Ağdamın Baş Planı şəhərsalma prinsiplərinin müasir konsepsiyasına tam uyğundur

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə işğaldan əvvəl bu rayondan olan məcburi köçkünlərlə söhbətlərində torpaqlarımız düşməndən təmizlənəndən sonra onlara daha gözəl şərait yaradılacağını dediyini xatırladıb: “Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

 

Xatırladaq ki, Baş Planda aşağıdakı məsələlər prioritet istiqamətlər kimi önə çəkilib:

 

– Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faizi fərdi evlərdə yaşaya­caq. Ağdamda 1750 fərdi ev, 23 min mənzil olacaq.

 

rayonun kommunikasiyası, magistral və dəmir yolları, meliora­siya xətləri bir-biri ilə vəhdət halında qurulacaq;

 

– kəndlərin birləşməsi nəzərdə tutulub. Bu, meliorasiya strukturu­nun kəndlərin yollarına və suyun axınına uyğun olmaq şərtilə həyata keçiriləcək.

 

aqrar sektorda ilkin islahatlar kənd təsərrüfatı torpaqlarında aparıla­caq, həyətyanı sahə18 sot həcmində müəyyənləşdiriləcək;

 

– bitkilərin əkilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi iqlim şəraitinin, coğrafi vəziyyətin nəzərə alınması ilə reallaşdırılacaq;

 

ilkin mərhələdə layihələndirilən 33 kəndin bərpasına başlanacaq;

 

– Ağdamın kənd təsərrüfatının inkişafını təmin etmək üçün 10 və 50 hektarlıq 200 müasir fermer təsərrüfatı yaradılacaq, 50 və 100 hektarlıq 50 müasir fermer təsərrüfatı, habelə 1500, 3000 və 4000 hektarlıq bir neçə iri, müasir təsərrüfat qurula­caq;

 

Ağdam şəhərində yaşıllıqların bərpa olunması məqsədilə kəndarası yollar arasında meşə zonaları yara­dılacaq.

 

Xatırladaq ki, Baş Planda səkkiz kənd birləşdirilib. Birləşdirilən kəndlərdə əhali artımı nəzərə alınar­sa, əhalinin sayı 50 mindən yuxarı olacaq. Dövlət başçısının tapşırığına əsasən, şəhərin sosial şəraiti 100 min nəfər əhalinin yaşamasına imkan verəcək.

 

Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq. Şəhər bağlarla əhatələnəcək. Həmin bağlar daxilində kiçik müəssisələr, turizm obyektləri, 8-12- 20 yerlik otellər salınacaq, Ağdama gələn hər kəs kənara çıxmadan bağ-bağatın içindəki o otellərdə qalacaq.

 

Şahbulaq şəhər ətrafında ən gözəl, tanınmış yerlərdən biridir, həm tarixi, həm də görməli ərazidir. Yuxarıda qeyd edilən bağlar Şahbu­laq qalasına və Xaçınçaya, oradan isə atçılıq zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə qədər uzana­caq. Beləliklə, Ağdama gələn qonaq­lar Şahbulağı seyr edə, qala ilə tanış ola biləcəklər.

 

Şəhər parkı 125 hektar sahəni əhatə edəcək. Pakın mərkəzindən bəzi anlarda iti, bəzi anlarda zəif axan, 2 kilometrlik məsafədə isə insanların qayıqlarla gəzə biləcəyi kanal keçəcək. Parkda digər istirahət zonaları da yaradılacaq. Şəhərin tarixi mərkəzində açıq səma altında İşğal muzeyi, məscid yerləşəcək. Məscidin qarşı tərəfində qədim Ağdam üslu­bunda kvartal yaradılacaq.

 

Ağdamlıların böyük xatirəsi olan “Fərhad Bisütun dağını çapır” heykəl kompozisiyasının bərpa edilməsi də nəzərdə tutulub.

 

Adətən şəhərlərdə 15 faiz ya­şıllıq olur, burada isə meşə zolaq­larına görə 23 faizə çatacaq. Bu da “dayanıqlı şəhər”, “ağıllı şəhər” prinsiplərinin əsaslarından biridir.

 

Bütün yollarda velosiped xətləri nəzərdə tutulub. Nəqliyyat infrastruk­turunun yaradılması piyadaların rahat hərəkəti əsas götürülməklə planlaşdı­rılıb. Burada dövlət başçısının tapşı­rığına uyğun olaraq, elektriklə işləyən və relslər olmadan təkərlər üzərində hərəkət edən yeni tramvay xətlərinin çəkilməsi də nəzərdə tutulub.

