik.

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2021.- 20 fevral.- S.5.