Xalqımızın və
dövlətimizin yeni şanlı tarixi
(əvvəli qəzetin
3 və 4 mart 2021- ci tarixli saylarında)
Daha bir feyk xəbər yenilməz Azərbaycan Ordusunun tərkibində
guya Suriya muzdlularının döyüşməsi ilə
bağlıdır. Ermənilər həmişə özlərini
“məzlum, yazıq millət” kimi qələmə verir, guya
soyqırıma məruz qaldıqlarını uydururlar. Halbuki hər şey tərsinədir və məhz
onlar türkləri, azərbaycanlıları soyqırıma məruz
qoymuş, bizləri öz doğma torpaqlarımızdan
deportasiya etmişlər. Erməni milləti həmişə
musiqimizi, tarixi abidələrimizi, mətbəx mədəniyyətimizi
və s. maddi və qeyri-maddi mədəniyyət nümunələrimizi
öz adlarına çıxmışdır. Bu,
onların xarakterik xüsusiyyətidir, erməni xislətidir.
İkinci Qarabağ müharibəsində də
onlar yalnız saxta xəbərlər yaymaqla, dünyanı
çaşdırmaqla məşğul olmuşlar. Belə ki, Azərbaycan Ordusunun tərkibində əcnəbi
muzdluların döyüşməsi kimi yalanlar da məhz ona
xidmət edirdi ki, cəsur və mübariz Azərbaycan ordusu
guya zəifdir və ölkə rəhbərliyi müharibə
qanunlarını pozur, kənardan yaraqlılar dəvət
edir. Lakin məlum olduğu kimi, bu məsələdə
də onlar bizə böhtan atmış və əslində,
özləri muzdluların xidmətlərindən istifadə
etmişlər. Ermənilərin
döyüşlərdə Orta Şərq muzdlularından
istifadə etmələri ilə bağlı Azərbaycanın
faktları, videogörüntüləri var. Bizim ordumuzda əcnəbilərin
döyüşmələri iddiası ilə bağlı isə
Ali Baş Komandan dəfələrlə müsahibələrində
ortaya fakt və sübut qoyulmasını tələb
etmişdir.
Fakt və
dəlil isə yoxdur və ola da bilməz.
Qəhrəman Azərbaycan Ordusunun muzdlulara heç bir
ehtiyacı yoxdur, erməni ordusunun isə var. Birincisi, Azərbaycanın
əhalisi Ermənistan əhalisindən beş
dəfə artıqdır və bu fərq get-gedə daha da
çoxalır. Orada 2 milyon insan yaşayır,
ermənilər ağır iqtisadi durum, müxalif siyasi partiya
rəhbərlərinə qarşı təzyiqlər,
korrupsiya və digər səbəblərə görə
ölkəni müntəzəm tərk edirlər. Təbii ki, bizim silahlı birləşmələrimiz
– hələ texniki təchizat və mənəvi-psixoloji tərəflərə
toxunmuruq – hətta say baxımından belə, düşmən
ordusundan üstündür, çoxdur. İkincisi,
sonuncu Qarabağ müharibəsi başlayanda Azərbaycan qismən
səfərbərlik etsə də, Ermənistan tam səfərbərlik
elan etdi. Üçüncüsü, Ermənistan
ordusunda fərarilik halları kütləvi hal
almışdı, son məlumatlara görə bu, 10000 nəfər
təşkil edir və müharibənin elə ilk günlərindən
baş vermişdir. Müzəffər Azərbaycan
Ordusunda isə bunun tam əksi müşahidə olunurdu: əsgərlərimizin
və zabitlərimizin böyük ruh yüksəkliyi,
torpaqları işğalçı erməni
qoşunlarından tam azad etmək əzmi, könüllü
olaraq Dağlıq Qarabağ və işğal olunmuş ətraf
7 rayonda döyüşmək arzusu, öz həyatlarını
qurban vermək bahasına döyüş
yoldaşlarını xilas etmək halları və s. yetərincədir.
Erməni yalan maşını və erməni psixologiyası
bu məsələdə də özünü büruzə verdi və beləliklə, onlar guya muzdlulara
qarşı döyüşdükləri barədə yalanlar
tirajladılar. Prezidentimiz müraciət və müshibələrində
dəfələrlə vurğuladı ki, bizim heç bir
muzdluya ehtiyacımız yoxdur, Azərbaycanın 100 min nəfərlik
peşəkar, yaxşı hərbi-taktiki və texniki
hazırlıq keçmiş, ən modern silahlarla
silahlanmış ordusu var. Gerçəkdən də bu ordu
dünyanın ən güclü ordularından biri hesab olunur.
