“Əlilliyi olan şəxslərin reyestrinin apa­rılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 165     Bakı şəhəri, 7 iyun 2021-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 1, maddə 101) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.7-ci bənddə “Reyestrin formalaş­dırılması, aparılması, digər dövlət qurum­larının informasiya sistemləri və ehtiyat­ları ilə inteqrasiyası, arxivləşdirilməsi və digər” sözləri “Reyestrlə bağlı bu Qayda ilə tənzimlənməyən” sözləri ilə əvəz edilsin.

 

2. 5-ci hissə üzrə:

 

2.1. adından “və onların dövriliyi” sözləri çıxarılsın;

 

2.2. 5.1.12-ci yarımbəndin 3-cü və 4-cü abzasları aşağıdakı redaksiyada verilsin:

 

“3. işçinin aylıq əməkhaqqının məbləği (manatla);

 

4. işçinin vəzifəsinin (peşəsinin) adı;”;

 

2.3. 5.1.14-cü yarımbənddə “pensiya, müavinət” sözləri “əmək pensiyası, sosial müavinət” sözləri ilə əvəz edilsin;

 

2.4. 5.1.21-ci və 5.1.24-cü yarımbəndlərdən “ümumi və” sözləri çıxarıl­sın.

 

Əli ƏSƏDOV,

 

Azərbaycan Respublikasının Baş naziri

 

 

Xalq qəzeti.-2021.- 9 iyun.- S.9.