“Əlilliyin və sağlamlıq
imkanlarının məhdudluğunun müəyyən
olunması meyarlarına dair Əsasnamə”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il
30 dekabr tarixli 413
nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 163
Bakı şəhəri, 7 iyun 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 175) ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5-ci hissəsi ləğv edilsin.
Əli ƏSƏDOV, Azərbaycan Respublikasının Baş naziri
Xalq qəzeti
2021.- 9 iyun.- S.9.