Oktyabrın 2-də Ali Baş Komandan “Əl-Cəzirə”
televiziya kanalına verdiyi müsahibədə münaqişənin
həlli ilə bağlı kifayət qədər hüquqi
bazanın olması məsələsinə toxundu. Bildirdi ki, hələ
1993-cü ildə beynəlxalq ali orqan olan
BMT-nin Təhlükəsizlik Şurası tərəfindən
Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş torpaqlarından
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul olunmuşdur. Belə ki, 1993-cü il aprelin 30-da Kəlbəcərin
işğalından sonra qəbul edilən 822 saylı qətnamə
(bu sənəd erməni qoşunlarının təkcə Kəlbəcərdən
deyil, ümumiyyətlə, həmin ərəfədə
işğal etdiyi bütün Azərbaycan torpaqlarından
çıxarılmasını tələb edirdi), həmin
ilin 29 iyulunda Ağdamın işğalından sonra qəbul
edilən 853 saylı qətnamə, cəmi üç ay sonra
-14 oktyabr 1993-cü ildə işğalçı
qoşunların Azərbaycanın Füzuli, Cəbrayıl və
Qubadlı rayonlarının ərazilərindən
çıxarılmasını tələb edən 874
saylı qətnamə və nəhayət, hərbi əməliyyatların
dərhal dayandırılmasını, ermənilərin Zəngilan
və digər rayonlardan çıxarılmasını, həmçinin
bundan əvvəl qəbul edilmiş üç qətnaməyə
əməl edilməsini tələb edən 884 saylı qətnamə
qəbul edilmişdi.
Bundan
başqa, Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər
nüfuzlu təşkilatlar da təxminən eyni addımı
atmışlar. Avropa Parlamentinin 2020-ci ilin 15 yanvar tarixində
Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə
Xarici və Təhlükəsizlik Siyasətinin həyata
keçirilməsi üzrə illik məruzə” (Annual report
on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamənin
36-cı bəndində Avropa İttifaqı Şərq Tərəfdaşlığının
bütün üzv dövlətlərinin suverenliyi, ərazi
bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə
bağlı öz öhdəliyini növbəti dəfə təsdiqləmişdir.
Bundan 10 il əvvəl də Avropa Parlamenti
“Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına
dair tələb” adlı qətnamə qəbul etmişdi. Bu qətnamədə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması məsələlərinə
xüsusi yer verilmiş, Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal edilmiş Dağlıq
Qarabağ bölgəsindən və ona bitişik
rayonlarından dərhal çıxarılması barədə
tələb öz əksini tapmışdı. Digər bir sənəd
– Avropa Parlamentinin 2012-ci ildə qəbul etdiyi “Azərbaycan və
Ermənistanla assosiasiya haqqında saziş çərçivəsində
Avropa İttifaqı ilə danışıqlar üzrə” qətnamə
təsdiq edir ki, dünya ictimaiyyəti Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir. Sənəddə
bəyan edilir ki, Azərbaycanın işğal edilmiş əraziləri
nə qədər ki geri qaytarılmayıb, ərazilər Azərbaycanın
nəzarəti altina keçməyib və qaçqınlar da
öz doğma torpaqlarına qayıtmayıb. Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
proqramı çərçivəsində Azərbaycan və
Ermənistanla assosiasiya haqqında saziş də
imzalanmayacaqdır.
