Tibb elmində XX əsrin ən böyük uğuru peyvəndin kəşfi və tətbiqidir

Ölkəmizdə yanvarın 18-dən start götürmüş vaksinasiya prosesi, əhali arasında bu kampaniyaya münasibət, peyvəndin orqanizmdə yaratdığı hallar və onun müsbət tərəfləri ilə bağlı tibb elmləri doktoru Cəfər Əhmədlinin fikirlərini öyrəndik. Xatırladaq ki, o, Azərbaycana koronavirusla mübarizə məqsədilə Moskvadan gəlib və hazırda Bakıdadır. Öncə həkimdən COVID – 19-un mutasiyaya uğraması ilə bağlı yaranan yeni ştammlar barədə məlumat verməsini xahiş etdik. C.Əhmədli dedi:

– Hazırda bir neçə ölkədə koronavirusun yeni ştammı qeydə alınsa da, Azərbaycanda həmin mutasiyalara rast gəlinməyib. Buna səbəb kimi digər ölkələrə gediş – gəlişin məhdud olması, ölkəyə daxil olan şəxslərin isə əvvəlcədən COVID –19 testi verməsidir. Necə ki, COVID –19 Çində yarandı və az müddətdən sonra ölkəmizə gəldi, o cümlədən digər ştammların da buraya gəlmə ehtimalı var. Türkiyədə 200 -ə yaxın yeni ştamma yoluxma halları qeydə alınsa da, 80 milyon əhali üçün aşkarlanan saylar çox azdır. Ümumiyyətlə, RNT tərkibli viruslar daim mutasiyaya uğrayır və yeni xüsusiyyətlər əldə edirlər. Son bir il ərzində COVID –19 virusu da dəfələrlə mutasiyaya uğrayıb. Lakin son üç ştammın məşhur olmasının səbəbi virusun xeyrinə bir mutasiyanın baş verməsidir. Bu o deməkdir ki, koronavirus həyatımızdan çıxa bilər. Amma gözləməli deyilik ki, ya koronavirus mutasiyaya uğrayıb yoluxduruculuq qabiliyyətini itirəcək, ya da onun vilurentliyi, yəni öldürücülüyü azalacaqo, mövsüm xəstəliyi xarakteri alacaq. Buna görə də ölkəmiz ən vacib və lazımlı yolu – vaksinasiyanı seçdi. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, peyvəndin kəşfi və tətbiqi tibb elminin XX –ci əsrdəki ən böyük uğurudur.

– Azərbaycanda tətbiq edilən peyvəndlərin virusun mutasiya olunmuş variantlarına təsiri barədə nə deyə bilərsiniz?

– Hazırda elm adamlarının bu sahədə apardıqları tədqiqatların nəticələrinə görə, istifadə olunan peyvəndlər onun mutasiyalarına qarşı müəyyən qədər təsirlidir. Britaniya ştammı ilə əlaqədar bunları deyə bilərəm ki, həmin mutasiya barədə konkret bilgi olmasa da, tarixdən bilinən həqiqət ondan ibarətdir ki, eyni nəslin növü olduğuna görə vaksinin ona qarşı da təsir etmək ehtimalı çox yüksəkdir. Məncə, olmayan bir hadisənin stressinə düşmək əvəzinə, mövcud qoruyucu vasitələrdən istifadə etməklə, bu günə qədər tətbiq edilən üsullarla sağlamlığı qorumaq və qayğısına qalmaq daha düzgündür. Hər kəs indiyədək istifadə etdiyi qaydalara davam etməklə təhlükəsizliyini qorumalı və öz sağlamlığının qayğısına qalmalıdır. Vaksinasiyanın tətbiqinin müsbət nəticələrini isə yaxın zamanlarda, peyvəndin ikinci dozasını qəbul etdikdən az sonra görmək mümkün olacaq. Hətta, qeyd edim ki, peyvənd olunmuş şəxslər yeni ştamma yoluxsalar, bu, onların xəstəliyi daha yüngül keçirmələrinə səbəb olacaq. İlkin açıqlanan nəticələr hələ ki, bunlardır. Əslində, hər kəs vaksin oluna bilər. Lakin peyvənd çox yeni olduğuna, uşaqlar və hamilə qadınlar üzərində tədqiqatlar olmadığına görə, verilən nəticələr bizi tam qane etmir. Eyni zamanda, uşaqların xəstəliyi yüngül keçirdiyini nəzərə alaraq, onlara ən azından bir müddət vaksinasiya tətbiq olunmayacaq. Uşaqlar üzərində aparılan tədqiqatlar tam yekunlaşıb təhlükəsiz nəticələr açıqlananadək belə olacaq. Onu da demək yerinə düşər ki, bəzən mövsüm nəzərə alınaraq bir neçə vaksin bir gündə vurula bilər. Lakin arada fasilə olacaqsa, bu, iki həftə təşkil etməlidir. Yəni, vaksinlər ya eyni gündə vurulmalıdır, ya da iki həftə fasilə ilə. Canlı viruslarda isə həmin fasilə bir ay olmalıdır.

