İsmayıllı Peşə Tədris Mərkəzinin
adının dəyişdirilməsi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli
118 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı
№ 49 Bakı şəhəri, 4 mart
2021-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təklifinə
əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. İsmayıllı Peşə Tədris Mərkəzi
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
adlandırılsın.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12,
maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399,
№ 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə
775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6,
maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə
336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226,
1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə
373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə
1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319, № 6,
maddələr 1223, 1226; 2018, № 11, maddələr 2429, 2456, № 12
(II kitab), maddələr 2739, 2759; 2019, № 11, maddə 1853; 2020, №
3, maddə 368, № 7, maddə 980, № 10, maddə 1301) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nın “Peşə təhsili müəssisələri”
bölməsinin 47- ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
“47. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi”.
Əli
ƏSƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 5 mart.- S.2.