Bakı treki güclüləri irəli çıxaracaq

 

Bakıda başlanmış Formula 1 Qran prisi ərəfəsində idman emosiyaları yüksək həddə çatmışdı. Neçə gündən bəri yarışda gücünü sınamaq üçün paytaxta gələn iştirakçılar, necə deyərlər, mediadan da qaçmır, istək və arzularını həvəslə ifadə edirlər. Onlardan biri ispaniyalı pilot Karlos Sayns Vazqes de Kastro nəsillikcə avtoyürüşçüdür. Jurnalistlərə açıqlamasında bildirib ki, yarışa ciddi hazırlaşıb. Simulyatorda məşq etmək üçünFerrarinin məşhur bazasında olub. “55” nömrəsi ilə çıxış edir. Cari mövsümdə 38 xalla 7-ci yeri tutur.

 

Karlos Sayns Vazqüs de Kastro:

 

Atam Karlos Sayns Senamor ralli üzrə ikiqat dünya çempionu, dördqat vitse-çempion olub, həmçinin Dakar rallisində 3 dəfə qalib gəlib. 1997-ci ildəÇempionlar yürüşü”ndə qızıl medal qazanıb. Mən ailə ənənəsini davam etdirməkdə əzmliyəm. Karye­rama kartinqlə başlamışam. İlk dəfə 3-cü Britaniya Avropa formulasın­da “Carlin” komandasının heyətində çıxış etmişəm. Bundan iki il sonra isə “Formula Reno”da Dams komandasını təmsil edərək seriya çempionu olmu­şam. 2015-dən Formula 1-də çıxış edirəm. Üç ildir ki, “McLaren” koman­dasının pilotuyam.

 

Karlosun son yarışı bu ilin mayın­da Monakoda keçirilən Qran pri olub. İndiyədək Azərbaycan paytaxtında keçirilmiş dörd yarışın üçündə xal qazanmış komanda yoldaşları­nı qabaqlamışdır. O deyir ki, Bakı Şəhər Halqasında uzun düz yollar çoxdur. Əgər rekin texniki hissələrində vaxt qazanmağa nail olsa, podiuma çıxa bilər. Dostu Lando Norrisi isə Azərbaycan Qran prisində favorit kimi görür.

 

Adı çəkilən kimi, üzvü olmuş çoxti­tullu alman pilot Mixail Şumaxeri yada salan İtaliyanın “Ferrari” komandası yarışın əsas iddiaçılarından sayılır. Bu komanda 1950-ci ildən Formula 1 yarışlarında iştirak edir hazırda ən qocaman çempionatda ən uğurlu komanda sayılır. Monakolu peşəkar pi­lot Şarl Lekler isə 2017-ci ildə Formula 2 yarışlarında dünya çempionu olub.

 

Şarl Lekler:

 

Mən 2019-cu ildənFerrari”nin heyətindəyəm. İnişil Formula 1 üzrə SOCAR Azərbaycan Qran prisinin ikinci sərbəst yürüşündə birinci ol­muşam. Həmin il İtaliyada Formula 1 Qran prisində qələbə qazanmışam. Orada uzunluğu 5793 metr olan Mont­sa avtodromunda mövsümün 14-cü yarışında 53 dövrədə öndə getmişəm. Beləliklə, sürücülük karyeramda ardıcıl 2-ci qələbənin sevincini dadmışam. Sonrakı 2 yeriMercedes”dən Valt­teri Bottas Luis Hamilton tutublar. Bakı reki isə 6003 metrlikdir 51 dövrədən ibarət olacaq. Yəni təqribən 306 kilometr məsafədə yarışacağıq. Görək ...

 

Leklerin idarə etdiyi bolid Azərbaycan Qran prisində yeni sürət qutusu ilə təchiz olunacaq. Ötən ay Monakoda seçmə mərhələdə baş verən qəzadan sonra sürücünün avtomobilindəki sürət qutusunun zədələnmədiyi məlum olsa da, “Fer­rari” təhlükəsizlik mülahizələrinə görə onu yeniləməyi qərara alıb. Monakolu pilotun bolidinin sürət qutusunun dəyişdirilməsi ilə əlaqədar Formula 1 tərəfindən hər hansı cərimə tətbiq olunmayacaq.

 

Dünən pilotların isinmə turla­rı ona uyğun aparılan sıralama mərhələləri ilə Formula 1 həyəcanı başlanıb. İki gün davam edən ön hazırlığın ardınca sabah əsas yarışa start veriləcək. Bakı artıq sürət yarı­şının həyəcanı ilə nəfəs alır. Ümumən Formula 1 ictimaiyyəti Bakı Şəhər Hal­qasını daha çox güc tələb edən trek sayır. Burada keçirilən dörd yarışdan üçündə “Mercedes” qalib gəlib. Bu dəfə bəxt kimin üzünə güləcək? Ya­rışların hər zaman dramatik xarakterli olması gözlənilməz nəticələr vəd edir.

