Dünyanı sarsıdan 1992-ci ilin fevral gecəsi...

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları keçmiş sovet hərbi birləşmələrinin 366-cı alayının müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. Minlərlə əliyalın, dinc azərbaycanlı qətlə yetirildi. Xəstələrə, ağsaqqal ağbirçəklərə, körpə uşaqlara, qadınlara aman verilmədi. Azərbaycan xalqına qarsı amansız şəkildə soyqırımı həyata keçirildi.

Bu soyqırımı siyasəti əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış dəqiq yerinə yetirilmişdi. Milli Təhlükəsizlik Xidmətinin soyqırımını araşdıran istintaq komissiyasına təqdim etdiyi Xocalı şəhərində hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını bu faciədə 366-cı sovet hərbi alayının iştirakını təsdiqləyir. Belə ki, hərbçilərin telefon söhbətindən Xocalıya hücuma görə onlara milyonlarla pul veriləcəyi anlaşılır.

1992-ci il fevralın 16-da, soyqırımından 10 gün əvvəl məlum 366-cı alayın nəzdindəKrunk, erməni cəbhəsideyilənrota'” yaradıldı. Bu “rota”nın özəyini Livan, Amerika, Kanada, İran, İsveç Hollandiyadakı erməni icmalarını təmsil edən, beyinlərinə azərbaycanlıları öldürmək əmri yeridilən, başı üstlərindəBöyük Ermənistanxəritəsi asılan silahlı quldur erməni qrupları təşkil edirdi. Fevralın 17-də qızlardan ibarətŞuşanikadlı snayperçilər dəstəsi həmin cəbhəyə qoşuldu. Düşüncələrinə türk düşmənçiliyi hopdurulan, insani duyğudan uzaq olanŞuşaniksnayperçiləri Livandan gətirilmişdi. Klukin, erməni cəbhəsi”nə Xaçik Vartanyan rəhbərlik edirdi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Bəşəriyyət növbəti Xatın faciəsi yaşadı. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor lobbiçilərinin birgə hazırladıqlarıböyük Ermənistanplanının ilkin fazası, hərəkatın ilk bəndiHaydad “ASALA” terror təşkilatlarıyla birgə icra olundu. Bu soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunandairəvigüllələr, digər silahlar sınaqdan çıxarıldı.

Həmin qanlı gecə saat 23.00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən-- çayın sol sağ tərəfindən, Daşbulaq--Xocalı yolu səmtindən, Norgux--Xocalı istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ nəhayət Əsgəran tərəfdən Xocalı üzərinə qoşun yeridildi.

Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklə üz-üzə qaldılar. 613 nəfər şəhid oldu. Onlardan 56-sı xüsusi qəddarlıq işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə öz başçısını itirdi. 1275 nəfər əsir düşmüş xocalılı amansız işgəncələrə düçar oldu.

Bu soyqırımı əməliyyatlarında xüsusi hazırlıq keçmiş 366-cı alayın zabitlərinin digər muzdluların iştirakı tələfatın miqyasını daha da artırdı. Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V. Savelyev özününMəxfi arayış”ında erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt sənədlərdə bütün olub-keçənlərin şərhini verib etiraf edirdi: “Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı amansız sonluğu olan hadisələrdə əlimdən heç gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.

V.Savelyevin sonradan BMT- ünvanladığı həmin arayışa belə bir siyahı da əlavə olunmuşdu: “Rusların zabit şərəfini ləkələyən 55 zabit kiçik rütbəli hərbçilərin adları qoy tarix üçün yaddaşlara yazılsın:

1. Zarviqorov Yuri Yuriyeviç– 366-cı motoatıcı alayın komandiri.

2. Çitçiyan Valeri İsaakoviç – 366-cı motoatıcı alayın 1 saylı batalyonunun qərargah rəisinin müavini, mayor.

3. Ağriyan Vaçaqan Qriqoryeviç– mayor, alayın kəşfiyyat rəisi.

4. Ohanyan Seyran Muşeqoviç-- mayor, alayın 2-ci batalyonunun komandiri.

5. Arutyunov Aleksandr Aleksandroviç– mayor, 2-ci batalyon komandirinin köməkçisi.

6. Akopyan Nerses Qrantoviçbaş leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri.

7. Arutunyan Vladislav Vladimiroviçkapitan, 2-ci batalyonun komandiri.

8. Bəyləryan Armen Volodiyeviçpraporşik, 1-ci rotanın texniki.

9. Ayrapetyan Vaçik Qurgenoviç– 3-cü rotanın starşinası.

10. Mirzoyan Vaçik Qrantoviç-- 3-cü rotanın starşinası

Cəmi 55 hərbçi

Yuri PoleneyevQarabağ qan girdabındakitabında yazıb: “Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı”.