Avropa İttifaqının qəbul etdiyi sənədlərdən
başqa, ayrı-ayrı ölkələrin parlamentləri,
Vaşinqton Senatı Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən qərarlar
qəbul etmişlər. Pakistan Milli Assambleyası Ermənistanın
Azərbaycana qarşı təcavüzünü və Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə
qarşı qəddar hücumlarını qəti pisləyən
qətnamə qəbul edib. ATƏT-in məhz
münaqişəni aradan qaldırmaq məqsədilə
yaradılan Minsk qrupu isə 28 il ərzində
fəaliyyət göstərsə də, heç nəyə
nail olmamışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu qətnamələrin
icra edilməməsinin və münaqişənin sülh yolu
ilə, beynəlxalq hüquq və sərhədlərin
toxunulmazlığı çərçivəsində həll
olunmamasının bir səbəbi qeyri-konstruktiv Ermənistandırsa,
digər tərəfdən isə BMT qətnamələrinin
kağız üzərində qalmasıdır: “Əgər
Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq
təşkilatların qətnamələrinə uyğun
şəkildə davransaydı, münaqişə uzun illər
bundan əvvəl həll edilmiş olardı. Çünki
1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini
işğal etdikdə BMT Təhlükəsizlik Şurası
qoşunların bizim ərazilərdən dərhal, tam və
qeyd-şərtsiz çıxarılması ilə
bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində
qalmaqdadır. Həll yolunun
tapılması üçün vasitəçilik aparmaq məqsədilə
Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və
heç bir nəticə yoxdur. Qeyd etdiyim
kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci
səbəb Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının qətnamələrinin
icrasına başlamaq üçün vasitəçilər
tərəfindən təkid göstərilməməsi və
təzyiqin olmamasıdır. Bir çox
hallarda mən bu məsələni qaldırmışam və
demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə
əməl etməyə məcbur etmək və
torpaqlarımızın boşaldılmasına başlamaq
üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq
olunmalıdır”.
Ölkə başçısı bəyan edirdi ki,
münaqişənin həlli üçün hüquqi
çərçivəmiz var, lakin təcavüzkara kifayət
qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz
burada beynəlxalq hüquq və reallıqda baş verənlər
arasında ziddiyyət görürük. Ermənistan
tərəfindən beynəlxalq hüquqa və normalara
açıq şəkildə məhəl qoyulmaması beynəlxalq
hüququn işləmədiyinin və ya selektiv üsulla
işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik
Şurasının qətnamələri bir neçə
gün, bəlkə də bir neçə saat ərzində
icra olunur. Lakin bizə gəldikdə qətnamələr
uzun illərdir ki, kağız üzərində qalıb.
27 ildən bəri bu sənədlərin
icrası istiqamətində qətiyyən heç bir
addım atılmamışdır. Əslində,
qətnamələrin qəbul edilməsindən sonrakı
aylarda Ermənistana – işğalçı ölkəyə
qarşı sanksiyalar tətbiq edilməliydi. BMT-nin bu cür təcrübələri vardır.
Beləliklə, təcavüzkara praktiki təzyiqin
olmaması münaqişənin nəyə görə bu qədər
uzun çəkməsinin əsas səbəblərindən
biridir.
İkili
standartlar özünü İkinci Qarabağ müharibəsi
zamanı Ali Baş Komandanımızdan müsahibələr alan bəzi KİV nümayəndələrinin
hadisələrə yanaşmalarında, verdikləri suallarda
da özünü qabarıq şəkildə göstərirdi.
Əslində isə jurnalistlər tam bitərəf
olmalı, hansı mövqedə olduqlarını hiss etdirməməli,
yalnız obyektiv informasiya verməlidirlər. Cənab İlham Əliyev dəfələrlə və
bütün müsahibələrdə birmənalı şəkildə
Türkiyənin Azərbaycana yalnız mənəvi və
siyasi dəstək göstərdiyini vurğulamasına
baxmayaraq, jurnalistlər bəzən ermənilərin yalan və
uydurmalarına istinad edərək çıxış edir və
eyni məsələlərə təkrar-təkrar toxunurdular.
Məsələn, Fransanın xarici işlər nazirinin xəbərdarlığına
görə, “Türkiyənin Azərbaycanın arxasında
durması bu münaqişənin beynəlxalq münaqişəyə
çevrilməsinə gətirə bilər” kimi məsuliyyətsiz
və qərəzli fikrə münasibət bildirən cənab
Ali Baş Komandan buna çox sərrast və tutarlı cavab
vermişdir: “Türkiyə regionda və xüsusilə Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı vəziyyətdə sabitləşdirici rol
oynayır. Hər bir ölkənin tərəfdaşı və
ya müttəfiqi ola bilər. Azərbaycan dövləti və Azərbaycan xalqı
Türkiyə kimi tərəfdaşa, müttəfiqə və
qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir.