Qeyd edim ki, xəstəliyə yoluxub sağalmaqla müəyyən immunitet əldə edənlər var. Nadir hallarda həmin şəxslərdə təkrar yoluxmalar da qeydə alınır. Məhz o şəxslər üçünvaksinasiya tələb olunur. Lakin ölkəyə gətirilən peyvənd sayına görə onlar vaksinasiyadan 6 ay kənarda qalacaqlar. Əhali vaksin vurdurandan sonra təxminən 70 – 80 faiz qorunmuş hesab olunur. Peyvəndləmə prosesi ən azından əhalinin 60 – 70 faizini əhatə edənə qədər vaksinin təsir etməyəcəyi 30 faiz təhlükə altında qalır. Ona görə də peyvənd olunsaq belə, ən azı ilin sonuna qədər, peyvəndləmə prosesi ölkəmizdə və dünyada kütləvilik əldə edənə qədər qorunma tədbirlərinə riayət etməliyik. Çünki əhalinin həssas qrupları var. Özümüz yoluxmasaqya peyvənddən sonra yoluxduqda, xəstəliyi çox zəif əlamətlərlə keçirsək belə, digərlərinin yoluxmasına, başqalarının xəstələnməsinə səbəb ola bilərik. Bu səbəbdən qorunma, şəxsi gigiyena qaydalarına, maska istifadəsinə, məsafə saxlanılmasına, kütləvi məkanlardan uzaq durulmasına diqqət edilməlidir. Peyvənddən sonra ilk 24 – 48 saat ərzində daha çox istirahətə üstünlük vermək, bol maye qəbul etmək vacibdir. Peyvənd vurduranların bəzilərində inyeksiya olunan nahiyədə qızartı, ağrı, yaxud, qolda ağrı müşahidə oluna bilər.

“PLOS Pathogens” jurnalında dərc olunan araşdırmaların nəticələrinə görə, alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün anticisimlərlə uyğunlaşdırılmış tədqiqatlar aparıblar. Məlum olub ki, insanların böyük əksəriyyətində neytrallaşdırıcı anticisimlər orta və ağır xəstəliklər zamanı yaranır. Bu anticisimlər, virusla insan hüceyrələrini yoluxdurmaq üçün istifadə olunan SARS –CoV-2 adlanan çıxıntılı zülalın reseptoruna yönəldilir. Təl–Əviv Universitetinin alimlərinin söylədiklərinə görə, bu cür neytrallaşdırıcı anticisimlər xəstələrin sağalma prosesində aşkarlanıb. Belə xəstələrin bəzilərində, bir qayda olaraq, davamlı və uzunmüddətli immunitet yaranır, digərlərində isə, neytrallaşdırıcı anticisimlərin zəifləməsi müşahidə olunur. Alimlər öz işlərində müqayisə etmək üçün COVID –19- un ağır formasına yoluxmuş 8 nəfər xəstədə B hüceyrələrinin və bu xəstəliyin yüngül simptomları müşahidə olunan 10 nəfər xəstədə isə yoluxmadan yarım ay sonra molekulyarbioinformatik metodlardan istifadə ediblər. Tədqiqatın göstərdiyi kimi, koronovirusun ağır formasından sonra xəstələrdə xüsusi anticisimlərin daha yüksək konsentrasiyası və B hüceyrələrinin yüksək göstəriciləri müşahidə olunub. Məhz bu səbəbdən də onlarda təkrar yoluxmaya qarşı etibarlı və uzunmüddətli müdafiə əmələ gəldiyi fikri qəbul edilir.

