Bəsləsən, atlas olar tut yarpağından

 

Baramaçılığın inkişafı üçün tut ağaclarının əkilməsi önəmlidir. Həmçinin burada ipəkçiliyin, yəni yüngül sənayenin inkişafından söhbət gedir. Baramaçılıq sahəsi özü böyük bir kompleksi əhatə edir, bir növ aqrobiznes formasıdır. Baramadan sonrakı mərhələdə ipək, ardınca isə son məhsul – parça hazırlanır.

 

Gəlirli məşğuliyyət növlərindən sayılan ipəkçilik ilk dəfə Çində yaranıb, sonralar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da geniş yayılıb. Ölkəmizdə qədim ənənələrə malik olan bu sahənin tarixi uzaq keçmişə gedib çıxır. Şirvan əyaləti qədim dövrlərdə Azərbaycanın ən iri ipəkçilik bölgəsi olub. Bundan başqa, Gəncə, Şəki, Şuşa bölgələrində də ipəkçilik çox inkişaf edib. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli və zərif qadın baş örpəkləri hazırlanıb.

 

XIX əsrin əvvəllərində Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. O zaman ipəkçilikdə qazandığı uğurlarına görə Şəkini “Qafqazın Lionu” adlandırırdılar. Həmin əsrin 40-cı illərində Cənubi Qafqazda istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düşüb. Toplanan həmin məhsulun 40 faizə qədərini Nuxa (Şəki) qəzası verib. Ötən əsrin əvvəllərində isə baramaçılıqda əsas yem mənbəyinə–tut yarpağına olan tələbatın ödənilməsi məqsədilə geniş çəkillik təsərrüfatları yaradılıb. 1910-cu ildə Cənubi Qafqazdakı 55 min desyatin plantasiyadan 50 min desyatini Azərbaycanda olub. Çəkil plantasiyaları ticarət bağçılığı, tut yarpağı isə artıq əmtəə xarakterli olub.

 

Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanın 31 inzibatı rayonunda, Naxçıvan Qarabağda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ- isə Özbəkistandan sonra 2-ci yeri tuturdu. Azərbaycan ipəyi dəfələrlə beynəlxalq sərgilərdə medallara layiq görülüb. Xüsusilə Ordubad Şəki ipəyi 5 qızıl medal alıb. Xatırladaq ki, dünya bazarında baramanın bir tonu 9-10 min dollara, başqa sözlə, 16–17 min manata satılır. İpək parçanın qiyməti isə bundan təxminən 2 dəfə bahadır. Bir baramadan 800-1200 metr uzunluğunda sap almaq mümkündür. Bu saplardan isə sonradan ipək parça istehsal edilir. Baramaçılığın dirçəldilməsi ipəkçiliklə yanaşı, xalçaçılığın da inkişafına şərait yaradır.

 

Təəssüf ki, ötən əsrin sonlarında ictimai-iqtisadi formasiyanın dəyişməsi səbəbindən ölkəmizdə bir çox sahələr kimi, baramaçılıq da tənəzzülə uğrayıb. Hazırda həyata keçirilən müvafiq dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiqlənmişAzərbaycan Respublikasında baramaçılığın ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramıbu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsərrüfatın bu sahəsinin uzun illərdən sonra bərpası sayəsində həyata keçirdiyi kompleks tədbirlər həm regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir.

 

İnvestor rolunda dövlətin özünün çıxış etməsi təqdirəlayiq hesab olunur. Sahənin inkişafı daim dövlətin diqqətindədir. Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin barama toxumlarının tədarük edilməsi məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Perspektivdə inkişafın dünya praktikasında özünü səmərəli təşkilat forması kimi doğrultmuş aqrar-sənaye klasterləri yaradılması yolu ilə həyata keçirilməsi, baramaçılğın ipək sənayesində müasir texnologiyaların tətbiqi dayanır. Bundan başqa, Özbəkistanda ipəkçilikdə yaradılmış texnopark modelinin Azərbaycana gətirilməsi bizi daha böyük uğura çatdırar.

 

Ölkə başçısı təsdiqləyib ki, bu gün Azərbaycanın yüzlərlə kəndində insanlar baramaçılıqla məşğul olur. Bu, o deməkdir ki, artıq fərdi sahibkarlıq inkişaf edir müəyyən qədər gəlirin formalaşmasında rol oynayır. Baramaçılıq artıq ailə biznesinə çevrilir. Bu sahə ilə məşğul olanlar təxminən 40 gün ərzində hazır məhsul əldə edir, onu satıb sanballı mənfəət götürürlər. İnkişaf tendensiyası barədə onun demək olar ki, Azərbaycanda 2015-ci ildə cəmi 236 kiloqram yaş barama istehsal edilmişdisə, bu il dövlət qarşısına xeyli çox barama istehsalını məqsəd qoyub. Hədəf 2025-ci ildə istehsalı 6000 tona çatdırmaqdır. Başqa sözlə desək, həşərat sayılan baramaqurdu ölkəyə milyonlar qazandıra bilər.

