Azərbaycan və Türkiyə iqtisadi əlaqələri yeni inkişaf mərhələsində

 

Türkiyə ilə Azərbaycan əlaqələri tarixi-mədəni köklərə söykənən, qardaşlıq və dostluq prinsipinə, qarşılıqlı strateji tərəfdaşlığa əsaslanan münasibətlər sistemini əhatə edir. Bu münasibətlər sistemində iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr ticarət, investisiya qoyuluşuregional layihələrdə özünü daha qabarıq göstərir.

 

Ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafında rəsmi olaraq 1992-ci il noyabrın 1-də imzalanmış və 1993-cü ildən qüvvəyə minmiş “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Sazişmühüm rol oynamışdır. İqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından 1994-cü ildə “Əsrin Müqaviləsi”ndən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. İki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır.

 

Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı–Tbilisi– Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsində, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin möhkəmlənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında, tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə də gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.

 

Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə, sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır. Maliyyə–sığorta sahəsində Azərbaycan Sənaye Bank, Ziraat Bank Azərbaycan, Azər–Türk Bank uğurla fəaliyyət göstərir. Son illərdə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Türkiyəyə investisiya yatıran azərbaycanlı adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi AsiyaQafqaz ölkələri arasında ilk yerdədir. Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Türkiyə”nin icra etdiyi layihələrlə bağlıdır. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən, Türkiyədə isə Azərbaycan investisiyalı 2 mindən çox şirkət fəaliyyət göstərir.

 

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr mühüm strateji əməkdaşlıq nümunəsidir. 2005-ci ildə açılışı edilən Heydər Əliyev adına Bakı– TbilisiCeyhan (BTC) əsas ixrac boru kəməri beynəlxalq enerji dəhlizlərinə çıxışda və Qərb ölkələrinin enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin əhəmiyyətini artırır. Layihənin uzunmüddətli olması (müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb) əhalinin məşğulluğunun təminatı baxımından da xüsusi önəm kəsb edir.

 

Bakı–Tbilisi–Ərzurum boru kəməri (BTƏ) Azərbaycan qazının Gürcüstan, Türkiyə və Yunanıstana ixracının həyata keçirilməsini təmin edir. Bu layihənin Azərbaycan və Türkiyənin təbii qazının Asiyadan Avropaya daşınmasında əsas tranzit ölkələrə çevrilməsi ölkələrimizin həm strateji mövqelərini, həm də iqtisadi rifah səviyyəsini, gəlirlərini yüksəldir.

 

Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Cənubi Qafqazı, Anadolunu və Cənubi Avropanı əhatə edən əhəmiyyətli şərq-qərb qaz nəqli xətti şəbəkəsidir. Bu layihə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi kimi 3 mühüm iqtisadi əhəmiyyətli ərazini əhatə edir. Bu bölgələrdəki ölkələrin iqtisadi inteqrasiyasında Azərbaycan və Türkiyə mühüm mövqe tuturlar. Azərbaycan TANAP layihəsi ilə öz qazını dünya bazarına çıxarmaqla, Türkiyə isə etibarlı enerji koridoru olmaqla, Avropa Birliyi üçün iqtisadi dəyərini getdikcə artırır.

 

Bu gün Türkiyə ilə Azərbaycan iqtisadi əlaqələri müxtəlif sahələri əhatə etməklə uğurla inkişaf edir. İki ölkə arasında investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Azərbaycanın qələbəsinin regionda yaratdığı yeni reallıq Naxçıvanla quru əlaqənin yaradılmasına, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaradıb. Hazırkı mərhələdə bütün diqqət 10 noyabr Bəyanatının 9-cu maddəsinin icrasına yönəldilib. Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə, yeni nəqliyyat kommunikasiyaları reallaşacaq. Mehri vasitəsilə Türkiyə – Naxçıvan – Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan – İran və Ermənistan – Rusiya nəqliyyat xətlərinin bərpası gündəmin əsas mövzusudur. 11 yanvar bəyanatında əksini tapmış bu məsələlərə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış bəyanat regionun inkişafına böyük dinamizm gətirərək təhlükəsizliyi möhkəmləndirə bilər: “Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

