ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş olunub

 

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir ki, R.KontrerasDağlarda qətl: Xocalıda hərbi cinayət Dağlıq Qarabağ münaqişəsiErməni lobbisi ABŞ-ın xarici siyasətikitablarının müəllifidir onun indiyədək Azərbaycan haqdında bir sıra nüfuzlu mətbu orqanlarda çoxsaylı məqalələri dərc olunub.

Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı qırğınının soyqırımı olduğunu bildirir bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır. O Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda məlumat verir. Müəllif həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cazalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.

Verilişdə daha sonra Xocalı şahidlərinin öz dilindən orada törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim olunub.

Verilişin tam versiyasını bu linkdə izləmək mümkündür: https://youtu.be/uUs7ZvWdnr8

Xalq qəzeti  2021.- 25 fevral.- S.6.