Biz Ermənistanın Fransanı özünə
müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa
hazırda Ermənistana ən çox dəstək göstərən
ölkədir. Eyni zamanda, biz
görürük ki, müttəfiqlərin seçilməsi
ölkələrin özündən asılıdır.
Məsələn, Fransanın xarici işləri
naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən
narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir
münaqişəyə çevirəcəyini
düşünmür. Lakin Türkiyə
legitim, siyasi dəstəyini ifadə etdikdə bu,
narahatçılıq yaradır. Səmimi
desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə
qarşı belə hərəkət etməsini başa
düşə bilmirəm. NATO-ya üzv
ölkələr müttəfiq olmalıdırlar, lakin biz
bunu görmürük”.
Fransa ilə
bağlı bir məqama da toxunaq ki, Minsk qrupunun üç həmsədrindən
biri və bununla da əslində həm Ermənistana, həm də
Azərbaycana bitərəf münasibət bəsləməli
olan Fransa Respublikası İkinci Qarabağ müharibəsi
zamanı və aktiv döyüş əməliyyatları
bitdikdən sonra belə, Ermənistanı
açıq-aşkar dəstəkləməkdən çəkinməmişdir.
Hətta Azərbaycan müharibədə qalib gəldikdən,
üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın
iştirakı ilə birgə bəyanat imzalandıqdan və
döyüşlər dayandıqdan sonra belə, bu
razılıq Fransaya sərf etməmişdir. Bunu,
ölkə Senatının qondarma “Dağlıq Qarabağ
Respublikası”nı tanıması da
sübut edir. Belə çıxır ki,
münaqişə tərəfləri razılaşıb birgə
bəyanat imzalasalar da, Fransa bu bəyanatla razı deyil və
döyüşlərin yenidən başlanmasını istəyir,
bu, ona sərf edir?! Əks təqdirdə,
Senat belə yanlış və
qızışdırıcı qərar qəbul etməzdi.
Yuxarıda bir sıra KİV nümayəndələrinin
hadisələrə ikili standartlar mövqeyindən
yanaşdıqlarını qeyd etdik. Lakin İkinci Qarabağ müharibəsini
obyektiv, qərəzsiz şərh edən və
işıqlandıran əcnəbi jurnalistlər də az deyildir. Onlar aktiv
döyüş əməliyyatlarının getdiyi ərazilərdən
xeyli uzaqda yerləşən şəhərlərimizin
bombalanması, dinc sakinlərimizin həlak olması və
yaralanması ilə bağlı hadisə yerlərindən
birbaşa video və foto çəkilişlər
aparmış, operativ süjetlər hazırlamışlar.
KİV təmsilçiləri Azərbaycan
Ordusunun qəhrəmanlıqla dolu mübarizəsinin,
torpaqlarımızın azad edilməsinin canlı şahidi
olaraq bundan vəcdə gəlirdilər. Məsələn,
2020-ci il noyabrın 7-də Fransanın “Le
Monde” qəzetinin müxbiri Azərbaycan mədəniyyətinin
incisi sayılan Şuşa şəhəri uğrunda gedən
döyüşlər haqqında yazırdı: “Azərbaycan
qoşunları hücumun əsas hədəfinə
çevrilən tarixi şəhərə - Şuşaya
çatdılar. Şuşadakı erməni
qoşunları darmadağın edildi. Onlar mübarizəni
davam etdirə bilməyəcəklərini görərək,
döyüş yerini biabırcasına tərk etdilər və
dağdan enərək qaçmağa məcbur oldular...”. Ermənipərəst
fransız mətbuatının belə bir obyektiv informasiya
yayması Azərbaycan Ordusunun, igid əsgər və zabitlərimizin
şəksiz qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin
açıq-aşkar etirafı idi.
Sentyabrın
27-də başlayan və 44 gün davam edən İkinci
Qarabağ müharibəsinin hər günü Azərbaycanın
işğal olunmuş şəhər, kənd, qəsəbə
və strateji yüksəkliklərinin azad edilməsi ilə nəticələnirdi.
Ölkə vətəndaşları
hamılıqla böyük sərkərdə - Ali Baş
Komandanımızın müjdə dolu xəbərlərini
intizarla gözləyirdilər. Bütün
hərbi əməliyyatlar müzəffər Ali Baş
Komandanın qətiyyəti, ordumuzun şücaəti sayəsində
müvəffəqiyyətlə aparılırdı. Müharibənin ilk günü artıq bir neçə
kəndin 30 illik işğaldan azad edildiyini vurğuladıq.
