Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pensiya
yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna
görə könüllü işdən
çıxmış, dövlət qulluğu
vəzifəsində “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun
23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və
əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin
edilən ömürlük müavinətin
təyin olunması Qaydası”nın təsdiq edilməsi
haqqında” 2004-cü il 4 fevral
tarixli 7 nömrəli, “Dövlət
büdcəsinin, büdcədənkənar
dövlət fondları büdcələrinin tərtibi,
icrası və icrasına nəzarət üzrə əməliyyatların
əlaqələndirilməsinə dair Tədbirlər
Planı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 12 iyul tarixli
93 nömrəli, “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə
şəxsin (ailənin) çətin həyat
şəraitində olmasını təsdiq edən sənədlərin
Siyahısı”nın təsdiq edilməsi barədə”
2013-cü il 10 iyun tarixli 111 nömrəli, “Əmək qanunvericiliyinin və “Məşğulluq
haqqında” Azərbaycan Respublikası Qanununun
pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən tətbiq edilən cərimələrdən
toplanan və həmin orqanın
hesabına köçürülən vəsaitdən istifadə
Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 12 iyun tarixli 224 nömrəli
və “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə əsasən Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən tətbiq edilən cərimələrdən
toplanan və həmin orqanın
hesabına köçürülən vəsaitdən
istifadə Qaydası”nın və “Vəzifə (tarif) maaşlarına əlavə verilən
işçilərin Siyahısı”nın təsdiq edilməsi
barədə” 2015-ci il 12 iyun
tarixli 225 nömrəli qərarlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 161
Bakı şəhəri, 5 iyun 2021-ci il
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 114, ¹ 11, maddə 969; 2005, ¹ 1, maddə 51; 2008, ¹ 8, maddə 787; 2017, ¹ 2, maddə 325, ¹ 6, maddə 1225; 2018, ¹ 7 (II kitab), maddə 1639; 2019, ¹ 6, maddə 1147) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissədə “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;
1.2. preambulada “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş” sözləri çıxarılsın və “stajına” sözündən sonra “(15 il)” sözləri əlavə edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə:
1.3.1. adında və 2-ci hissəsində (ikinci halda) “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;
1.3.2. 1-ci hissə üzrə:
1. hər iki halda “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;
2. birinci halda “stajına” sözündən sonra “(15 il)” sözləri əlavə edilsin;
3. birinci halda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş” sözləri çıxarılsın;
1.3.3. 3-cü hissənin birinci cümləsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə, “şəhər, rayon şöbəsinə” sözləri “müvafiq yerli qurumuna” sözləri ilə əvəz edilsin və həmin cümləyə “Fondunun” sözündən sonra “(bundan sonra – Fond)” sözləri əlavə edilsin;
1.3.4. 4-cü hissə üzrə:
1. birinci abzasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri “Fondun müvafiq yerli qurumu” sözləri ilə əvəz edilsin;
2. dördüncü abzasda (hər iki halda) “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;
1.3.5. 6-cı hissənin ikinci cümləsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsi” sözləri “müvafiq yerli qurumu” sözləri ilə əvəz edilsin;
1.3.6. 8-ci hissədə “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsinə” sözləri “müvafiq yerli qurumuna” sözləri ilə əvəz edilsin;
1.3.7. 9-cu hissədə “orqan” sözü “qurum” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 584; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 11, maddə 936; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955, ¹ 7, maddə 1343; 2017, ¹ 2, maddə 325, ¹ 5, maddə 984; 2018, ¹ 1, maddə 121; 2019, ¹ 5, maddə 968; 2020, ¹ 9, maddə 1234) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci bölmənin adında “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
2.2. “Tədbirlərin məzmunu” sütunu üzrə:
2.2.1. 1-ci hissənin birinci abzasında, 1.1-ci bəndin birinci abzasında, 1.2-ci bənddə, 1.3-cü bəndin birinci, “a” və “e” abzaslarında, 1.4-cü və 1.5-ci bəndlərdə, 4.1-ci bəndin “a” abzasında (hər iki halda), 4.3-cü bəndin birinci abzasında (hər iki halda) və ikinci abzasında “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bəndin birinci abzasında “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin və həmin abzasa “ÜDM” akronimindən əvvəl “ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi,” sözləri əlavə edilsin;
2.2.3. 4.3-cü bənd üzrə:
1. birinci abzasda hər iki halda “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbələri Dövlət Məşğulluq Xidmətinin yerli şöbələrinə” sözləri “və Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilsin;
2. ikinci abzasda “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbələri” sözləri “yerli qurumları” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 725; 2017, ¹ 2, maddə 325; 2019, ¹ 3, maddə 518; 2020, ¹ 4, maddə 495) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”nın 5.1.3-cü yarımbəndində “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin” sözləri “Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarının” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 796; 2017, ¹ 5, maddə 990; 2019, ¹ 7, maddə 1336, ¹ 8, maddə 1446; 2021, ¹ 2, maddə 198) ilə təsdiq edilmiş “Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“1.3. Bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq işçilərə verilən mükafatlardan qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 225 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 797; 2019, ¹ 8, maddə 1446; 2020, ¹ 11, maddə 1384) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“3.4. Aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2021.- 9 iyun.- S.9.