Qanlı soyqırımından şanlı zəfərə!

Bu gün qara kabus kimi bütöv bir xalqın boğazına çökmüş həmin o gecədən 29 il ötür. 29 il əvvəl, fevralın 26-sı Günəş Xocalı üçün heç doğmadı. 25-i gecəsi uzandıqca uzanır, səhər açılmaq bilmirdi...

Kiçik bir şəhər idi Xocalı. Hələ təzəcə 1991-ci ildə Əsgəran rayonunun bazasında yaradılmış bu balaca şəhər, bəlkə də tarix boyu heç yerdə görünməmiş faciəni cəmi bircə gecədə yaşamışdı. Bir gecədə erməni faşistləri yüzlərlə can aldı. Geriyə isə Azərbaycan xalqının illər uzunu əzbərlədiyi bu rəqəmlər qaldı: 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdü. 150 nəfərin başına nə gəldiyi isə hələ də məlum deyil.

Fevral ayının ortalarından etibarən şəhərin erməni daşnakları tərəfindən mühasirəyə düşməsi ilə başlayan bu soyqırımı, əslində, bir neçə gün əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində baş verənlərin davamı idi. 1992-ci il fevralın 17-si erməni silahlı birləşmələri bu kəndi işğal etmiş, 80 nəfərdən çox dinc azərbaycanlı qətlə yetirilmişdi. Baş vermiş bu faciənin növbəti səhifəsi isə Xocalıda yaşanacaqdı. Şəhərin ermənilər tərəfindən mühasirəyə alındığını görən sakinlər dəstə-dəstə və ya öz ailələri ilə birgə Xocalını tərk etmək üçün cəhdlər etsə də, bütün bu təşəbbüslərin qarşısı alınmışdı. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bir neçə gün mühasirədə saxladığı Xocalı şəhərinə ağır texnikalarla soxularaq, əhaliyə misli görünməyən qəddarlıqla divan tutmuşdu.

Bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, əslində, bütün bəşəriyyətə qarşı törədilmişdi.

Erməni yazıçı gorbagor Zori Balayan 26 fevral günü barədə yazır: Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən, əsgərlərimiz 13 yaşlı bir türk uşağını divara mismarlamışdı. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra, 13 yaşındakı türkün başından, sinəsindən və qarnının dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və ... itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni, hərəkətlərimizlə fəxr edəcək”.

İnsanlıq qavramından olduqca uzaq olan bu tükürpədici yazı, erməni xalqının, əslində, hansı xislətə sahib olduğunu açıq-aydın və birmənalı olaraq üzə çıxarır. Doğulduğu gündən xəmiri “türkə” qarşı nifrət və eyni zamanda, qorxu ilə yoğrulan bir digər jurnalist David Xerdiyan özününXaç uğrunda” adlı kitabında o gündən belə bəhs edir: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən keçmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə yüzlərlə meyitin üstündən keçdim. Martın 2-də “Qaflan” erməni qrupu çoxlu sayda alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən, başından və qollarından yaralanmış, təxminən, 10 yaşlı qız uşağı gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o, sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt unutmayacağam. Sonra Tiqranyan soyadlı bir əsgər, onu qulaqlarından tutub, artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlaşmaimdad səsləri gəlirdi”.

Yazılanların hansı millətin mənsublarının başına gətirildiyindən asılı olmayaraq, oxuyarkən lənətlənən bu ağılasığmaz vəhşiliklər erməni irqinin gerçək simasıdır.

Bu terror aktı bölgədə qalan keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə həyata keçirilmişbir şəhərin yer üzündən silinməsinə səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Həmçinin, ulu öndər Xocalı ilə bağlı söyləmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Heydər Əliyevin xüsusi qeyd etdiyi kimi, bəşər tarixinin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımı XX əsrin ən böyük faciələri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi hadisələri ilə eyni sıranı tutur. Məqsədləri Xocalını yer üzündən tamamilə silmək idi. Xocalı, Azərbaycanın qədim tarixi ilə müasir dövrün vəhdətini özündə yaşadan, önəmli strateji əhəmiyyətə sahib şəhər idi. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insanlıq tarixinin inkişaf mərhələlərini özündə əks etdirən mədəniyyət nümunələridir.