Oktyabrın 3-də Madagiz də Ermənistan
qoşunlarının tapdağından qurtuldu və onun əvvəlki
adı – Suqovuşan bərpa edildi.
Torpaqlarımızı işğaldan qurtarmaq naminə
canını və qanını belə, əsirgəməyə
hazır olan igid Azərbaycan əsgərinin şücaəti
sayəsində oktyabrın 4-də Cəbrayıl şəhəri
və rayonun 9 kəndi 27 ildən sonra işğalçı
ermənilərdən azad edildi. Ali Baş Komandan cənab
İlham Əliyev bu münasibətlə xalqa müraciətində
demişdir: “Biz bu gün xalqımızın və dövlətimizin
yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli
tarixi torpağımızdır. Azərbaycan
xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb,
yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30
ilə yaxındır ki, erməni cəlladları
torpağımızı işğal edib, bizim bütün
tarixi, dini, mədəni abidələrimizi darmadağın
edib dağıdıblar... Biz bütün şəhərləri
bərpa edəcəyik. Ermənilər tərəfindən
dağıdılmış bütün məscidlərimizi bərpa
edəcəyik. Bu bölgələrə həyat
qayıdacaq”.
Lakin ermənilər
öz ənənəvi xarakterlərinə sadiq idilər:
onlar döyüş meydanını qoyub-qaçır, cəbhə
xəttindən xeyli kənarda yerləşən şəhər
və kəndlərimizi atəşə tutur, dinc sakinləri
qətlə yetirirdilər. Cəsur Azərbaycan
Ordusu düşmənin yalnız hərbi qüvvələrinə
və obyektlərinə zərbə endirir, mülki əhalini
və obyektləri hədəfə almırdı. 2020-ci
il oktyabrın 4-dən başlayaraq döyüş bölgəsindən
xeyli uzaqda – 60 km məsafədə yerləşən Azərbaycanın
ikinci böyük şəhəri olan Gəncə, strateji sənaye
əhəmiyyəti daşıyan Mingəçevir və Beyləqan
şəhərlərinin yaşayış məntəqələri
raket və mərmilərlə atəşə tutuldu, nəticədə
ölən və yaralananlar oldu. Erməni həyasızlığı
heç bir sərhəd tanımır, erməni tərəfi
Gəncənin raket zərbələri ilə
dağıdılmış görüntülərini yayaraq,
bunu azərbaycanlıların dağıtdığı erməni
şəhəri kimi qələmə verirdilər! Erməni qəsbkarları Tərtər, Bərdə
və digər şəhərlərimizi də atəşə
tuturdular. Ermənistanın təcavüzkar siyasətinin
davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində
düş mənin silahlı birləş mələri tərəfindən
Bərdə şəhərinə - dinc sakinlərin sıx hərəkətdə
olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi
əraziyə böyük dağıdıcı qüvvəyə
malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin
endirilməsi nəticəsində 22 nəfər həlak oldu,
70 şəxs isə müxtəlif dərəcəli bədən
xəsarətləri aldı. Azərbaycan Respublikası
Baş Prokurorluğu tərəfindən baş vermiş hadisələrlə
bağlı toplanmış materiallar əsasında Cinayət
Məcəlləsinin 100.1-ci (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama və ya başlama), 116.0.7-ci
(müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə
və silahsızlaşdırılmış zonalara hücum
etmə), 116.0.8-ci (hərbi hədəf olmayan, aydın
görünən və fərqləndirilən dini, təhsil,
elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların
yerləşdirildiyi yerlərə hərbi zərurət
olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət
və ya düşmənçilik niyyəti ilə adam
öldürmə) maddələri ilə cinayət işləri
başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq
hərəkətləri icra olunmaqdadır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev
müharibə zamanı müxtəlif nüfuzlu əcnəbi
televiziya kanallarına müsahibələr verərək, beynəlxalq
aləmdə formalaşmış yanlış təsəvvürləri
büsbütün dağıtmağa nail oldu. Bu müsahibələrin
hər biri, hər bir cümləsi, hər bir sözü
xalqın ürəyindən xəbər verən,
yaddaşlara əbədi həkk olub. Türkiyənin “A
Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1,
Almaniyanın ARD və s. televiziya kanallarına, Rusiyanın
TASS və İnterfaks, İspaniyanın EFE informasiya agentliklərinə,
Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La
Repubblica” qəzetlərinə və s. müsahibələr
zamanı dövlətimizin başçısı erməni
faşizminin əsl simasını, siqlətini
açıb-göstərmiş, erməni
