Revanşist ünsürlərin qarşısında Azərbaycanın dəmir yumruğu dayanıb

 

Ötən ilin payızındakı 44 günlük şanlı Vətən müharibəsinin regionda yaratdığı ən böyük gerçəklik ondan ibarətdir ki, Azərbaycan 30 illik işğaldan azad etdiyi Qarabağ torpaqlarında qələbə sevinciruh yüksəkliyi ilə dinc quruculuğa başlayıb, özünün yetərli imkanları ilə kommunikasiyainfrastruktur tədbirlərini sürətlə davam etdirir. Ölkəmizin hərb meydanında ağır məğlubiyyətə uğratdığı təcavüzkar Ermənistan isə hələlik sonu görünməyən siyasi, iqtisadi və mənəvi böhran içərisində çapalayır, ara-sıra revanşist hıçqırtılar eşidilir.

Ermənistanda “müharibə siyasətçiləri”nin tam iflas etdiyi bir vaxtda silahlı qüvvələrin rəhbər heyətindəki “Qarabağ klanı generalları”nın hökümətə qarşı qiyamı məğlub ölkədə gizli hərbi-siyasi revanşçıların fəallaşması deyilmi? Görünür, Qarabağda açıq döyüş meydanında ordusu darmadağın edildikdən sonra İrəvana qaçıb getmiş generallar Azərbaycanın dəmir yumruğunun ağrısından ayıldıqca gələcək revanş xülyası ilə yeni xunta qurmaq arzusuna düşüblər.

Bu oyunbazlıqlara cavab olaraq Azərbaycan Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında bildirdi: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır”. Bu xəbərdarlıq onsuz da çarəsizlik girdabına düşmüş erməni cəmiyyətinin başına ikinci dəmir yumruq kimi dəydi.

Bir gün sonra dövlət başçımızın yerlixarici jurnalistlər üçün keçirdiyi möhtəşəm mətbuat konfransı isə bütünlüklə Ermənistanın işğalçılıq siyasətinin ibrətli nəticələrinə– Azərbaycanın haqlı tərəf kimi ədalətli qələbəsinin inamlı perspektivinə, Ermənistanın haqsız tərəf kimi qaçılmaz məğlubiyyətin yaratdığı acı reallıqlara həsr olunmuşdu. Prezident İlham Əliyev jurnalistlərin müvafiq suallarına cavablarında Ermənistanda revanşizmin heç bir sosial və hərbi bazasının olmadığını açıqlamaqla yanaşı, Azərbaycanın hər hansı bir təcavüzün qarşısını yerindəcə almağa qadir olduğunu da bir daha bütün dünyaya bəyan etdi.

Azərbaycan rəhbərinin siyasi praktikada sübut etdiyi kimi, ağıl, səbir, vətənpərvərlik birləşib elə bir müdriklik nümunəsinə çevrilir ki, bununla hər bir çətin işin həllinə aparan düzgün yol asanlıqla tapılır. Haqsevərlik, başqasının torpağında, malında gözü olmamaq, insanlığa hörmət və tolerantlıq olan yerdə ən sərt təbii-iqlim şəraiti, yaxud çətin coğrafi mövqeinkişafa mane ola bilmir. Bunu bir çox dünya xalqlarının və indiki halda Azərbaycan dövlətinin timsalında görmək olar. Amma bunun əksinə, haralardansa qovula-qovula Cənubi Qafqazda isti yuva tapmış, özünüyersiz gəldi yerli qaçkimi həyasızlığa vurmuş erməni toplumunun, belə getsə, sonu heç də yaxşı görünmür.

Rusiya çarları Romanovlardan sonuncu sovet diktatoru Qorbaçovadək 200 ildə hamının qılığına girib, min-bir feillə özlərinə yağlı mövqe qazanan, ələbaxım ermənilərin yalan, fitnə, hiylə və yaltaqlıqdan yoğrulmuş siyasətləri gün gəldi ki, Azərbaycan həqiqətlərinin ağır kütləsinə dəyərək dağılıb puç oldu. Azərbaycan Prezidenti İlham Əliyevin erməni qaniçənlərinin 29 il əvvəl törətdikləri Xocalı soyqırımının ildönümü günü keçirdiyi mətbuat konfransında söylədiyi həmin həqiqətlər əhatəli bir sənədli film kimi Ermənistanın düşdüyü acınacaqlı mənzərəni bütün dünyaya nümayiş etdirdi. Yekun həqiqət isə budur ki, ermənilər sərsəm xülyalardan ayılıb normal cəmiyyət yaratmasalar başlarına dəmir yumruqların dəyməsi bundan sonra da qaçıılmaz olacaq.

