YAP cəmiyyətin ən
aparıcı siyasi qüvvəsi olduğunu sübut etmişdir
YAP-ın
qurultayı ölkəmizin ictimai-siyasi həyatının
ən fəal, ən ilhamlı və unudulmaz
hadisələrlə zəngin vaxtında keçirildi.
Azərbaycanın sosial-iqtisadi,
hərbi siyasi qüdrətinin
artdığı, 44 günlük zəfər
yürüşündən sonra tarixi torpaqlarımızın erməni
işğalından azad olunduğu
və xalqımızın çox böyük ruh yüksəkliyi
şəraitində yaşayıb-yaratdığı
hazırkı dövrdə aparıcı ictimai-siyasi
qüvvə olan Yeni Azərbaycan Partiyasının ali məclisində uğurların sərf-nəzər
edilməsi, qarşıda duran mühüm vəzifələrin müəyyənləşdirilməsi
bir çox amillər
baxımından mühüm önəm
daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, iqtidar partiyasının Sədri cənab İlham Əliyevin qurultayda videoformatda çıxışında vurğulamışdır ki, bu gün Azərbaycanın beynəlxalq nüfuzu xeyli artmış və ölkəmiz bölgədə əsas söz sahibi olan, cari reallıqları müəyyənləşdirib diktə edən gücə çevrilmişdir. Bu irəliləyiş qlobal çağırışlara uyğun şəkildə səylə davam etdirilməli, nailiyyətlər daha da artırılmalı, dövlət-xalq birliyi örnək amil kimi daha da möhkəmlənməlidir. Elə son 17 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə YAP-ın irəliyə doğru atdığı mühüm addımlar, xalqın yüksək rifahının təmin olunması partiyamızın sıralarının xüsusilə gənclər hesabına genişlənməsini təmin edib. Ölkənin 6 partiyasının YAP-ın tərkibinə daxil olması da flaqman siyasi qüvvənin necə böyük nüfuz qazandığının əyani təzahürüdür. Partiyanın rəhbər strukturlarının yenidən formalaşması, qarşıya qoyulmuş hədəflərə çatılması üçün böyük siyasi iradə göstərilməsi daha sanballı uğurlarımızın təminatçısı olacaq. Bölgədə yaranmış yeni əməkdaşlıq imkanlarının Azərbaycanın yeni dövrdə tərəqqisini təmin edəcəyinə ürəkdən inanır və hər birimiz bu amal uğrunda mübarizəyə töhfələr vermək əzmindəyik.
Seyfəddin
ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri, politoloq
Xalq qəzeti 2021.- 6 mart.- S.6.