vandallığının ağlasığmaz cinayətlərini
faktlarla sübut etmişdir. Müdrik prezidentimiz
bəzi xarici müxbirlərin bəzən ittiham, böhtan səpkili,
qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və
dezinformasiya xarakterli suallarını güclü məntiq, əsaslı
fakt və dəlillərlə cavablandırmış,
onları dəmir məntiqli arqumentləri əsasında
susdurmuşdur. Müsahibələr
zamanı jurnalistləri Azərbaycanın yalnız öz
doğma və müqəddəs torpaqlarını azad etdiyinə
və hərb qayda-qanunlarını qətiyyən
pozmadığına inandırmış, həqiqətin,
haqq-ədalətin kimin tərəfində olduğunu
açıqlayaraq, beynəlxalq hüququn da bizim tərəfimizdə
olduğunu bəyan etmişdir. Məsələn,
Almaniyanın ARD telekanalı müxbirinin “Nəyə görə
Qarabağ Azərbaycan üçün belə önəmlidir?
Orada resurslar var, yoxsa bu, bir rəmzi məna
daşıyır?” sualına cənab İlham Əliyev necə
də gözəl, lakonik, lakin məntiqli və sərrast
cavab vermişdir: “Elzas və Lataringe sizin üçün
önəmlidir? Bavariya sizin üçün
önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim
torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir.
Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli
qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir.
Beynəlxalq hüquq və bütün beynəlxalq
ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Biz
ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik
Şurasının 27 il ərzində kağız üzərində
qalan qətnamələrini icra edirik”. Daha
sonra ermənilərin guya etnik təmizləməyə məruz
qalmasını iddia edən müxbirin fikirlərini təkzib
edən prezident qeyd etmişdir ki, əslində etnik təmizləyə
məruz qalan biz olmuşuq. Ermənilər
Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu
işğal edəndə məhz azərbaycanlılar etnik təmizləməyə
məruz qaldılar. Lakin Azərbaycan ermənilərə
qarşı etnik təmizləmə aparmır və bunu
planlaşdırmır. Biz birlikdə
yaşamalıyıq”.
“BBC News”
müxbirinin də təxminən eyni məzmunlu sualını
– Dağlıq Qarabağ regionunda yaşayan erməni vətəndaşlara
qarşı heç bir etnik təmizləmənin
aparılmayacağı ilə bağlı zəmanət verilməsinə
aydınlıq gətirilməsini Ali Baş Komandan çox
qısa, lakin kəskin və tutarlı cavablandırmışdır:
“Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə
törədiblər. Onlar Dağlıq
Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları
qovublar. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində bizim bir milyon qaçqın və
məcburi köçkünümüz var. Lakin biz eyni qaydada
davranmayacağıq. Biz qisas
almayacağıq. Mən dəfələrlə demişəm,
hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni
bombalayanda, onlar başqa şəhərləri bombalayanda və
92 insanı, mülki şəxsi öldürdükdə mən
dedim ki, biz qisasımızı döyüş meydanında
alacağıq”.
44
günlük Vətən müharibəsi zamanı rəşadətli
və qalib Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları
nəticəsində ermənilərin zəbt etdiyi şəhər
və qəsəbələrimiz bir-birinin ardınca
işğaldan azad olunmuşdur: Füzuli şəhəri, Horadiz
qəsəbəsi, Cəbrayıl, Zəngilan, Qubadlı
rayonları... Nəhayət, alınmaz qala, Qarabağın
ürəyi - gözəl və qədim Şuşa
da ermənilərdən azad edildi. Məhz Şuşa
azad edildikdən sonra Ermənistan yeganə
çıxış yolunun kapitulyasiya olduğunu başa
düşdü. Müzəffər Azərbaycan Ordusu
qarşı tərəfin ən möhkəm
istehkamlarını qəhrəmancasına darmadağın edərək,
milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu
olan, 28 il həsrət qaldığımız qədim
Şuşamızı, Cıdır düzünü, İsa
bulağını, xarı bülbülümüzü öz
canı və qanı bahasına yenidən və əbədi
olaraq fəth etdi. Bu böyük hərbi qələbə
münasibətilə Ali Baş Komandan İlham Əliyev Şəhidlər
Xiyabanına gedərək, xalqa müraciət etdi. Cənab Prezidentimiz hakimiyyətə gəldiyi
zamandan bəri həmişə ulu öndər Heydər
Əliyevin müdrik daxili və xarici siyasətinə sadiq
qalacağını vəd etmiş və bunu real fəaliyyəti
ilə də sübut etmişdir.
