Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Mərkəzi
icra hakimiyyəti orqanları əməkdaşlarının
həvəsləndirilməsi üçün
nəzərdə tutulan və həmin
orqanların tabeliyində yaradılan fondların vəsaitindən
istifadə haqqında hesabatın dərc edilməsi ilə
bağlı bəzi məsələlər barədə”
2011-ci il 29 sentyabr tarixli 156 nömrəli, “Təhsildə inkişaf və innovasiyalar
üzrə qrantların məbləği və
ayrılması şərtləri, o
cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat
və qiymətləndirmə üzrə tələblər”in
təsdiq edilməsi haqqında” 2017-ci il
14 iyun tarixli 258
nömrəli və “Azərbaycan Respublikasının vahid
büdcə təsnifatının təsdiq edilməsi barədə”
2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 212 Bakı şəhəri,
17 iyul 2021-ci il
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 864) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma”nın cədvəl hissəsinin 2.4-cü bəndinin “Hissə/bəndlərin adı” sütununa “Fonduna” sözündən sonra “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1233) ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə 5 nömrəli əlavə - “Xərclər Smetası”nın ikinci cədvəlinin “002 001” sırasının “Xərclərin adı” sütununa “Fonduna” sözündən sonra “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri əlavə edilsin.
3. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566, 568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə 1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12, maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479, ¹ 5, maddə 643, ¹ 6, maddə 784, ¹ 8, maddə 1134, ¹ 9, maddə 1222, ¹ 10, maddə 1273, ¹ 11, maddələr 1403, 1408, ¹ 12 (V kitab), maddələr 1589, 1597; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddələr 278, 288, 293, 300, 302, ¹ 4, maddələr 395, 399, 404, 416, 417, 418; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 iyun tarixli 190 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.2.1-ci yarımbəndinin birinci cümləsində “Fonduna ödənilir.” sözləri “Fondunun hesablarına köçürülür.” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “212100. “Məcburi dövlət sosial sığorta haqları” paraqrafında “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət sosial müdafiə fonduna” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2021.- 24 iyul.- S.10.