Soyqırımı zamanı bütün bu mədəniyyət abidələri məhv edilmiş, həmçinin dünyanın ən qədim məzarlıqlarından hesab edilən Xocalı məzarlığı xüsusi texnika vasitəsilə dağıdılmışdır. 7 min əhalisi olan Xocalıda işğal zamanı sadəcə 3 min insan yaşayırdı. Əhalinin çoxu şəhərdən qaçmaq məcburiyyətində qalmışdı. Buna səbəb, bölgədə baş verən hadisələr və uzun müddət davam edən işğal prosesi idi. İnsanlardan bəziləri canlarını qurtarmaq istəyərkən, əvvəldən hazırlanan pusqu və tələlərdə qətlə yetirilmişdir.

Rusiyanın “Memorialhüquq müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama, Xocalıda öldürülmüş 200 azərbaycanlının meyiti gətirilmişdir. Həmçinin, bu meyitlərdən bir qisminin təhqirə məruz qaldığı faktı da aşkar edilmişdir.

Şahidlərin dediyinə görə, ermənilər bir qadını “Bu yerlər böyük Ermənistanın bir parçasıdır” sözünü təkrarlamadığı üçün diri-diri yandırmışlar.

Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “ermənilər 4 axısqa türkü və 3 azərbaycanlının erməni qəbrinin üstündə başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Erməni vəhşiləri ölülərdən də əl çəkmir, onların baş dərilərini soyur, qulaq və burunlarını kəsirdilər.

Erməni silahlı birləşmələri hücum zamanı istifadəsi qadağan edilmiş 5,45 kalibrli patronlardan və həmçinin kimyəvi silahlardan istifadə etmişdir. Dinc, silahsız, müqavimətsiz əhaliyə qarşı törədilmiş bu cinayət aktları Cenevrə konvensiyasının protokollarını pozaraq, hücumun müharibə qaydalarına zidd şəkildə keçirildiyini təsdiqləyir.

Hadisə yerindən daşınılan meyitlərin halı, bölgəyə gələn xarici ölkə vətəndaşı olan jurnalistləri dəhşətə gətirmişdir.

Bütün dünya bu faciədən xəbərdar olmalıdır! Azərbaycan 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını əsas götürərək, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün lazım olan bütün hüquqi əsaslar var.

Şəhərin fevral ayının ikinci yarısından etibarən başlayan mühasirəsi, hələ işğaldan 4 ay əvvəl oktyabr ayında şəhərə gedən avtomobil yollarının bağlaması ilə başlamışdı. Xocalı Azərbaycandan zorla qoparılmış, başqa şəhərlərlə olan əlaqəsi tamamilə qırılmışdı. Həmçinin, qansız erməni daşnakları hələ yanvar ayının 2-dən şəhərin elektrik enerji xətlərini kəsmişdilər. Amansız gecə üçün əvvəlcədən hazırlanan xain planlarını həyata keçirməyə can atan ermənilər, nəhayət, yanvarın 28-də Xocalı ilə sonuncu bağ olan vertolyot əlaqəsini də kəsdi. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən atılan raketlə partladılmış, 3 nəfər heyət üzvü və 41 sərnişin həlak olmuşdu.

Unutmamalı, unutdurmamalıyıq! Bu ağrılı gün Azərbaycan xalqının yaddaşında elə dərin izlər cızıb ki, illər keçsə də, zəfərlər qazanılsa da, Xocalı adı səsləndikdə insanları qəhər boğur, oxuyub eşitdikləri qəddarlıqları, videolentlər vasitəsilə gördükləri meyitlər gözlərinin önünə gəlir. Xalqımız uzun illərdir mənfur düşmənini yaxşı tanıyır, bir vaxtlar öz doğma ata-baba torpaqlarında saxladıqları xain qonaqların həqiqi kimliyini dəqiq bilir.

Xocalı soyqırımını dünyaya tanıtmaq son illər ərzində Azərbaycanın xarici siyasətinin əsas qollarından birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik xarici siyasəti nəticəsində bəzi aparıcı beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmi olaraq tanımış, Ermənistanı işğalçı, terrorist dövlət kimi qəbul etmişdir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə başlayan bu tanıtma kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının nə qədər önəmli olduğunu xalqımıza da yüksək həssaslıqla aşılamışdır.

