Britaniyalı jurnalist
İan Piert: 44 günlük müharibə zamanı Azərbaycanın
hadisələrə siyasi yanaşması
mükəmməl oldu
Dilindən, dinindən, milliyyətindən, vətəndaşlığından asılı olmayaraq, böyük müqavimətə, təhdidlərə rəğmən vicdanlı və ədalətli insanlar həmişə həqiqəti deyirlər. Bu insanlar, nə olursa olsun, haqq yolundan şəkilməyərək, ədalət uğrunda mübarizəni həyat amalına çevirirlər. Belə ziyalılardan biri olan britanıyalı jurnalist İan Piert Azərbaycanın haqq səsini dünyaya çatdırır, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların hələ də hüquqi-siyasi qiymət vermədiyi Xocalı soyqırımı haqqında həqiqətləri fakt və sübutlar əsasında beynəlxalq auditoriyaya təqdim edir. İan Piertlə müsahibəni “Xalq qəzeti”nin oxucularına təqdim edirik.
– Cənab İan Piert, necə oldu ki, Azərbaycanda
işləmək və yaşamaq qərarına
gəldiniz?
– 10 il idi ki, mən İngiltərədə, Yunanıstanda və Səudiyyə Ərəbistanında ingilis dili müəllimi işləyirdim. Bir gün “Bakıya gəlin və ingilis dilini öyrədin” yazılan elanı gördüm. İlk sualım “Bakı haradadır?” oldu. Bu barədə heç eşitməmişdim. İnternetdə araşdırdım və Bakı haqqında məlumatlarla tanış oldum. Doğrusu, bu şəhər barədə indiyə qədər məlumatsız olduğuma görə çox utandım. Azərbaycana gəlməyə qərar verdim və iş üçün müraciət etdim. Bəxtim gətirdi və 2000-ci il aprelin 14-də Bakıya gəldim. Burada Britaniya şirkəti olan “English Language Solutions”- da işləməyə başladım, əsasən neft sənayesində çalışan işçilərə ingilis dilini öyrədirdim.
Bir illik müqaviləm var idi, ancaq Azərbaycan və bu xalq haqqında daha çox məlumat əldə etdikcə ölkənizə daha çox bağlandım, burada uzun müddət qalacağımı anladım. Bir neçə aydan sonra Səadət xanımla tanış oldum, daha sonra ona evlənməyi təklifi etdim və biz ailə qurduq. Bundan sonra necə gedə bilərdim!?
– Azərbaycana səfərinizi
necə xatırlayırsınız?
– 2000-ci ildə Azərbaycan “Əsrin müqaviləsi”nin faydasını hələ o qədər də hiss etməmişdi. Neft şirkətləri ilə iş birliyindən əldə olunan gəlirlər hələ yenicə artmağa başlayırdı. Bakıya gecə gəlmişdim, hava limanından şəhərə gedən yolun qaranlığını və sakitliyini xatırlayıram. İşə başlamazdan əvvəl istirahət etmək və Bakını gəzmək istədim. Heyranedici memarlıq nümunələrinə və binaların üzərində orada yaşamış insanlarla bağlı lövhələrə baxarkən burada daha çox qalacağımı anladım. Hiss edirdim ki, bu şəhərdə məni maraqlı həyat gözləyir. Və mən haqlı idim!
– Siz, “Müharibə cinayətinin Xocalı şahidliyi: Ermənistan müttəhim kürsüsündə” kitabının redaktorusunuz. Kitab yazmaq fikri necə yarandı? Redaktor kimi düşüncələriniz maraqlı olardı.
– 2010-cu ildə işimi dəyişdim və
“Visions of Azerbaijan” jurnalının redaktoru oldum. Dağlıq
Qarabağdakı müharibə
və Xocalı qətliamı barədə
çox eşitmişdim.
Jurnalda bu haqda bir
məqalə yazmaq istəyirdik və düşündüm ki, bunun üçün ən yaxşısı sağ qalanların hekayətlərini dinləyib
yazmaqdır. Bu səbəbdən həmkarlarım
Fiona Maclachlan və Rəqsanə Məmmədova
(tərcüməçi) ilə
onların bəzilərindən
müsahibə almağa
getdik.
Müharibə zonasından olan insanların xatirələri
o qədər təsir
etdi ki, onları bir kitabda toplamalı olduğumuzu düşündük. Xarici oxucuların
26 Fevral 1992-ci ildə
baş verənlərin
əsl mənasını
anlamalarına kömək
etmək üçün
insanların hekayətlərini
qələmə almağa
başladıq. Kitabın daha
əhatəli olması
üçün müstəqil
beynəlxalq jurnalistlərin
reportaj və fotolarını, beynəlxalq
humanitar və siyasi təşkılatların
reaksiyalarını da
ora daxil etdik. İnsanlara qanuni və siyasi mövqelərin nə
yerdə olduğunu xatırlatmaq üçün
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsinin tam mətnlərini
daxil edərək torpağın sahibinin və işğalçının
kim olduğunu göstərmək istədik.
Bir jurnalist
olaraq həmin müsahibələr vaxtı
çox şey öyrəndim. Müharibə iştirakçılarının,
hadisələrin içində
olan insanların danışdığı hekayətləri
dinləmək, qələmə
almaq sənin yazdığını daha
canlı edir, səni o hadisələrin
içinə salır.
Həmin müsahibələrdən
sonra Xocalını unutmaq
mümkün deyildi.
