Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 211                                Bakı şəhəri, 17 iyul 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi və “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 327 nömrəli, “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2019-cu il 8 avqust tarixli 350 nömrəli, “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 sentyabr tarixli 412 nömrəli, “Məşğul şəxslər barədə məlumatların əldə olunma­sı, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 19 sentyabr tarixli 415 nömrəli, “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 97 nömrəli və “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 13 may tarixli 168 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 7, maddə 1349; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 160 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İşaxta­ran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1-ci bənddə “elektron” sözü “avtomatlaşdırılmış” sözü ilə əvəz edilsin;

1.2. 3.6-cı bənddən “Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 5.4-cü bənd əlavə edilsin:

“5.4. Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin təkrar qeydiyyatı onların elekt­ron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 8, maddə 1457; 2021, ¹ 3, maddə 277) ilə təsdiq edilmiş “Məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.5-ci yarımbənddə “Agentliyə təqdim” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli­yinin Mərkəz-ləşdirilmiş Elektron İnformasi­ya Sistemi”nə (bundan sonra – MEİS) daxil” sözləri ilə əvəz edilsin;

2.2. 2.2.7-ci yarımbənddə “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nə (bundan sonra – MEİS)” sözləri “MEİS-ə” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 412 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, ¹ 9, maddə 1566; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 160 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3.2-ci yarımbəndə “həyata keçirilən” sözlərindən əvvəl “elektron qay­dada” sözləri əlavə edilsin;

3.2. 4.5-ci bənddə “bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş şəxs” sözləri “işaxtaran və ya işsiz kimi qeydiyyata alın­mış şəxslər” sözləri ilə əvəz edilsin.

 

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2019-cu il 19 sentyabr tarixli 415 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 9, maddə 1569) ilə təsdiq edilmiş “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissənin mətni aşağıdakı redak­siyada verilsin:

“2.1. Məşğul şəxslərə dair məlumatlar reyestrə Qanunun 4.4-cü maddəsinə uyğun olaraq aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

2.1.1. muzdla işləyənlərə münasibətdə:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qaydanın 2.1.1-ci yarımbəndinin 2-ci abzasında göstərilən şəxslər istisna olmaqla) barədə - Nazirliyin Mərkəzləşdirilmiş Elekt­ron İnformasiya Sisteminin (bundan sonra – MEİS) məlumatları əsasında;

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyinə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş he­sabat məlumatlarına uyğun olaraq MEİS-in məlumatları əsasında;

2.1.2. sahibkarlar, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikası­nın Silahlı Qüvvələrində xidmət edənlər və Azərbaycan Respublikasının ərazisində qa­nuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş he­sabat məlumatlarına uyğun olaraq MEİS-in məlumatları əsasında;

2.1.3. ailə kəndli təsərrüfatının üzvləri barədə - Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq MEİS-in məlumatları və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin apardığı “Elektron kənd təsərrüfatı” informa­siya sisteminə yerli özünüidarəetmə orqan­larının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;

2.1.4. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - Azərbaycan Respublikası İqtisadiy­yat Nazirliyinin apardığı elektron informa­siya sisteminin daşınmaz əmlakın qeydiy­yatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin apardığı “Elektron kənd təsərrüfatı” informa­siya sisteminin məlumatları əsasında;

2.1.5. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Azərbaycan Respub­likası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin apardığı elektron informasiya sistemlərinin məlumatları əsasında;

2.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatlar əsasında.

2.2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respub­likasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarına dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində MEİS-ə elektron formada təqdim etməlidir.

2.3. Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informa­siya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.”;

4.2. 3.4-cü bənddə “bəndinə uyğun olaraq 10 iş günü müddətində” sözləri “və 2.3-cü bəndlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, ¹ 3, maddə 358; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 160 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın 3.4-cü bəndində “işçi göndərilmədiyi” sözləri “göndəriş verilmədiyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 5, maddə 639; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 160 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1.3-cü yarımbəndə və 6-cı hissənin adına “köməklik göstə-rilməsi” sözlərindən sonra “, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi” sözləri əlavə edilsin;

6.2. 2.1.4-cü, 2.1.5-ci yarımbəndlərdə və 7.2-ci bəndin birinci cümləsində “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin;

6.3. 8.1-ci bənd üzrə:

6.3.1. “2 (iki)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin və “monitorinqi” sözündən sonra “(o cümlədən elektron monitorinqi)” sözləri əlavə edilsin;

6.3.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağ­lı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2021.- 18 iyul.- S.8.