TANAP təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malik layihədir

 

Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və isteh­salçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Son 18 ildə “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ar­dıcıl şəkildə genişlənib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kont­raktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marş­rutu–Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorun­dakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə isə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılma­sını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memoran­dum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.

 

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ma­yın 21-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, həmçinin enerjinin Avropaya çatdırılması barədə danışarkən, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması baxımından ötən ilin sonuncu gününün əlamətdar olmasını xatırladıb. Dövlətimizin başçısı deyib: “Sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmış­dır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən - maliyyə, siyasitexniki baxımdan böyük bir çağırış idi. Biz həqiqətən də yaxşı bir komanda, bir neçə ölkəni təmsil edən komanda olaraq çalışırdıq. Bu ölkələrin bəziləri Avropa İttifaqının üzvü­dür. Biz Avropanın enerji təhlükəsizliyinə həqiqətən də mühüm töhfə verdik...”.

 

Prezident İlham Əliyev çıxışında Azərbaycanda yeni yataqların kəşf olunmasını və təbii qazın hasilatının yeni səviyyəsini nəzərə alaraq bu layihənin gələcək onilliklər ərzində də davam edəcəyini, bunun isə sözügedən prosesə cəlb olunan ölkələr arasında böyük dərəcədə ikitərəfli və çoxtərəfli əlaqələri daha da gücləndirəcəyini vurğulayıb.

 

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsi bu gün Azərbaycan, Türkiyə və Avropa İttifaqını bir-birinə daha da yaxınlaşdırır və təqdim etdiyi potensial ilǝ qlobal enerji geosiyasətini yenidən formalaşdırır. Bu xüsusiyyəti ilə TANAP gələcəkdə planlaşdırılması nəzərdə tutu­lan enerji layihələri üçünbaza rolunu oynayır.

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə - Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb.

 

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastruk­turu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.

 

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Xatırla­daq ki, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalanıb. Adı çəkilən müqavilənin imza­lanması Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. Yeri gəlmişkən, 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırıldı.

 

İki qardaş ölkənin–Türkiyə vǝ Azərbaycanın enerji sektorun­da indiyədək davam edən uğurlu ǝmǝkdaşlığının mühüm nümunələrindən biri olan TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP-la birgǝ Cǝnub Qaz Dəhlizinin ən vacib halqasını təşkil edib.

 

Layihə Azərbaycan, Türkiyə və Avro­pa İttifaqını bir-birinə daha da yaxınlaş­dırır və təqdim etdiyi potensial ilǝ qlobal enerji geosiyasətini yenidən formalaşdı­rır. Bu xüsusiyyəti ilə TANAP gələcəkdə planlaşdırılması nəzərdə tutulan enerji layihələri üçünbaza rolunu oynayır.

 

TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadisiyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azǝrbaycanı Türkiyənin ikinci, Avropa İttifaqının isə yeni qaz tədarükçüsünǝ çevirir.

 

Sözügedən layihənin uğurlu fəaliyyətindən bəhs edərkən, müəyyən göstəricilərə də diqqət yetirmək istərdik. Belə ki, 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb.

 

Xatırladaq ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avro­paya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

 

TANAP-la Türkiyəyə kommersiya qa­zının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Tica­ri əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kub­metr qaz nəql olunacaq.

 

İstismara veriləndən bu vaxtadək TANAP-la Türkiyəyə 10 milyard kubmetrdən çox qaz nəql edilib. TANAP-ın tam gücü ilə nəqlə başlayacağı 2022-ci ildən sonra hər il 1,5 milyard dollardan çox nəqletmə gəliri əldə olunacaq. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faiziBotaşa, 12 faizi isə BP şirkətinə məxsusdur.

 

TANAP marşrutu sosial-iqtisadi əhəmiyyəti ilǝ Cənub Qaz Dəhlizinin önəmli həlqəsini tǝşkil edir. Bununla yanaşı, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə artıq Avropaya çataraq dünyanın bu regionunun enerji təchizatı təhlükəsizliyinə mühüm töhfə verir.

 

TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi- siya­si əməkdaşlığının inkişafına böyük töhfǝ vermǝklǝ bərabər, ölkəmizi həm Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünǝ, həm də Avropa İttifaqı­nın yeni tǝbii qaz tədarükçüsünǝ çevirib. Azərbaycanın “Şahdəniz-2” yatağın­dan çıxardığı təbii qaz 2020-ci ilin son günlǝrindǝn etibarǝn Türkiyə marşru­tunun ardından, Türkiyə-Yunanıstan sərhədindǝn TAP-a qoşularaq Avropaya çatdırılmağa başlanıb.

 

Enerji sahəsində beynəlxalq birli­yinin ən uğurlu layihələrindən biri olan, xüsusilə Avropa Birliyi üçün alternativ bir enerji dəhlizi yaratması baxımından strateji əhəmiyyət malik TANAP layihəsi planlaşdırılan qrafikə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin investisiyanın 45 faizinǝ qənaət olunaraq başa çatdırılıb. Bu sǝbǝbdǝn dǝ dünya miqyasında nümunǝvi layihǝlǝrdǝn biri olan TANAP vasitǝsilǝ 2018-ci il iyunun 30-dan 2020-ci il dekabrın sonuna qədər Türkiyəyə nǝql edilǝn təbii qazın ümu­mi hǝcmi 8,4 milyard kubmetrə çatıb. BOTAŞ təbii qazın tranzit keçidinə dair sazişin bağlanmasının üçüncü ilində – 2020-ci il iyunun 30-da 6 milyard kub­metr həcmində qaz əldə edib.

 

TANAP 16 milyard kubmetr olan mövcud ötürücülük gücünün əlavə investisiyalar hesabına 31 milyard kubmetrə qədər artırıla bilǝcǝk şǝkildǝ layihǝlǝndirilib. Sonrakı illǝrdǝ isə ölkənin digər təbii qaz yataqların­dan əldə edilə biləcək əlavə hasilatla Azərbaycan, xüsusilə Cənub–Şərqi Avropa ölkələri üçün çox əhəmiyyətli bir qaz tədarükçüsü olacaq.

 

TANAP-ın enerji dünyasında qazan­dığı uğurlarla tarixə mühüm bir imza atdığını da qürurla qeyd edərək bildirdi ki, layihənin idarə edilməsində göstǝrilǝn üstün fǝaliyǝtə görə, mərkəzi ABŞ-ın Filadelfıya şəhərində yerləşən və dünya­nın ən tanınmış məslək qurumlarindan hesab edilən “Project Management Institute (PMI)” tərəfındən “2020 –ci ilin layihəsi” mükafatına layiq görülüb. Bu mükafat TANAP-ın layihə idarəetmə komandasına layihə müddəti ərzində əməyin mühafızəsinə, keyfıyyətə, ətraf mühitə, sosial və mədəni dəyərlərə diqqətlə yanaşdığına, layihənin tam vaxtında və proqnozlaşdırılan büdcəyə qənaət edilərək təhvil vermək üçün nümayiş etdirdiyi mükəmməl idarəetmə səylərinə görə verilib. Yeri gəlmişkən, TANAP Türkiyə və Azərbaycanda bu mükafata layiq görülən ilk layihədir.

 

Xalq qəzeti  2021.- 12 iyun.- S.4.