Koronavirusdan tam sağalma uzun sürən prosesdir

Koronavirusun mutasiyaya uğraması gözlənilən idi, viruslar, adətən, ayda bir dəfə dəyişiklikliyə uğraya bilər, bu da ildə 12 –20 dəfə mutasiya deməkdir. Lakin son zamanlarda koronavirusun mutasiyası nəticəsində yaranan hər üç variantda bir ildə baş verə biləcək qədər mutasiya var onların genləri haqqında məlumat yoxdur. Virus təkamül keçirdiyi müddətdə onun genetikasının necə dəyişdiyi tədqiqatçı alimlər tərəfindən hələ ki, öyrənilməyib”. Bu fikirləriSağlamlığın Qorunmasıİctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva son zamanlar virusun mutasiyası ilə bağlı söylənilən faktlara münasibət bildirərkən dedi.

Həkim mutasiya nəticəsində yaranan yeni variantların xəstəliyin gedişinə təsiri, eyni zamanda, ölkədə başlanan könüllü peyvəndləmə kampaniyasına münasibət bildirərək qeyd etdi ki, koronavirusla mübarizədə vaksinasiyanın başlaması ümidləri artırıb:

Amma Böyük Britaniya, Cənubi Afrika Braziliyada ortaya çıxan yeni mutasiyalar elm dünyasını ciddi narahat edir. Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü, professor Kənan Midilli iddia edir ki, virusun mutasiyası böyük ehtimalla immun sistemi zəif olan, yəni, virusa asanlıqla cavab reaksiyası verə bilməyən ya qan plazma müalicəsi almış xəstələrdə yaranıb ondan sonra insanlar arasında yayılmağa başlayıb.

COVID – 19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz ya müxtəlif əlamətlərlə yüngül ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır. Digər infeksion xəstəliklərdə olduğu kimi, bu yeni koronavirus zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən ölümə səbəb olur. Ona görə COVID – 19 - dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək immunitetimizi gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır.

Yazgül Abdıyeva immun sistemimizi qorumağa gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr verərək dedi:

İllik qrip peyvəndi daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmaq olmaz. Qida maddələrinin, vitaminlərin mineralların miqdarının balanslı qəbuluna diqqət etmək, gecə yuxusunu normal təmin etmək lazımdır. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immunitetimiz sinir hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Normal qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır.

Həkim, eyni zamanda, virusun mutasiyaya uğramış variantlarının virusun özündən daha təhlükəli olduğunu bildirdi:

Virusun mutasiyasından danışarkən unutmamalıyıq ki, İngiltərədə birinci, Cənubi Afrikada ikinci Braziliyada üçüncü variant mutasiyaların hər üçünün oxşar xüsusiyyəti daha sürətli ötürülmə yayılma tempinə malik olmalarıdır. Alimlər bildirirlər ki, İngiltərə variantının əvvəlki COVID – 19 virusundan ən az 30 faiz daha artıq yoluxucu olması müəyyən edilib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni variantların yoluxuculuq qabiliyyətinin daha yüksək olmasına baxmayaraq, onlar əvvəlki virusla eyni dərəcədə ölüm ya ağırlaşmalar yaradır. ÜST vaksin istehsalçılarına tövsiyə edir ki, COVID –19 əleyhinə peyvənd istehsalında yeni variantları da nəzərdə saxlasınlar. Bəzi peyvəndlər var ki, onların tərkibinin dəyişdirilməsinə ehtiyac olmur, məsələn qızılcaya qarşı peyvənd. Lakin elə peyvəndlər var ki, məsələn, qripə qarşı peyvəndlərin strukturu hər il yayılan ştammlara uyğun olaraq dəyişdirilməlidir. Mövcud peyvəndlərin yeni variantlar üzərində qədər effektiv olacağı barədə araşdırmalar davam etdirilir, ancaq onların ağırlaşma hallarından qoruya biləcəyi istisna edilmir.

İlin əvvəlində bir çox ölkələrdə yoluxma sayının azalması müşahidə olunsa da, hazırda ən çox yoluxma Portuqaliya, İsveçrə Danimarkada qeydə alınır Portuqaliyada yoluxan şəxslərin 60 faizində virusun İngiltərə variantına yoluxma olduğu bildirilir. Yaz aylarında İngiltərə variantının bütün Avropada yayılması ilə virusun 3-cü dalğasının yaşanması ehtimal olunur.

