Azərbaycan bu gün özünün müdrik liderinin rəhbərliyi ilə uğurla inkişaf edir

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerlixarici jurnalistlər üçün növbəti dəfə videoformatda keçirilən mətbuat konfransında respublikamızın ictimai-siyasi həyatı, həyata keçirilən islahatlar, eləcə də dövlətimizin xaricidaxili siyasətinin prioritet istiqamətləri haqqında geniş, məzmunlu fikirləri ilə dövlət başçısı bir daha ölkəmizin mövqeyini ortaya qoymaqla yanaşı, həm də özünü qətiyyətli lider, səriştəli dövlət xadimi kimi təsdiqlədi. Dörd saatdan artıq davam edən mətbuat konfransında cənab Prezident 35-dən artıq media qurumunun ümumilikdə 50-dən artıq sualını cavablandırdı.

Prezidentin ona ünvanlanan suallara yüksək həssaslıqla yanaşması, verilən sualları parlaq və dərin zəkası hesabına peşəkarlıqla, səbrlə cavablandırması bütün dünyanın diqqətini cəlb etdi. Həmçinin videokonfrans zamanı ingilis jurnalist tərəfindən “Siz artıq 4 saatdan artıq mətbuat konfransı keçirməklə və 4 dildə jurnalistlərin suallarını cavablandırmaqla rekordu yenilədiniz” deməsi dünyanın aparıcı kütləvi informasiya vasitələrinin möhtərəm İlham Əliyevə verdiyi önəmin parlaq ifadəsinə çevrildi.

Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbərinin 44 günlük Vətən müharibəsinin nəticələri, müharibədən sonra Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı, Rusiyanın RİA Novosti agentliyinin əməkdaşının savaş zamanı azad olunmuş ərazilərdə infrastrukturun bərpası prosesində Rusiya şirkətlərinin iştirakı ilə bağlı suallarına cənab Prezidentin ətraflı və məzmunlu cavabları onun necə bir siyasətçi, eyni zamanda, dövlət başçısı olmasını sübut etdi.

Azərbaycan Prezidentinin qardaş Türkiyədən ezam olunmuş jurnalistə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin postmüharibə dövrü üçün çox önəmli rolu, eləcə də rusiyalı jurnalistin bərpa və quruculuq işlərinə dəvət edilən dövlətlərlə bağı sualını cavablandırarkən “bu barədə mən artıq bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir” kimi fikirlər səsləndirilməsi, əslində, dövlət başçımızın bölgənin inkişafına verdiyi dəstək, həmçinin qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına yetirdiyi diqqət kimi səciyyələndirilə bilər.

Ümumiyyətlə, cənab İlham Əliyevin media qurumlarına ayırdığı zaman, onun sözfikir azadlığına verdiyi önəm demokratik dəyərlərə sadiqliyinin təcəssümüdür.

Bu gün böyük fəxrlə qeyd etmək olar ki, Azərbaycan özünün müdrik liderinin rəhbərliyi ilə uğurla inkişaf edirdünya birlyində öz yerini daha da möhkəmləndirir. Buna isə xalq-dövlət birliyi ilə nail olunur.

 

 

Əlipənah BAYRAMOV,

jurnalist,

Lerik rayonu

Xalq qəzeti  2021.- 6 mart.- S.10.