Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifələr yazdı

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də əzmlə vuruşaraq, düşmənə sarsıdıcı zərbələr endirib və əsl qəhrəmanlıq nümunələri göstərib.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edərkən, bu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində hər zaman fəal iştirak edib. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən savaşında da Daxili Qoşunların xüsusi təyinatlıları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsin qoşulublar. Birinci Qarabağ döyüşlərində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev son 17 ildə ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirib. Azərbaycan Prezidentinin 2021-ci il 12 mart tarixli sərəncamına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki hərbi qulluqçusunun “Vətən uğrunda”, üç nəfərin “İgidliyə görə”, 7 nəfərin isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunması bunun bariz ifadəsidir.

Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edərkən, xatırladılıb ki, Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri kimi Daxili Qoşunlar şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsini həyata keçirməyə, ictimai asayişin mühafizəsinin, ictimai təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir.

Prezident, Ali Baş Komandan İlham Əliyev son 17 ildə Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, ümumiyyətlə, ordu quruculuğuna xüsusi önəm verib. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amiliə nəzər salsaq, bunu aydın görə bilərik. Həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini darmadağın etməyə imkan verdi. Müharibənin gedişi ərzində bunun dəfələrlə şahidi olduq.

Orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silahmüasir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir.

Vətən müharibəsindəki möhtəşəm uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi önəmin məntiqi nəticəsi idi. Yeri gəlmişkən, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə müasir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texnikanın alınmasını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdi.

Ordu quruculuğunda reallaşdırılan mühüm tədbirlərin nəticəsidir ki, 2020-ci ildə Azərbaycan OrdusuQlobal Atəş Gücü” (“Global Firepower”) indeksi üzrə 64-cü yerdə qərarlaşıb. Ermənistan ordusu isə bu siyahıda 111-ci yeri tutub. Məhz bu göstəricilər Azərbaycanın müharibədə qalib gəlməsini şərtləndirib.

Global Firepowera görə, aktiv döyüş əməliyyatlarının başlandığı dövrdə Azərbaycanın hərbi qüvvələri 426 min nəfər təşkil edib. Ermənistanda isə bu göstərici 1,5 dəfə az – 245 min nəfər olub. Hava qüvvələri baxımından da Azərbaycan Ermənistanı 64-ə qarşı 147 təyyarə və helikopterlə iki dəfədən çox üstələyib.

Qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibəsində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıtdı.

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində Silahlı Qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğularını şücaətlə dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etdi. Bu, Silahlı Qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqlədi.

Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib…”.

Azərbaycan Silahlı Qüvvələri bu döyüşlərdə dövlətimizin başçısının vurğuladığı kimi, dünyanın ən güclü orduları sırasında olduğunu təsdiq etdi. Ordu bölmələrimiz harada olur-olsun, döyüşləri planı şəkildə apardı, xaotikliyə yol vermədi. Döyüş əməliyyatları haqqında Ali Baş Komandan müntəzəm məlumatlandırıldı. Əməliyyatların icrası, yaşayış məntəqələrinin azad olunması planlı şəkildə açıqlandı.

Azərbaycan döyüş əməliyyatları zamanı haqqa, ədalətə söykəndi, beynəlxalq konvensiyalara əsaslandı. Ermənistan isə uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raketartilleriya zərbələri ilə atəşə tutdu. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə aldı, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırdı.

Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnikasilah-sursat hərbi qənimət olaraq götürüldü, bir hissəsi isə məhv edildi. Zəfər paradında Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə işğalçının istifadəsində olan yararlı və yararsız texnikaların da yer alması sevindirici məqam idi. Bu, milli qüruriftixar hissi doğururdu.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti.-2021.-16 mart.-S.3.