Beləliklə, kitab nəşr olunduqdan sonra, onu 11 Avropa ölkəsinin
paytaxtında keçirilən
təqdimatlarda müzakirə
etdik. Bu tədbirlərin
hamısına hər
dəfə sağ qalanlardan özümüzlə
apara bilmirdik, ancaq onların hekayətlərini bacardığımız
qədər çox
insana çatdırmalı
olduğumuzu anlayırıq,
düşünürəm ki, bunu bacardıq.
– Siz həm də “Xocalı - bir millətin kədər”i sənədli filminin ssenari müəllifisiniz. Filmə baxdım, təsiredici bir filmdir. Sizcə, bu cür sənədli
filmlərin çəkilməsi
beynəlxalq aləmdəki
ikili standartları, haqsızlığı aradan
qaldırmağa təsir
edəcəkmi?
– Virtual Qarabağ İnformasiya-Kommunikasiya
Texnologiyaları Mərkəzinin
rəhbəri Nurəddin
Mehdiyevlə Dağlıq
Qarabağ və işğal olunmuş ətraf rayonlar haqda çəkilmiş filmlərin ssenarilərinin
tərcüməsi üzərində
işləmişəm. Xocalıya gəldikdə
isə, Nurəddin müəllim ssenarini mənim yazmağımı
istədi. Filmi onların köməyi
ilə ərsəyə
gətirdik.
Filmə
dəyər verdiyiniz üçün çox şadam! Kitabda olduğu kimi,
filmdə də mən xocalılıların
oradakı həyatlarını
və başlarına
gətirilənləri göstərmək
istədim ki, izləyicilər özlərini
onların yerinə qoysun və bu ədalətsizliyi qiymətləndirsinlər.
Aydındır ki, filmin ingilis dilindəki versiyası, əsasən Qərb izləyicisi üçün nəzərdə
tutulub və bu səbəbdən də məlumatları
onlara məqbul bir formada təqdim
etmək vacibdir. Yəqin siz bilirsiniz ki, təbliğata bənzəyən
təqdimatlara qarşı
müqavimət var. Bu səbəbdən
Xocalıda baş verənləri qanlı soyqırımın şahidi
olan insanların və
müstəqil bir jurnalistin -- mənim mövqeyimiz kimi təqdim etməyi qərara aldıq. Düşünürəm ki, film insanların
Azərbaycan və Xocalı haqqında daha ədalətli mövqe tutmasına kömək edəcəkdir.
Video Youtube-da da olduğu üçün Azərbaycandan
kənarda insanların
izləməsi asandır.
– Xocalı soyqırımının şahidləri,
sizin kimi jurnalistlər tərəfindən
görülən işlər,
bu qədər dəlil olduğu halda beynəlxalq təşkilatlar niyə Xocalı soyqırımına
hüquqi və siyasi qiymət vermirlər?
– Bunun səbəbləri çoxdur. O təşkilatların
çoxu Qərbdədir,
bəzilərinin neft və qaz xaricində
Azərbaycana marağı
azdır, keçmiş
sovet dövrü və islamla bağlı stereotiplərin
də təsiri vardır.
Erməni diasporunu da unutmaq
olmaz. ABŞ-da
və Fransada media strukturlarında xeyli erməni çalışır.
Onların Qərb kontekstində məlumatları
necə təqdim etmək təcrübəsi
var. Həm də bu ölkələrin siyasətçiləri ilə
müntəzəm əlaqələr
saxlayırlar.
Siyasi qorxaqlıq
amili də nəzərə alınmalıdır. Çətin bir problem olduqda siyasətçilər ona
münasibət bildirməyi
bir komitəyə və ya başqa
təşkilata ötürürlər,
problemin aradan qalxacağına ümid edirlər. Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası
1993-cü ildə erməni
silahlı qüvvələrinin
işğal olunmuş
torpaqlardan çıxarılmasını
tələb edən 4 qətnamə
qəbul etdi. Ancaq qətnamənin icra olunmasını təmin etmək üçün heç bir şey etmədilər.
Əvəzində problemin həlli
ATƏT-in Minsk qrupuna ötürüldü.
Minsk qrupu 3 ölkənin
həmsədrləri ilə
təmsil olundu: Rusiya, ABŞ və Fransa. Bu 3 ölkədə
dünyanın ən böyük erməni diasporları fəaliyyət
göstərir. Minsk Qrupu
28 il ərzində
sadəcə səmərəsiz
görüşlər keçirdi.
Bəlkə də, bu vaxta qədər
Azərbaycanın işğal
faktını, problemi unudacağını
düşünürdülər.
Keçən ilki 44 günlük müharibə zamanı Azərbaycanın siyasi yanaşması mükəmməl
oldu. Prezident İlham Əliyev
və köməkçisi
Hikmət Hacıyev təqdimatlarında çox
aydın, açıq,
dəqiq və inandırıcı idilər.
Bu siyasi təqdimatlarla
yanaşı, əcnəbiləri
Azərbaycan xalqının
tarixi, mədəniyyəti
ilə, həmçinin
müharibədən, xüsusən
də Ermənistanın Gəncə,
Bərdə, Tərtər
və digər mülki hədəflərə
hücumlarından əziyyət
çəkən insanların
canlı hekayətləri ilə tanış etməlisiniz. Virtual Qarabağ İnformasiya-Kommunikasiya
Texnologiyaları Mərkəzi
kimi təşkilatların
və medianın işi budur. Bu səbəbdən biz də Xocalı ilə bağlı hadisələri insan taleləri ilə təqdim etməyə çalışdıq.
–
Cənab İan Piert,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində fəaliyyətinizə
görə Sizə dərin təşəkkürümü
bildirirəm. Maraqlı müsahibə üçün
çox sağ olun.
Leyla Rəşid
Xalq qəzeti.-2021.-16 mart.-S.5.