İctimai birliyin sədri hesab edir ki, koronavirusun üç müxtəlif mutasiya variantının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməli, qısa bir zamanda peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır. Bununla yanaşı, peyvənd istehsalı da sürətlənməlidir. Üçüncü dalğanın vaxt gələcəyini demək çətindir, dünya hazırlıqlı olmalı, əvvəlki yayılma dönəmlərindən öyrənilmiş dərslərə əsasən hər kəs qaydalara əməl etməlidir. Tövsiyə olunan karantin rejimlərinin yumşaldılması ilə infeksiyaya nəzarət tədbirləri, fərdi qorunma vasitələrindən istifadə davam etdirilməlidir. Maskadan istifadə, əllərin təmiz saxlanılması ara məsafəsinin gözlənilməsi virusla mübarizədə sübut olunmuş effektiv asan qorunma vasitələridir.

Mütəxəssisin fikrincə, gigiyena qaydalarına əməl edilməli, peyvənddən qorxmamalı, vaksinasiya prosesi cəmiyyətdə təşviq edilməlidir. Hətta kifayət qədər peyvənd olarsa, fikrimcə, prioritet əhali qrupunun həcmini daha da artırmaq mümkün idi. Bu istiqamətdə hər gün ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində olan, evdən işləmək imkanı olmayan insanlara da vaksin vurulmasını tövsiyə edərdim. Çünki ictimai nəqliyyatda yoluxma riski həmişə yüksək olmuşdur. Səhər axşam saatlarında ictimai nəqliyyatdakı sıxlıq potensial yoluxma məkanıdır.

Y.Abdıyevakoronavirusdan sağaldım” – deməklə xəstəliyin bitmədiyini bildirdi:

Çin alimləri COVID – 19-dan sağalmış 1733 qadın kişi üzərində geniş masştablı araşdırmaların yekununda bu nəticəyə gəliblər ki, koronavirusdan tam sağalma uzun prosesdir. Sağalan xəstələr 6 ay daha uzun müddətdə zəiflik, yorğunluq, yuxu pozulması, depressiya, təşviş, baş ağrılarından şikayətlənir. Koronavirusun təsiri zərbəsi elan olunandan sonra 20 – 30 gündən daha çox müddət insanla qalır. Ona görə bu xəstələrin reabilitasiyasına diqqət yetirmək vacibdir. Alimlər, həmçinin virusa yoluxub sağalan xəstələri 6 ay sonra tibbi baxışdan keçirib, funksional testlər, analizlər götürüblər. Məlum olub ki, virusun uzun müddətli mənfi simptomu tez yorulmaq, əzələ zəifliyi, sinir ağrılarıdır. 23 faiz xəstələrdə depressiya təşviş, 27 faizində isə yuxu pozulması olub. Qadınlar kişilərə nisbətən daha çox şikayətlənib. Həkimlər pasiyentlərin gələcək durumuna görə narahat olduqlarını bildirib. Doktor Liksue Huanqa deyib: “Müayinə olunanların hər 5 nəfərindən 3-də fizioloji psixoloji şikayətlər var idi. Biz hələ bilmirik, koronavirusdan tam sağalmaq üçün qədər vaxt lazımdır, tam sağalmaq ümumiyyətlə mümkündürmü?” Bu, həm COVID – 19 virusunun dərəcədə ciddi, ağır olduğunu bir daha sübut edir.

Yazgül Abdıyevanın fikirlərinə əlavə olaraq qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb. Təəssüflə deməliyik ki, ölkəmizdə koronavirusa ən çox yoluxma halı 30 – 39 yaş arası vətəndaşlarda müşahidə olunub. Belə ki, ölkə üzrə yoluxma hallarının 21 faizi həmin yaş qrupunda qeydə alınıb. Yoluxma hallarının 18 faizi 50 – 59, 16 faizi 20 –29, 15 faizi 40 – 49, 15 faizi 60 – 69, 6 faizi 10 – 19, 4 faizi 70 – 79, 3 faizi 0 – 9 yaş qruplarının, 2 faizi isə yaşı 80 və ondan yuxarı olan vətəndaşların payına düşür. Azərbaycanda COVID – 19 -a yoluxanların 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edir.

Onu da deyək ki, ÜST pandemiyaya qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunur. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var. ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı. Adıçəkilən siyahıda Azərbaycanla yanaşı bir sıra ölkələr, həmçinin Afrika İnkişaf Bankı, BillMelinda Qeyts Fondu, Amerikalararası İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı, OPEC, Beynəlxalq İnkişaf Fondu (OFID), “Standard Chartered” bankı, BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı kimi təşkilatlar yer alır.

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti  2021.- 5 mart.- S.6.