Şamaxıda
Xocalı konfransı
Natiq çıxışında bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verilmişdir: “Daha sonra 26 fevral Xocalı Soyqırımı Günü” elan olundu və bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Hazırda ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımıza qarşı törədilən Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində yorulmaq bilmədən çalışır”.
Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” siyasi kampaniyasının əhəmiyyətindən danışılmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin imamı Mərəhmət Mustafayev, rayon ağsaqqallar şurasının sədri Mayıl Alıcanov və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxış edərək soyqırımının başvermə səbəblərindən danışmış, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildirmişlər.
İlqar HƏSƏNOV,
“Xalq
qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti 2021.- 27 fevral.- S.14.