 

Beş ildən bəri ölkəmizdə keçirilən Formula 1 Qran prisi həm ölkəmizin tanıdılmasına, həm iqtisadiyyatın inkişafına böyük töhfə verib. Sürət yarışı Azərbaycanın görməli tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx gözəl təbiətinin təbliğində, eləcə ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayıb.

 

Yarış iştirakçılarından olan “Red Bull Racing”in pilotu Serxio Peres qələbəyə əsas iddiaçılardandır. O da müxbirlərlə fikirlərini bölüşüb.

 

Serxio Peres:

 

Monakoda göstərdiyim nəticədən razı qalmışam. Yürüş uik-endinin yekunları yaxşı olub. 2018-ci ildə podiumuna qalxdığım Azərbaycan qran prisindən gözləntilərim böyük­dür. Dövrələr boyunca ayıq-sayıqlığı saxlamaq elə asan deyil. Hücuma vaxt keçib-keçməməyi başa düşmək lazımdır. Bu, uğurun açarıdır. Bakıya yüksək ruhla gəlmişik, təsnifat yürüşündə eyni uğura nail olmağa çalışacağıq. Mən Bakıda artıq bir dəfə podiuma qalxmışam. Bakı Şəhər Halqasını bəyənirəm. Biz artıq sübut etmişik ki, yürüş tempində ən yaxşı komandadan heç geri qalmırıq. Təsnifatda sürət lazımdır o halda hər şey qaydasında olacaq.

 

“Alpine F1” komandasının icraçı direktoru Martsin Budokovski isə Monakoda müəyyən uğursuzluqlar­dan sonra Bakıda dönüş yaratmaq əzmində olduqlarını bildirib.

 

Martsin Budokovski:

 

Orada komandamız heç yaxşı çıxış etmədi, buna görə indi Bakıda keçiriləcək yürüşə maksimum yaxşı hazırlaşmışıq. Buraxılan səhvləri nəzərə almışıq. Azərbaycan paytax­tında uzun məsafəli düz yol sürətli seksiyalar var. Modernləşmə planına uyğun olaraq, Bakıya bir neçə yeniliklə gəlmişik. Monakoda bizə mane olan problemləri Bakı yürüşündən qabaq daha yaxşı araşdırmışıq onların bir daha baş verməməsini təmin edəcəyik. Bundan əvvəl gördük ki, Bakıda yürüş gözlənilməz hadisələrlə zəngin ola bilər. Əsas odur ki, biz hər uik-enddə maksimum nəticəyə nail olaq. Məqsədimiz liderlərə bacardığı­mız qədər yaxın olmaqdır.

 

Formula 1 üzrə dünya çempionatı­nın iştirakçısı olan “Alpine” komanda­sının pilotu Esteban Okon Azərbaycan Qran prisində ilk onluqda yer almağı hədəfləyir.

 

Esteban Okon:

 

– Bakı Şəhər Halqasında yarış­maqdan zövq alıram. Buradakı trek konfiqurasiyasının uzun hissələri və çətin dar döngələri ilə çox maraqlıdır. Monakoda qısa dairəli və ötmək üçün çətinlik yaradan şəhər dövrəsində yenicə mübarizə aparmışıq. Ancaq Bakı treki bunun tam əksidir, dairə uzundur və ötmə əməliyyatları çox əlverişlidir. Şəhər yollarında atmos­fer əladır. Divarlar yaxın olduğundan sürəti daha çox hiss edirsən. Ardıcıl dörd yarışda, o cümlədən Monakoda xal qazandığım üçün əhvalım çox yax­şıdır. Bakıda bu tendensiyanı davam etdirmək istəyirəm. Burada ilk on­luqda daha yüksək mövqelər tutmaq əzmindəyik.

 

Xatırladaq ki, Formula 1 yarışlarının 2021-ci il mövsümü 23 mərhələdən ibarətdir. Azərbaycan yarışların cari mövsümdə 6-cı mərhələsinə evsahibliyi edir. Mövsü­mün ilk yarışı martın 26-da Bəhreyndə keçirilib, son yarışı isə noyabrın 27-də Əbu-Dabidə təşkil olunacaq. Bakı mərhələsinin tarixə düşəcəyi şübhəsizdir.

 

Təqdim etdi:

 

Əli NƏCƏFXANLI

Xalq qəzeti .- 2021.- 5 iyun.- S.8.