 

Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan- Türkiyə və Ermənistan – Azərbaycan – Rusiya, eləcə də Ermənistan – Azərbaycan – İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınması ümumən region üçün əhəmiyyətlidir. Naxçıvana və əks istiqamətdə gediş-gəliş, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutlaşose və dəmir yolu ilə Zəngəzurdan göndərilməsi nəticəsində Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsi qarşılıqlı ticarət baxımından, Gürcüstan yoluna nisbətən daha qısa məsafəli marşrut yaranacaq. Türkiyə birbaşa Azərbaycana, Rusiyaya, həmçinin İrana daha sürətli, daha ucuz daşımalar gerçəkləşdirə biləcək. Bundan başqa, rəsmi Ankara Mərkəzi Asiya ölkələri ilə də rahat əlaqələr qura biləcək. Azərbaycan – Naxçıvan – Türkiyə yolu ümumən bir çox ölkələr arasında kommunikasiya imkanlarını yaxşılaşdıracaq.

 

Naxçıvanla quru yollarının açılması nəqliyyat dəhlizinin, tarixi Ələt–Culfa dəmiryolu xəttinin bərpası və bu dəmiryolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan Qars–İğdır–Culfa dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurulacaq. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə AvropaAsiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər.

 

Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri iki ölkənin dövlət başçısının təşəbbüsü və iradəsi ilə Bakı–Tbilisi–Qars dəmiryolu xətti layihəsinin reallaşdırılması olub. 2017-ci ildən istismarda olan Bakı–Tbilisi–Qars dəmiryolu xətti Azərbaycan ilə Türkiyənin, daha geniş miqyasda isə Avropa və Asiyanın birləşdirilməsini nəzərdə tutan layihədir. Layihə sərnişin və yük daşınmasının marağında olan İpək yolu üzərində yerləşən ölkələr üçün, nəqliyyat və daşınma xərclərinin və müddətinin aşağı salınması, eləcə də iqtisadi ticarət əlaqələrinin miqyasının artırılması baxımından önəmlidir. Bakı–Tbilisi–Qars dəmiryolu Türkiyə və Azərbaycanın iqtisadi inteqrasiyasını sürətləndirəcək, nəqliyyat xərclərinin aşağı olması səbəbi ilə bu iki ölkənin ixrac və idxalını stimullaşdıracaq və bu ölkələrə strateji üstünlüklər qazandıracaq. Bundan başqa, gələcəkdə Rusiyaİran arasında Şimal–Cənub nəqliyyat dəhlizinin, Bakı–Tiflis–Qars dəmiryolu xəttinə integrasiyası, region ölkələri başda olmaqla Çindən Avropaya qədər İpək yolu üzərindəki bütün ölkələrə öz iqtisadi töhfəsini verəcək.

 

2010-cu ilin sentyabr ayının 16-da İstanbulda keçirilən sonuncuTürkdilli Ölkələrin Dövlət Başçılarının Zirvəsi”ndə o vaxtlar Türkiyə Respublikasının Baş naziri olan Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan birgə bəyannaməyə uyğun olaraq Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası quruldu. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iki ölkə arasında bütün sahələrdə inteqrasiyanın əldə olunması və dövlətlərimizin maraqlarına uyğun olaraq regional və beynəlxalq müstəvidə əməkdaşlığı inkişaf etdirir. Bu saziş həm də hər iki ölkənin biznes adamlarının təcrübə mübadiləsinə səbəb olacaq. Türk adamlarının geniş ticarət təcrübəsini azərbaycanlı adamları ilə paylaşmasına imkan verəcək. Mal və məhsulların müəyyən qisminin gömrükdən rüsum ödəmədən keçməsi hər iki ölkənin satınalma gücünə böyük dəstək verəcək. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində türk şirkətlərinin iştirakına geniş imkanlar açacaq.

 

Dostqardaş ölkə Azərbaycan ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq da yüksək səviyyədədir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir.

