Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
“Artıq ödənilmiş vergilərin, məcburi dövlət
sosial sığorta və işsizlikdən
sığorta haqlarının, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması Qaydalarının təsdiq
edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli
və “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, ikinci Dünya müharibəsi
iştirakçılarının, şəhid ailələrinin,
Çernobıl AES-də qəzanın nəticələrinin
köçürmə zonasında ləğv edilməsinin
iştirakçılarının, eləcə də
köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma
və köçürmə zonalarından köçürülmüş
uşaqların və ya 18 yaşınadək
yeniyetmələrin, habelə 1986-cı il
aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də
qəzanın nəticələrinin ləğv edilməsinin
iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və
birbaşa radioaktiv şüalanmaya məruz qalmaq
ehtimalı olmuş valideynlərin birindən
olan uşaqların, valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş
uşaqların, fövqəladə hallarda
insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan
çəkmiş vətəndaşların sanatoriya-kurort
müalicəsi ilə təmin edilməsi
Qaydalarının və Hərbi qulluqçuların və
onların ailə üzvlərinin (müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ailələrindən
başqa) sanatoriyalarda
və istirahət evlərində sanatoriya-kurort
müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla
(yollayışlarla) təmin olunması Qaydasının təsdiq
edilməsi haqqında” 2002-ci il 12 avqust tarixli 128 nömrəli
qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 214 Bakı şəhəri,
17 iyul 2021-ci il
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 2, maddə 126; 2003, ¹ 4, maddə 214, ¹ 6, maddə 349; 2005, ¹ 2, maddə 134; 2006, ¹ 2, maddə 184, ¹ 3, maddə 308; 2010, ¹ 10, maddə 905; 2017, ¹ 10, maddə 1888; 2019, ¹ 7, maddə 1335; 2021, ¹ 3, maddə 282) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2.2-ci yarımbənddə “sosial təminatı və müdafiəni həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun büdcəsi” sözləri ilə əvəz edilsin;
1.2. 5.5-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.
2. “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, ikinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 539; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 10, maddə 903; 2007, ¹ 2, maddə 199; 2008, ¹ 2, maddə 130; 2010, ¹ 10, maddə 903; 2012, ¹ 12, maddə 1357; 2013, ¹ 6, maddə 756; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddə 610; 2020, ¹ 4, maddə 497; 2021, ¹ 3, maddə 274) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissədə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, ikinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nın 2-ci hissəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti” sözləri “dövlət sosial müdafiə fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait” sözləri ilə əvəz edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 3-cü hissəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2021.- 24 iyul.- S.10.