Yaxşı
yadımızdadır, 2003-cü ilin 15 oktyabr prezident
seçkiləri ərəfəsində ümummilli lider Heydər
Əliyevin Azərbaycan vətəndaşlarına
ünvanladığı 1 oktyabr 2003-cü il
tarixli müraciət də təkcə ulu öndərin deyil,
bütövlükdə Azərbaycan xalqının cənab
İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü
kimi ortaya çıxmışdır. Ulu öndər bu tarixi
müraciəti ilə xalqa onun əsasını qoyduğu
siyasəti davam etdirə biləcək dəqiq ünvanı
göstərmişdir: “...Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında
sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”. Azərbaycan
Respublikasının Prezidenti kimi fəaliyyətə
başladığı vaxtdan ulu öndər Heydər
Əliyevin siyasi kursunun heç bir alternativi
olmadığını bəyan edən və onun xarici və
daxili siyasətini uğurla davam etdirən Ali Baş Komandan,
möhtərəm Prezident İlham Əliyev Şuşanın
alınması münasibətilə xalqımızı təbrik
edərkən bu məsələyə də toxunmuşdur:
“...Mən bu gün, eyni zamanda, ulu öndər Heydər
Əliyevin məzarını ziyarət etdim, onun ruhu
qarşısında baş əydim. Ürəyimdə dedim,
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu
gün! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Onu da vurğulamaq vacibdir ki, Şuşanın
götürülməsi çox böyük peşəkarlıq,
cəsarət tələb edən əməliyyat idi. Bu şəhər
müdafiə cəhətdən, coğrafi-strateji baxımdan
o qədər mühümdür ki, noyabrın 8-də məhz
Şuşanın azad edilməsi Ermənistanın təslim
olması ilə nəticələndi. Strateji
yüksəklikdə yerləşən və ermənilər
tərəfindən güclü müdafiə sisteminin
yaradıldığı bu şəhəri almaq sanki
mümkünsüz görünürdü. Lakin müzəffər Azərbaycan Ordusu, igid əsgərlərimiz
qeyri-adi şücaət göstərərək, hərb
tarixinə düşəcək bir səviyyədə
döyüşmüş, yaxın məsafədən əlbəyaxa
döyüşlərdə erməni əsgərlərinə
qalib gəlmişlər. Prezidentimizin qeyd etdiyi kimi,
Şuşanın işğaldan azad edilməsi bizim
gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını,
hərbçilərimizin cəsarətini, qəhrəmanlığını
göstərdi: “Şuşanın götürülməsi
çox böyük peşəkarlıq, cəsarət tələb
edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat
dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız
yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz
dağlardan, meşələrdən, cığırlardan
keçərək icra ediblər. Şuşanın
işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Beləliklə, İkinci Qarabağ müharibəsinin elə
ilk günlərindən etibarən işğalçı
ordunun “yenilməzliyi” barədə mif qısa müddər ərzində
dağıdıldı. Bu silahlı dəstə yalnız dinc sakinlərlə,
mülki əhali ilə “mübarizə” apamağı
yaxşı bacarır, özü də gecə yarısı,
şəhər və qəsəbə sakinləri
yatdıqları zaman Azərbaycanın döyüş əməliyyatlarının
aparıldığı ərazilərdən xeyli uzaqda yerləşən
yaşayış yerləri – Gəncə, Bərdə, Mingəçevir,
Tərtər şəhərləri Ermənistan ərazisindən
bormbardman edilmiş, onlarca dinc sakin həlak olmuşdur. Bu
şəhərlərə hər gün yüzlərlə,
minlərlə mərmi atılırdı! Qeyd
etdiyimiz kimi, döyüş meydanında məğlub olan ermənilər
bunun əvəzini namərdcəsinə və hərb
qanunlarına zidd olaraq dinc sakinlərdən
çıxırdı. Mülki şəxslərə
qarşı zorakılıq işğalçı ölkənin
əsl simasını, gerçək mahiyyətini bir daha
sübut edir. İşğalçı
ölkənin digər məqsədi isə Azərbaycanı təxribata
çəkmək və onu Ermənistana cavab zərbəsi
endirməyə təhrik etmək idi. Beləliklə,
erməni terrorçuları KTMT-ni Azərbaycana qarşı
döyüşə cəlb etməyə
çalışırdı. Lakin Ali
Baş Komandan İlham Əliyevin vurğuladığı
kimi, Azərbaycan həlak olmuş dinc sakinlərimizin
qisasını döyüş meydanlarında, özü də
işğalçı erməni ordusuna ağır zərbə
vurmaqla aldı. Həm dinc sakinlərin, həm
hərbçilərimizin qanı yerdə qalmadı,
bütün torpaqlarımız minimum itki ilə azad edildi.