 

ASELSAN tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə 1998-ci ildə Azərbaycanda “ASELSAN–Bakı” şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, digər xidmətlər də göstərir. Azərbaycanın Türkiyə ilə iqtisadi, hərbi və siyasi sahədə yaxşı əlaqələrin müdafiə sənayesi sahəsində də olmasının və müştərək istehsal kimi əməkdaşlıq üsullarının tətbiqinin əhəmiyyətli olduğunu vurğulamaq istərdim.

 

Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlətlərimiz arasında bir sıra sazişlər imzalanıb. Bunlardan biri iki hökümət arasında 2020-ci il iyulun 1-də təsdiq edilən və 2021- ci ilin mart ayından qüvvədə olan Preferensial Ticarət Sazişidir. Sazişdən əvvəl Türkiyə Azərbaycan bazarında yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklərindən yararlanan MDB ölkələri ilə qiymət rəqabətində uduzur və Azərbaycanla xarici ticarətində mövcud potensialından daha aşağı nəticə göstərirdi. Bu saziş, 15 mal qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə ölkələrimiz arasında xarici ticarət dövriyyəsini artıracaq və dövriyyə hədəflərinə çatmağı sürətləndirəcək. Ticarət həcminin artması iqtisadi əlaqələrin inkişafını və ədalətli rəqabət üçün əlverişli mühitin yaradılmasını təmin etməklə, hər iki ölkəyə investisiya qoyuluşlarını da artıra bilər.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Azərbaycandakı adamlarının qeyd etdiyi kimi, Dağlıq Qarabağonun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli inzibati rayonlarının sənaye, kənd təsərrüfatı potensialı genişdir. Xammal bazası, təbii resursları olduqca böyükdür. Bütün bunlar, bərpa prosesindən sonra qısa zamanda həmin regionun iqtisadiyyatının sürətlə inkişaf edəcəyini deməyə əsas verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanda fəaliyyət göstərən adamlarının da iqtisadi-ticari prioritetlərini müəyyən edir: “2025 Vizion Sənədində nəzərdə tutulan layihələrin maliyyələşdirilməsində istifadə ediləcək Vizion Fondunun yaradılmasını dəstəkləyirik. Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi. Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb. Bundan sonra prioritetimiz Qarabağda təhlükəsizlik və sabitliyin yaradılmasına kömək etmək, 30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmaqdır”.

 

Böyük qayıdış azərbaycanlı qardaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında körpü olacaqdır. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.

 

İşğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturun qurulması, rahat həyat tərzi və bütün xidmətlərə əlçatanlıq regionun iqtisadi potensialından səmərəli istifadə ilə reallaşacaq. Doğma torpaqlarına qayıdan insanların layiqli yaşayışının təmin edilməsi, bu regionun Azərbaycanın ən abad guşələrindən birinə çevrilməsi üçün böyük bərpa və quruculuq işlərində iştirak etmək üçün türk adamları hər cür əməkdaşlığa hazırdır.

 

Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələr həyata keçirilməsi real görünür. Bu platformada dövlət, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan turizm potensialı işlənib hazırlanmalı, təbii və antropogen turizm resursları nəzərdən keçirilməlidir. Qarabağ əsasən dağlıq ərazi olduğundan, dağçılıq və alpinizm turizmini xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, Qarabağ təbiətinin zənginliyinə, qədimliyinə, və tarixi-mədəni abidələrinə görə ekoturizm, etnoturizm zonası kimi inkişaf edəcək. Dünyanın ən gözəl turizm məkanlarından biri kimi turistlərin üz tutacağı region olacaq. Türk şirkətləri bu sahəyə də böyük investisiyalar qoymaqla öz töhvəsini verə bilər.

 

Bütün bunlar göstərir ki, Türkiyə Azərbaycan iqtisadi münasibətinin böyük inkişaf potensialı var. Ölkələrimizin dərin dostluq və qardaşlıq ruhuna əsaslanan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərirlər. Yeni əməkdaşlıq mühitinin yaradılması ikitərəfli sərfəli ticarət mübadiləsini artıracaq və iqtisadi tərəfdaşlığı gücləndirəcək.

 

Azmi KARAKOYUNLU,

 

“SAHA” şirkətinin təsisçisi, Azərbaycanda fəaliyyət göstərən türk adamı

 

Xalq qəzeti.- 2021.- 9 iyun.- S.8.