Xocalı soyqırımı törədilən zaman müsibəti gözləri ilə görən jurnalist Viktoriya İvleva isə faciəni belə təsvir edib: “Xocalının girəcəyində bir tərəfdə buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu bulud yarıçılpaq insanların toplusu idi. Azərbaycanlıların dəstəsinin sonunda 3 uşaqlı qadın gedirdi. O, qar üzərində ayaqyalın çətinliklə yeriyir tez-tez yıxılırdı. Sən demə, onun uşaqlarından biri ikigünlük imiş. Digər yüzlərlə qaçqın kimi bu qadının onun uşaqlarının sonrakı taleyini mən televiziya lentlərindən izlədim. Bu, televiziya lentlərində səs zolağı operatorunun hönkürtüsündən ibarət idi. Bu adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qar üzərində qalaqlanmışdı”.

Viktoriya İvlevanın televiziya müşahidəsində izlədiyi hönkürtü, Xocalı soyqırımını ilk dəfə lentə alan cəsur jurnalist Çingiz Mustafayevin qəzəbinin göz yaşlarına çevrilməsiydi. Erməni vəhşiliklərinin qurbanı olan, qar üzərində donub qalan məsum körpələrin qurumuş cəsədləri qarşısında tab gətirmək, bu faciəni sakit lentə almaq mümkün deyildi. Çingiz Mustafayev yerlə-yeksan edilən soyqırımına məruz qalan Xocalını çəkirdi, köməksiz dinc əhalinin faciəsini tarixin yaddaşına yazırdı. Kamerası ilə. Bu kamera ermənilərin güllələrinə tuş gəlmiş, “yaralanmışdı”.

Martın ilk günlərində dünyanın efir məkanından bütün evlərə “Xocalı soyqırımı” boylandı. Çingiz Mustafayev bu qanlı olayı belə xatırlayırdı: “İlk dəfə fevralın 28-də iki hərbi vertolyotun müşayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə insan meyitləri ilə doludur. Təyyarəçilər vertolyotu yerə endirməyə qorxurdular. Çünki həmin ərazi artıq ermənilərin nəzarəti altında idi. Buna baxmayaraq, biz vertolyotdan çıxdıq və bu zaman güclü atəşə məruz qaldıq. Bizimlə olan milis əməkdaşları meyitləri vertolyota götürməli idilər ki, onların qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən şoka düşdük. İki nəfər isə huşunu itirmişdi. Martın 2-də xarici jurnalistlərlə hadisə yerinə gəlmişdik. O zaman meyitlər dəhşətli hala salınmışdı. Bir neçə sutka ərzində onların üzərində təhqiredici hərəkətlər edilmişdi”.

İnsanı dəhşətə gətirən bu açıqlama, soyqırımını ilk dəfə lentə alan Çingiz Mustafayevin fikirləridir. Erməni dəhşətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan, əliyalın əhali vəhşicəsinə güllələrə tuş gəlmişdi. Ahıllara, körpələrə belə aman verilməyib. İnsanları bir-birlərinə bağlayaraq, üzərlərinə neft tökərək yandırıb, uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən betər faciəni bəşəriyyətə “bəxş etdilər”.

Qətlə yetirilənlərin cəsədləri üzərində vəhşicəsinə davranaraq, qadınların döşlərini, kişilərin cinsiyyət üzvünü kəsərək, uşaqların beyin dərisini soyaraq bəşəriyyət üçün yeni olan vandalizm nümunəsi ortaya qoydular. Budur erməni xidməti, budur erməni qəssablarının yaramazlığı. Xocalıda törətdikləri cinayətin miqyasmı düşünmədən, bu gün beynəlxalq ictimaiyyətə humanizmdən, insanlıqdan, hücuma məruz qaldıqlarından danışanların nə qədər məkrli, qəddar olduqları Xocalıda göründü.

Nə yazıqlar ki, insanlığa, bəşəriyyətə qarşı törədilən bu faciə ermənilərin xəcalət hissinə çevrilmədi. Dünya qınağından yeni məkrli planları, yalanları ilə qurtarmağa çalışan erməni vəhşiliyi Xocalıdan sonra 20 faiz Azərbaycan torpağının işğalı ilə nəticələndi.

28 il sonra isə Azərbaycan xalqı müqəddəs Vətən müharibəsinə qalxaraq Ermənistan ordusunu darmadağın etdi, işğalçıları pərən-pərən salıb Qarbağdan qovdu. Bununla Xocalı şəhidlərinin də nigarannarahat ruhlarına bir dinclik qismət oldu.

 

Akif AŞIRLI

Əməkdar jurnalist

Xalq qəzeti  2021.- 26 fevral.- S.9.