– Peyvəndləmədən sonra rahat nəfəs ala biləcəyikmi? Sizin fikrinizcə, bəlanın üstümüzdən çəkilməsi üçün nə qədər vaxt lazım olacaq?

Vaksinasiya prosesinə məsul tibb işçilərinin məlumatlarına əsasən deyə bilərik ki, indiyədək ölkəmizdə peyvənd edilən 80 – 90 min insan arasında heç bir əks təsir müşahidə olunmayıb. Peyvənd edilənlər ikinci dozanı da qəbul etdikdən sonra xəstəliyə qarşı daha təhlükəsiz və daha qorxusuz olacaqlar. Lakin ölkə əhalisinin 1–2 faizinin peyvənd olunması ilə istənilən nəticəni əldə etmək olmaz. Operativ qərargahın qarşıya qoyduğu hədəf ölkə əhalisinin ən azı 70 faizinin həmin mərhələni keçməsidir. Yalnız bundan sonra, preventiv tədbirlərə əməl etməklə, bütün dünya üçün qlobal bir bəla olan COVID –19-un təsiri altından çıxmağa nail olmaq mümkündür. Ona görə də ehtimal edilir ki, vaksinasiyanın ikinci mərhələsindən sonra insanlarda peyvəndə daha çox inam yaranacaq.

Həmin inamı təbliğat deyil, peyvəndin nəticələri, onu vurduranların sağlamlıq vəziyyəti və təhlükəsiz həyatı yaradacaq. Baş ağrısı, inyeksiya yerində şişkinlik və qızartı vaksinin yan deyil, birbaşa təsiridir. Necə ki, qrip virusu bəzi hallarda assimptomatik, bəzi hallarda simptomatik keçir, COVID –19-a qarşı vurulan vaksin də eynən o cür fərqli təsirlərə malıkdır. Birinci inyeksiya zamanı həmin əlamətlərlə üzləşməyənlərdə ikinci inyeksiya zamanı həmin əlamətlər müşahidə oluna bilər. İnyeksiya yerində qızartı, lokal ağrılar, biriki gün davam edən qrip əlamətlərinin hiss olunması heç də mənfi göstərici deyil, əksinə, vaksinin faydalı olduğunu göstərən əlamətdir. Belə halların baş verməsi qətiyyən qorxulu deyil. Ən əsası odur ki, infeksiya ilə üzləşərkən ağciyər və digər orqanların ağır zədələnməsinə səbəb olan xəstəliyin qarşısı vaksinlərlə alınır və həmin təhlükədən uzun müddət qorunuruq. Vaksinasiya uşaqlardan başqa cəmiyyətin bütün təbəqələrinə tətbiq edilməklə, yoluxmanın qarşısının alınması üçün deyil, yoluxma baş verdiyi halda, xəstəliyi ağır keçirməyin və həyati təhlükə yaranmasının qarşısını alan ən sadə üsuldur.