 

Onu da qeyd edək ki, aprel ayında Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi özünüməşğulluq proqramına dəstək məqsədilə birgəBaramaçılığın inkişafına dəstəklayihəsinə başlayıb. 20 nəfərin cəlb olunduğu layihə pilot olaraq baramaçılıq üçün əlverişli olan 4 rayonuBərdə, Kürdəmir, Yevlax Şəmkiri əhatə edir. Həmin şəxslər üçün təlimlər keçirilib sonra onlar Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu toxumu ilə təmin ediliblər. Layihəyə cəlb olunan namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürülüb layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilib.

 

Dövlət proqramının icrası ilə əlaqədar olaraq Masallı rayonunda da məqsədyönlü işlər görülür, ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mütəxəssislərin bildirdiyinə görə, adətən Azərbaycanın ipəkçiliklə məşğul olan bəzi rayonlarında ipəkqurdu toxumu ənənəvi üsulla əldə edilib, amma Lənkəran–Astara zonasında əsasən satın alınıb. Barama məhsulunun qısa vaxtda əldə edilməsi, zaman etibarı ilə münasibliyi bu sərfəli təsərrüfat sahəsinin Masallıda da inkişafına zəmin yaradıb. Cari mövsümün əvvəlində rayon rəhbərliyi baramaçılığın səmərəli təşkili ilə bağlı geniş müzakirələr keçirib. Əsas hədəf baramaçılığın ipəkçiliyin inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dəstək istehsalla bağlı maarifləndirmə işlərinin genişləndirilməsi olub.

 

Fərəhli haldır ki, Masallıda barama istehsalına maraq ildən-ilə artır. Kümdarlar yaxşı bilirlər ki, barama becərmək xeyirlidir, az müddətdə əməkçi insan xeyli miqdarda pul qazanır. Ötən il rayonda 2 ton 287,5 kiloqram barama istehsal edilib. Bu ilin may ayından etibarən məhsul istehsalını daha da artırmaq üçün zəruri işlər həyata keçirilib. Barama bəsləmək istəyən kümçülərin qeydiyyatı aparılıb və onlara əməli dəstək göstərilib. Təsadüfi deyil ki, cari ildə rayonda baramaçılıqda daha böyük uğur qazanılacağı proqnozlaşdırılır. İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun təşəbbüsü ilə keçirilən videomüşavirələrdə dövlətin bu sahənin inkişafına prioritet verdiyi konkret faktlarla diqqətə çatdırılıb. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

 

Ötən ay, rayonda barama mövsümü başlanan ərəfədə kümdarlara pulsuz olaraq barama qurdlarının paylanılması qısa müddətdə başa çatdırılıb. Masallı DAİM-dən verilən məlumata görə, cari ilin məhsulu üçün 140 qutu ipəkqurdu toxumu rayondakı bütün inzibati ərazilərin kümdarlarına paylanılıb. Saxlanma otaqlarının istilik və rütubət nizamlanması qaydaya salınıb, yemləmə bazası da kifayət qədərdir.

 

Ötən həftələrdə Şahin Məmmədov rayonda ipəkqurdu paylanılmış Ərkivan və Boradigah qəsəbələrində, Hişkədərə, Miyankü, Tüklə və Kolatan kəndlərində olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanıb. İşgüzar görüşlər zamanı kümdarlardan Mirnuh Əliyev, Həqiqət Muradova, Kəbirə Əliyeva, Zöhrə Abbasova, Tərifə Babayeva, Vüqar Ağyev, Elçin Sadıqov və başqaları çətin və məsul işin öhdəsindən optimal müddətdə gələcəklərini vəd ediblər. Baramaçılığın hesabına ötən illər ailə gəlirlərinin xeyli artdığını vurğulayan kənd sakinləri növbəti illərdə də barama istehsalını artırmaq barədə düşündüklərini açıqlayıblar.

 

Söhbət etdiyimiz kümdarlar bildirdilər ki, hazırda baramaçılıq mövsümü yekun ərəfəsindədir. Artıq “Azəripək” MMC-nin nümayəndələrinə məhsul təhvil verilir. Dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlərdən sonra baramaçılıq sahəsi də inkişaf edərək əvvəlki şöhrətinə çatmaqdadır. Kümçülər respublikamızda ipəkçiliyin inkişafına töhfələr vermələrindən məmnundurlar.

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti”nin bölgə müxbiri,

 

Əlihüseyn ŞÜKÜROV,

 

Masallıda çıxan “Yeni həyat” qəzetinin baş redaktoru

 

Xalq qəzeti  2021.- 12 iyun.- S.10.