Tarixə nəzər saldıqda görürük ki, işğalçı ölkələri məğlubiyyətdən sonra təkrar təcavüz əməllərindən çəkindirmək məqsədilə onların məhdud gücdə ordu qurmasına imkan verilib. Şübhəsiz, Ermənistanı Almaniya yaxud Yaponiya ilə müqayisə etmək bu xalqlara qarşı hörmətsizlik olardı. Amma faşizm faşizmdir, böyüyü kiçiyi olmaz. Ona görə də Qafqaz bölgəsində sülh və əməkdaşlıq naminə siyasi, iqtisadi və digər bütün vasitələrlə Ermənistanın bir daha təcavüz iddiasına düşməsinə imkan verə biləcək bir ordu yaratmaq cəhdinin qarşısı alınmalıdır.

“Erməni gəldi, təzə bəla gəldi”! Çoxlarına yaxşı tanış olan bu gürcü atalar sözü, əslində, ermənilərin heç zamanheç bir yerdə nazı ilə oynamamağa çağırışdır. İndi, sadəcə, yan otaqda hay-küy salan dəcəl uşaqlar kimi adamı narahat edən belə xain qonşuların sabah yenidən “əjdahaya” dönməyəcəyinə kim zəmanət verər? Nə qədər çoxdur dünyada süfrəsinin artığı ilə tazı bəsləmək həvəsində olanlar! Tarix boyu başqalarına alət olmaqla zavallı gün qalmış bu etnik toplumdan nə desən gözləmək olar.

Bir misal da var: erməni tərs olar. Elə bu tərslikdəndir ki, başlarına dəymiş birinci dəmir yumruqdan düzgün nəticə çıxarmaq əvəzinə, başlayıblar bunun səbəbini hardasa, kimlərdəsə axtarmağa. Baş akademikləri çıxıb deyir ki, bəs Ermənistan Elmlər Akademiyasına onillər boyu birBayraktarqədər pul ayrılmadı, ona görə müharibəni uduzduq. Baş naziri deyir ki, bəsİsgəndərlər”i atıblar partlamayıb. Bir başqa erməni günahı Mxitaryanda, o birisi Kardaşyanda görür ki, xaricdən daha çox pul göndərmədilər, əsgərlər ac qaldılar.

Bəlkə erməni tərsliyindəndir ki, bu soyuq havada İrəvan küçələrində mitinq edib, günahkar axtaranlar, nədənsə bilmirlər ki, bu məğlubiyyət ondan sonra düşdükləri dərin böhran, əslində, tutduqları yolun uca yaradanın insanları dinc qonşular kimi yaşamaq buyruğuna zidd olmalarının nəticəsidir. Tanrı gec edər, amma güc edər!”deyiblər. İnanmıram ki, erməni leksikonunda belə bir ifadə olsun. Çünki yaradana inansaydılar 29 il əvvəl soyuq qış gecəsində Xocalıda əliyalın, köməksiz insanları, məhz azərbaycanlı olduqlarına görə öldürüb, dərilərini soyub, vəhşilik etməzdilər.

O gecə bunu heç kim görmürdü. Amma hər şeyi görən Allahın Azərbaycan xalqına verdiyi səbir, inamgüc sonunda od olub ermənilərin başına yağdı. Və beləcə, dəmir yumruğun birinci zərbəsi ilə “erməni ordusumifi havaya sovruldu, erməni cəmyyətinin çürük siması bir daha faş oldu.

Bəli, tarixdə ən qanlı, ən qəddar soyqırımına imza atmış belə bir vəhşi toplumun yenidən işğalçılıq iddiasına düşə biləcək ordusu olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin xarici mediaya müsahibə və açıqlamalarında dönə-dönə vurğulandığı kimi, son iki yüz ilin tarixi göstərdi ki, təkcə Qarabağda deyil, bütün regionda axan qanların birbaşa səbəbkarı, məhz erməni faşizmi, erməni millətçiliyidir.

Bir xalq olaraq varlığının, gələcəyinin yalnız qonşuları ilə dinc əməkdaşlıqda, iqtisadi və mədəni inkişafda olduğunu görməkdə indiyədək kor olmuş ermənilərin yenidən fürsət tapıb qan tökməməsi, tör-töküntü elementlərin Xankəndiyə toplaşıb “status” tələb etməməsi üçün Ermənistan ölkəmizə yeni təcavüz xülyasından birdəfəlik əl çəkməlidir. Əgər onlar revanşizmə qədəm qoysalar, başlarına dəyəcək dəmir yumruq bu dəfə daha güclü olacaq.

 

 

Əli CABBAROV,

Naxçıvan Dövlət Universitetinin dosenti

Xalq qəzeti 2021.- 5 mart.- S.4.