Bu sarıdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla aparılan ardıcıl işin müstəsna əhəmiyyəti var. Fondun təşkilatçılığı ilə həyata keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsi, müsabiqədə sərgilənən rəsmlərin birbaşa əl işi və fotoşəkillər halında dünyanın aparıcı muzeylərində nümayiş etdirilməsi Xocalı soyqırımının beynəlxalq müstəvidə işıqlandırılmasında böyük önəm daşıyır.

Daha sonra 2007-ci ildə fondun təşəbbüsü ilə Brüsseldə həyata keçirilən “Təcavüzün qurbanları” adlı fotolaruşaq rəsmlərindən ibarət sərgi də bu aksiyanın davamı idi. Daha sonra fond 2007-ci ilin fevral ayında Türkiyənin İstanbul şəhərində və eyni zamanda, 25 vilayətində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil etmişdir. Həmçinin, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünyanın bir sıra şəhərlərində bu qəbildən sərgilər və o cümlədən, mərasimlər keçirilmişdir. Hazırda bu tədbirlər Leyla xanım Əliyevanın rəhbərlik etdiyi fondun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏTGF) xətti ilə uğurla davam etdirilir. Qeyd etmək lazımdır ki, İslam Konfransı Təşkilatı (indiki adı ilə İslam Əməkdaşlıq Təşkilatı) Xocalı hadisələrini soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bundan əlavə, 2008-ci il may ayının 8-də Leyla xanım Əliyevanın xüsusi təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası yaradılmışdır. Bu kampaniya hazırda 60-dan çox ölkədə uğurla davam etdirilir. 2009-cu ildə ISESCO və İƏTGF arasında imzalanan anlaşmaya əsasən, Xocalı soyqırımının İƏT ölkələrinin tarix dərsliklərinə əlavə edilməsi barədə razılıq əldə edilmişdir.

Hazırda İƏT üzvü 57 ölkə, o cümlədən, Meksika, Pakistan, Kolumbiya, Çexiya, BosniyaHerseqovina, Peru, Handuras, Sudan, Rumıniya dövlət və parlament səviyyəsində Xocalı soyqırımını rəsmi olaraq tanıyan ölkələrdir. Bunlarla yanaşı, ABŞ-ın bəzi ştatları da bu faciəni soyqırımı kimi qəbul edib.

28 ildir gözlənilən Günəş, nəhayət, Xocalı üçündoğdu. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində başlayan cavab savaşı düşməni nəinki susdurdu, həm də qol-qanadını qırdı. Ani bir əmrlə əks-hücum əməliyyatı başlandı. Müzəffər Azərbaycan Ordusu özünün qan haqqı olan torpaqlarını işğalçı düşməndən birdəfəlik təmizləmək, respublikamızın ərazi bütövlüyünü bərpa etmək üçün geriyə dönüşü olmayan şanlı və o cümlədən, haqlı zəfər yürüşünə başlamışdı. Prezident İlham Əliyev tərəfindən “dəmir yumruq” adlandırılan bu hərəkat, sözün həqiqi mənasında, düşmənin başını əzməyə müvəffəq oldu.

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmrlərinə dəqiqliklə əməl edərək, işğalçılar tərəfindən ələ keçirilən torpaqlarımızı bir-bir qaytarır, cəbhə bölgəsindən gələn fərəhverici xəbərlər xalqın da “dəmir yumruqkimi birləşməsinə vəsilə olurdu. 10 noyabr 2020-ci ildə rəsmi İrəvanın hərbi kapitulyasiyaya razılıq verməsi ilə savaş Azərbaycanın möhtəşəm zəfəri ilə yekunlaşdı. Qalan torpaqlar da həqiqi sahibinə qaytarıldı. Qazanılan tarixi zəfər Xocalıda baş verənləri Azərbaycan xalqına unutdurmasa da, yaramıza məlhəm oldu. 2021-ci ildə ilk dəfə Xocalı soyqırımının anım günü matəmlə qarışıq fərəh, qürur göz yaşları ilə yad edilir. Damarlarında Azərbaycan, türk qanı daşıyan, illərlə Xocalını xatırlayarkən gizlində və aşkarda göz yaşı axıdan hər kəs, bu gün Xocalıda və başqa rayonlarda şəhid olmuş qardaş və bacılarını yad edərkən iftixarla bu müjdəni verə bilir: Qisasınızı aldıq, Xocalı şəhidləri!

 

İmran ƏLIYEV

Xalq qəzeti  2021.-25 fevral.- S.5.