Formula 1 Azərbaycanı güclü idman ölkəsi kimi tanıdır

 

Bakıda Formula 1 Azərbaycan Qran prisinə 3 gündür ki, start verilib. Yarışlarda 10 komandadan 20 pilot iştirak edir onlar 6 kilometr uzunluğunda yolda dövrə vururlar.

 

Koronavirus pandemiyası səbəbindən bu il yarışlar tamaşaçı­ların iştirakı olmadan keçirilir. Ancaq trekin kənarındakı sərhədlərdə yarışı izləyən kifayət qədər tamaşaçı var. Formula 1-i izləyən tamaşaçıların marşalların fikirlərini öyrənməyi qərara aldıq:

 

Stefani Perqet: Dövrümüz inkişaf dövrüdür. Belə yarışlar Azərbaycanı beynəlxalq ictimaiyyətə güclü idman ölkəsi kimi tanıdır.

 

Leyla Əhmədova: Mən yüksək sürətə görə bu yarışa azarkeşlik edirəm. Çünki sürəti sevirəm. Bu cür yarışların Azərbaycanda keçirilməsi, zənnimcə, ölkəmizə böyük avantaj­lar verir: turist axınına səbəb olur, ölkəmiz, milli yeməklərimiz tanınır. Necə qonaqpərvər xalq olduğumuzu dünyaya çatdırırıq, çünki xaricdə ermənilər xalqımızla bağlı pis fikir formalaşdırmağa çalışırlar. Ona görə bu yarışların keçirilməsi vacibdir.

 

Vüqar Quliyev: Formula 1 Azərbaycanı tanıtmağın çox gözəl yollarından biridir. Azərbaycan öz tor­paqlarını işğaldan azad edən, güclü ordusu olan dövlət kimi, həmçinin beynəlxalq layihələrdə iştirak edən, dünyada qlobal layihələrə qoşulan güclü bir ölkə prestiji, imici yaradır.

 

Aişə Mustafazadə: Formula 1 yarışlarında marşalam. Bu, məsuliyyətli, sərbəst qərar verməklə əlaqəli bir vəzifədir. Biz bu yarışlardakı hadisələrin bir parçasıyıq. Burada iştirak edərkən həm yarışları lap yaxından izləyə bilirik. Marşallar treki açır, kənar əşyaları sıradan çıxmış bolidləri trekdən uzaqlaşdırır qəza yerlərini təmizləyirlər. Yarışa nəzarət etmək üçün baş verənləri izləyib, hadisələr barədə məlumat verirlər. Pilotları trekdəki vəziyyət barədə məlumatlandırır təhlükə olduq­da xəbərdar edirik. Biz startda finişdə bayraqlarla müxtəlif işarələrin verilməsinə cavabdehik. Formula 1 yarışlarının yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni əsirgəmirik.

 

Leyla Zeynalova: Mən burada yanğınsöndürmə üzrə marşalam. Bu marşallar yanğınsöndürmə sahəsində xüsusi təlim keçmiş şəxslərdir. Onlar tədbir zamanı bütün yanğın xilasetmə işlərinə görə cavabdehlik daşıyır, Bakı Şəhər Halqası boyunca trekin hər iki tərəfində, o cümlədən, pit-stop xəttində yanğına müdaxilə avtomobillərində yerləşdirilir Yarışa Nəzarət Baş Yanğın Mərkəzinə tabe olurlar. Formula 1 dünyada ən bahalı idman növüdür. Belə yarışlar ölkəni tanıdır, turizm iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.

 

 

Təqdim etdi: Tərlan SÜLEYMANOV

 

Xalq qəzeti  2021.- 5 iyun.- S.8.