 

Şəhərin mərkəzində yeni meydan qurulacaq, şəhər administrasiyası da orada yerləşəcək və qarşısında konqres hol olacaq.

 

Təhsil Nazirliyinin təklifi ilə şəhər üçün 15 məktəb layihəsi hazırlanıb. Xüsusi orta təhsil müəssisələri və liseylərlə yanaşı, Qarabağ Universite­tinin yaradılması da nəzərdə tutulub.

 

Baş Planda şəhərin şərqində yerləşdiriləcəyi nəzərdə tutulan dəmir yolu vağzalına gedən yolda isə iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri istifadəyə veriləcək.

 

Ağdam “ağıllı şəhər” konsepsi­yası əsasında inkişaf etdiriləcək. Bu da təsadüfi deyil. Çünki dövlətimizin başçısı Qarabağın və ətraf rayon­ların “ağıllı regionkimi inkişafı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə hər zaman xüsusi əhəmiyyət veriləcəyini vurğu­layıb. Eyni zamanda, bu istiqamətdə düşməndən təmizlənən ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növlərinin yaradılması üçün geniş imkanların mövcud olduğunu da bildirib.

 

Prezident İlham Əliyevin cari il aprelin 19-da imzaladığı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” sərəncamı da məhz bu yeni layihənin səmərəli gerçəkləşdirilməsi məqsədi daşıyır. sərəncamda qeyd olunur ki, mü­asir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin inno­vasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır.

 

Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, sax­lanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Sərəncama əsasən, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologi­yalar nazirinin rəhbərliyi ilə mötəbər tərkibdə İşçi qrupun yaradılması da ölkə Prezidentinin bu məsələyə nə qədər mühüm əhəmiyyət verdiyini təsdiq edir.

 

Son texnologiyayainnovativ informasiya mühitinin qurulmasına əsaslanan, xüsusilə “ağıllı kənd” sistemi kənd ərazilərində uzaq məsafənin və əhali sıxlığının yaratdı­ğı məkan maneələrini aşmağa şərait yaradacaq. Urbanizasiya səviyyəsinin yüksək olduğu yerlər ilə müqayisədə, kəndlər infrastruktura, xidmətlərə və bazarlara nisbətən aşağı çıxış imkanına malikdir və yüksək əhali sıxlığından irəli gələn aqlomerasi­ya faydaları və iqtisadi fəaliyyətin konsentrasiyası kimi üstünlüklərdən yararlana bilmirlər. İşğaldan azad edilmiş bölgələrimiz başda olmaqla, respublikamızın digər regionlarında da “ağıllı kənd” layihəsinin tətbiq edilməsi kənd yerlərinə yatırılan investisiyanın həcmini çoxalda­caq, texnoloji yeniliklərin köməyi ilə məhsuldarlıq və göstərilən sosial xidmətlərin çeşidliliyini artıracaq, yüksək sürətli fiberoptik internetin­kişaf etmiş rabitə xidmətlərinin əhatə dairəsini genişləndirəcək. Həmçinin bərpaolunan mənbələrindən istifadə edilməsi imkanları artacaq, ekoloji cəhətdən təhlükəsiz məhsulların istehsalında ciddi artım özünü göstərəcək.

 

Xatırladaq ki, Ağdamın Baş Pla­nında yaşayış evlərinin salınması ilə yanaşı, istehsal, sosial xidmətlər kimi bir sıra zəruri sahələrin qurulması da nəzərdə tutulub.

 

Baş Plana əsasən Ağdam Sənaye Parkının yaradılması da şəhərin inkişafını şərtləndirəcək. Qeyd edək ki, Ağdamın beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsi sənaye parkında istehsal olunacaq məhsulların bazarlara çıxarılmasını asanlaşdıracaq.

 

Ağdam Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosialtexniki zonalar, TIR parkı, tikinti ma­teriallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materi­allarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kame­raların təşkili nəzərdə tutulub.

 

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 mil­yon manata yaxın sərmayə qoyulma­sı, 330 yeri açılması planlaşdırılır.

 

V.BAYRAMOV

 

Xalq qəzeti  2021.- 5 iyun.- S.10.