– Təşəkkür edirik, doktor. Biz də inanırıq ki, bu bəlaya yoluxub xəstəliyi ağır keçirməyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar. Söhbətləşdi:

Zərifə BƏŞİRQIZI

Tibb elmində XX əsrin ən böyük uğuru peyvəndin kəşfi və tətbiqidir

Ölkəmizdə yanvarın 18-dən start götürmüş vaksinasiya prosesi, əhali arasında bu kampaniyaya münasibət, peyvəndin orqanizmdə yaratdığı hallar və onun müsbət tərəfləri ilə bağlı tibb elmləri doktoru Cəfər Əhmədlinin fikirlərini öyrəndik. Xatırladaq ki, o, Azərbaycana koronavirusla mübarizə məqsədilə Moskvadan gəlib və hazırda Bakıdadır. Öncə həkimdən COVID – 19-un mutasiyaya uğraması ilə bağlı yaranan yeni ştammlar barədə məlumat verməsini xahiş etdik. C.Əhmədli dedi:

– Hazırda bir neçə ölkədə koronavirusun yeni ştammı qeydə alınsa da, Azərbaycanda həmin mutasiyalara rast gəlinməyib. Buna səbəb kimi digər ölkələrə gediş – gəlişin məhdud olması, ölkəyə daxil olan şəxslərin isə əvvəlcədən COVID –19 testi verməsidir. Necə ki, COVID –19 Çində yarandı və az müddətdən sonra ölkəmizə gəldi, o cümlədən digər ştammların da buraya gəlmə ehtimalı var. Türkiyədə 200 -ə yaxın yeni ştamma yoluxma halları qeydə alınsa da, 80 milyon əhali üçün aşkarlanan saylar çox azdır. Ümumiyyətlə, RNT tərkibli viruslar daim mutasiyaya uğrayır və yeni xüsusiyyətlər əldə edirlər. Son bir il ərzində COVID –19 virusu da dəfələrlə mutasiyaya uğrayıb. Lakin son üç ştammın məşhur olmasının səbəbi virusun xeyrinə bir mutasiyanın baş verməsidir. Bu o deməkdir ki, koronavirus həyatımızdan çıxa bilər. Amma gözləməli deyilik ki, ya koronavirus mutasiyaya uğrayıb yoluxduruculuq qabiliyyətini itirəcək, ya da onun vilurentliyi, yəni öldürücülüyü azalacaq və o, mövsüm xəstəliyi xarakteri alacaq. Buna görə də ölkəmiz ən vacib və lazımlı yolu – vaksinasiyanı seçdi. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, peyvəndin kəşfi və tətbiqi tibb elminin XX –ci əsrdəki ən böyük uğurudur.

– Azərbaycanda tətbiq edilən peyvəndlərin virusun mutasiya olunmuş variantlarına təsiri barədə nə deyə bilərsiniz?

 

– Hazırda elm adamlarının bu sahədə apardıqları tədqiqatların nəticələrinə görə, istifadə olunan peyvəndlər onun mutasiyalarına qarşı müəyyən qədər təsirlidir. Britaniya ştammı ilə əlaqədar bunları deyə bilərəm ki, həmin mutasiya barədə konkret bilgi olmasa da, tarixdən bilinən həqiqət ondan ibarətdir ki, eyni nəslin növü olduğuna görə vaksinin ona qarşı da təsir etmək ehtimalı çox yüksəkdir. Məncə, olmayan bir hadisənin stressinə düşmək əvəzinə, mövcud qoruyucu vasitələrdən istifadə etməklə, bu günə qədər tətbiq edilən üsullarla sağlamlığı qorumaq və qayğısına qalmaq daha düzgündür. Hər kəs indiyədək istifadə etdiyi qaydalara davam etməklə təhlükəsizliyini qorumalı və öz sağlamlığının qayğısına qalmalıdır. Vaksinasiyanın tətbiqinin müsbət nəticələrini isə yaxın zamanlarda, peyvəndin ikinci dozasını qəbul etdikdən az sonra görmək mümkün olacaq. Hətta, qeyd edim ki, peyvənd olunmuş şəxslər yeni ştamma yoluxsalar, bu, onların xəstəliyi daha yüngül keçirmələrinə səbəb olacaq. İlkin açıqlanan nəticələr hələ ki, bunlardır. Əslində, hər kəs vaksin oluna bilər. Lakin peyvənd çox yeni olduğuna, uşaqlar və hamilə qadınlar üzərində tədqiqatlar olmadığına görə, verilən nəticələr bizi tam qane etmir. Eyni zamanda, uşaqların xəstəliyi yüngül keçirdiyini nəzərə alaraq, onlara ən azından bir müddət vaksinasiya tətbiq olunmayacaq. Uşaqlar üzərində aparılan tədqiqatlar tam yekunlaşıb təhlükəsiz nəticələr açıqlananadək belə olacaq. Onu da demək yerinə düşər ki, bəzən mövsüm nəzərə alınaraq bir neçə vaksin bir gündə vurula bilər. Lakin arada fasilə olacaqsa, bu, iki həftə təşkil etməlidir. Yəni, vaksinlər ya eyni gündə vurulmalıdır, ya da iki həftə fasilə ilə. Canlı viruslarda isə həmin fasilə bir ay olmalıdır.