Erməni hərbçiləri mövcud müharibə
qanun-qaydalarını da pozmuş, beynəlxalq hüquq
normalarını tapdalamışlar. İşğalçı
qoşun birləşmələri müharibə zamanı
qadağan olunmuş silahlardan, kaset və fosforlu bombalardan
geniş istifadə etmişdir. Ermənistan
“Skad” və “Smerç” raket qurğularından yalnız
döyüş meydanında deyil, eləcə də dinc,
mülki şəxslərə qarşı istifadə edib.
Bu faktlar “Human Rights Watch” və “Amnesty International” kimi
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
qeydə alınmaqla həmin əməllər “qəddar və
ağılasığmaz” cinayət kimi qiymətləndirilib.
Öz torpağında döyüşməyən ermənilər igid əsgərlərimizin cəsurluğunu və şücaətini görüb döyüş texnikasını, silah-sursatı qoyub qaçırdılar. Hazırda Ermənistan həbsxanalarında fərarilərin çoxluğu səbəbindən sıxlıq yaranmışdır. Məlumatlara görə, fərarilərin sayı 10 000-dən yuxarıdır. Rusiyanın geniş oxucu auditoriyasına malik “Íàöèîíàëüíàÿ îáîðîíà” jurnalı bununla bağlı yazır ki, “İndiki müharibədə Ermənistanın məğlubiyyət səbəbləri strategiya, kəşfiyyat və qismən də psixologiya məsələlərinə əsaslanır. Ermənistanın müharibəyə tamamilə hazırlıqsız vəziyyətdə olması ortaya çıxdı. Hərbi əməliyyatların artıq beşinci günündə Yerevanda etiraf etdilər ki, döyüşməkdən imtina edən 1500 erməni hərbi qulluqçu fərarilik edib. Müharibənin sonuna yaxın erməni fərarilərinin sayı artıq 10 min nəfərə bərabər idi. Özü də bütün səhvlərin bir hissəsi təkcə Paşinyan hakimiyyəti dövrünə deyil, həm də onun sələfləri – Robert Koçaryan və Serj Sarkisyan dövrünə də aid edilir. Lakin etiraf etmək lazımdır ki, məhz Nikol Paşinyan Azərbaycanı həmişə təhrik edərək, müharibənin reallığa çevrilməsi üçün əlindən gələni etdi”. Müəlliflər qeyd edirlər ki, Yerevan bu müharibədə faktiki olaraq uduzmasını artıq başa düşəndə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə gecə saatlarında raket zərbələri endirildi. Lakin bu taktika Ermənistana uğur gətirmədi, Bakıda bəyan etdilər ki, Azərbaycan Ermənistan şəhərlərinə hücum etməyəcək və düşmənlə döyüş meydanında savaşacaq. Əslində, bu cinayət əməli Ermənistanın labüd məğlubiyyətdən yaxa qurtarması üçün ümid etdiyi son “tədbir” idi və ölkəmiz, belə deyək, həm bu təxribata getmədi, həm də mərdi-mərdanə döyüş meydanlarında erməni hərbi birləşmələrinə layiqli cavab verdi, şəhidlərimizin qisasını aldı.
(ardı var)
İradə
HÜSEYNOVA,
Bakı Dövlət
Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının
üzvü
Xalq qəzeti 2021.- 6 mart.- S.7.