Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmişÜmumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

¹ 50                    Bakı şəhəri, 4 mart 2021-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2217; 2018, ¹ 4, maddə 814, ¹ 12 (II kitab), maddə 2746; 2019, ¹ 4, maddə 763, ¹ 6, maddə 1141; 2020, ¹ 2, maddələr 196, 216, ¹ 5, maddə 650, ¹ 11, maddə 1407) ilə təsdiq edilmişÜmumi təhsil pilləsində təhsil-alanların yekun attestasiyasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin qüvvədə olduğu müddətdə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdən ibarət olmaqla, tədris Azərbaycan, rusgürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dilriyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçünxarici dilriyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dilriyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.”.

2. 2.6-cı bəndin üçüncü cümləsində “ÜmumisözüBu Qaydaların 2.2-ci və 2.2-1-ci bəndlərinə uyğun olaraq ümumi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “imtahanının” sözündən əvvəl “imtahanında və ya” sözləri əlavə edilsin.

3. 2.8-ci bənddə “2.8-ci” sözləri “2.7-ci” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti  2021.- 5 mart.- S.2.