Qeyd edim ki, xəstəliyə yoluxub sağalmaqla müəyyən immunitet əldə edənlər var. Nadir hallarda həmin şəxslərdə təkrar yoluxmalar da qeydə alınır. Məhz o şəxslər üçün də vaksinasiya tələb olunur. Lakin ölkəyə gətirilən peyvənd sayına görə onlar vaksinasiyadan 6 ay kənarda qalacaqlar. Əhali vaksin vurdurandan sonra təxminən 70 – 80 faiz qorunmuş hesab olunur. Peyvəndləmə prosesi ən azından əhalinin 60 – 70 faizini əhatə edənə qədər vaksinin təsir etməyəcəyi 30 faiz təhlükə altında qalır. Ona görə də peyvənd olunsaq belə, ən azı ilin sonuna qədər, peyvəndləmə prosesi ölkəmizdə və dünyada kütləvilik əldə edənə qədər qorunma tədbirlərinə riayət etməliyik. Çünki əhalinin həssas qrupları var. Özümüz yoluxmasaq və ya peyvənddən sonra yoluxduqda, xəstəliyi çox zəif əlamətlərlə keçirsək belə, digərlərinin yoluxmasına, başqalarının xəstələnməsinə səbəb ola bilərik. Bu səbəbdən qorunma, şəxsi gigiyena qaydalarına, maska istifadəsinə, məsafə saxlanılmasına, kütləvi məkanlardan uzaq durulmasına diqqət edilməlidir. Peyvənddən sonra ilk 24 – 48 saat ərzində daha çox istirahətə üstünlük vermək, bol maye qəbul etmək vacibdir. Peyvənd vurduranların bəzilərində inyeksiya olunan nahiyədə qızartı, ağrı, yaxud, qolda ağrı müşahidə oluna bilər.

“PLOS Pathogens” jurnalında dərc olunan araşdırmaların nəticələrinə görə, alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün anticisimlərlə uyğunlaşdırılmış tədqiqatlar aparıblar. Məlum olub ki, insanların böyük əksəriyyətində neytrallaşdırıcı anticisimlər orta və ağır xəstəliklər zamanı yaranır. Bu anticisimlər, virusla insan hüceyrələrini yoluxdurmaq üçün istifadə olunan SARS –CoV-2 adlanan çıxıntılı zülalın reseptoruna yönəldilir. Təl–Əviv Universitetinin alimlərinin söylədiklərinə görə, bu cür neytrallaşdırıcı anticisimlər xəstələrin sağalma prosesində aşkarlanıb. Belə xəstələrin bəzilərində, bir qayda olaraq, davamlı və uzunmüddətli immunitet yaranır, digərlərində isə, neytrallaşdırıcı anticisimlərin zəifləməsi müşahidə olunur. Alimlər öz işlərində müqayisə etmək üçün COVID –19- un ağır formasına yoluxmuş 8 nəfər xəstədə B hüceyrələrinin və bu xəstəliyin yüngül simptomları müşahidə olunan 10 nəfər xəstədə isə yoluxmadan yarım ay sonra molekulyar və bioinformatik metodlardan istifadə ediblər. Tədqiqatın göstərdiyi kimi, koronovirusun ağır formasından sonra xəstələrdə xüsusi anticisimlərin daha yüksək konsentrasiyası və B hüceyrələrinin yüksək göstəriciləri müşahidə olunub. Məhz bu səbəbdən də onlarda təkrar yoluxmaya qarşı etibarlı və uzunmüddətli müdafiə əmələ gəldiyi fikri qəbul edilir.

