Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının orta ixtisas
təhsili müəssisələrinə ümumi
orta təhsil bazasında tələbə
qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı
№ 51 Bakı şəhəri,
4 mart 2021-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə
350, № 4, maddə 816, № 12 (II kitab), maddə
2748; 2019, № 3, maddə 517; 2020, № 2, maddə 198, №
5, maddə 650) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisə-lərinə
ümumi orta təhsil
bazasında tələbə qəbulu Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.2-1-ci bənd
əlavə edilsin:
“3.2-1. Epidemiya əleyhinə
rejimin, sanitariya-gigiyena
və karantin rejimlərinin qüvvədə
olduğu müddətdə qəbul
imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş
qaydada bir mərhələdə
keçirilir. Qəbul imtahanında
abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30
və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim
edilir. Bu mərhələdə
abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn
üzrə 100 bal olmaqla,
cəmi 300 baldır. İmtahanın davametmə müddəti
3 saatdır.”.
2. 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın” sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilsin.
3. 3.5-ci bəndə “ikinci
mərhələdə” sözlərindən sonra
“, habelə bu Qaydaların 3.2-1-ci bəndinə
uyğun olaraq
keçirilən qəbul imtahanında” sözləri əlavə
edilsin.
4. 3.9-cu bəndin ikinci cümləsindən “birinci mərhələdə” sözləri çıxarılsın.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti 2021.- 5 mart.- S.2.