– Peyvəndləmədən sonra rahat nəfəs ala biləcəyikmi? Sizin fikrinizcə, bəlanın üstümüzdən çəkilməsi üçün nə qədər vaxt lazım olacaq?

– Vaksinasiya prosesinə məsul tibb işçilərinin məlumatlarına əsasən deyə bilərik ki, indiyədək ölkəmizdə peyvənd edilən 80 – 90 min insan arasında heç bir əks təsir müşahidə olunmayıb. Peyvənd edilənlər ikinci dozanı da qəbul etdikdən sonra xəstəliyə qarşı daha təhlükəsiz və daha qorxusuz olacaqlar. Lakin ölkə əhalisinin 1–2 faizinin peyvənd olunması ilə istənilən nəticəni əldə etmək olmaz. Operativ qərargahın qarşıya qoyduğu hədəf ölkə əhalisinin ən azı 70 faizinin həmin mərhələni keçməsidir. Yalnız bundan sonra, preventiv tədbirlərə əməl etməklə, bütün dünya üçün qlobal bir bəla olan COVID –19-un təsiri altından çıxmağa nail olmaq mümkündür. Ona görə də ehtimal edilir ki, vaksinasiyanın ikinci mərhələsindən sonra insanlarda peyvəndə daha çox inam yaranacaq.

Həmin inamı təbliğat deyil, peyvəndin nəticələri, onu vurduranların sağlamlıq vəziyyəti və təhlükəsiz həyatı yaradacaq. Baş ağrısı, inyeksiya yerində şişkinlik və qızartı vaksinin yan deyil, birbaşa təsiridir. Necə ki, qrip virusu bəzi hallarda assimptomatik, bəzi hallarda simptomatik keçir, COVID –19-a qarşı vurulan vaksin də eynən o cür fərqli təsirlərə malıkdır. Birinci inyeksiya zamanı həmin əlamətlərlə üzləşməyənlərdə ikinci inyeksiya zamanı həmin əlamətlər müşahidə oluna bilər. İnyeksiya yerində qızartı, lokal ağrılar, bir–iki gün davam edən qrip əlamətlərinin hiss olunması heç də mənfi göstərici deyil, əksinə, vaksinin faydalı olduğunu göstərən əlamətdir. Belə halların baş verməsi qətiyyən qorxulu deyil. Ən əsası odur ki, infeksiya ilə üzləşərkən ağciyər və digər orqanların ağır zədələnməsinə səbəb olan xəstəliyin qarşısı vaksinlərlə alınır və həmin təhlükədən uzun müddət qorunuruq. Vaksinasiya uşaqlardan başqa cəmiyyətin bütün təbəqələrinə tətbiq edilməklə, yoluxmanın qarşısının alınması üçün deyil, yoluxma baş verdiyi halda, xəstəliyi ağır keçirməyin və həyati təhlükə yaranmasının qarşısını alan ən sadə üsuldur.

– Təşəkkür edirik, doktor. Biz də inanırıq ki, bu bəlaya yoluxub xəstəliyi ağır keçirməyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar. Söhbətləşdi:

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti 2021.- 20 fevral.- S.6.