Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli, “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında” 1999-cu il 25 avqust tarixli 133 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 56     Bakı şəhəri, 5 mart 2021-ci il

 

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.2-ci bənddə “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri “Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilsin;

1.2. 5.1-ci bəndin ikinci cümləsində “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

2. “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissəyə “Nazirliyinin” sözündən sonra “tabeliyində Sosial Xidmətlər Agentliyinin” sözləri əlavə edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları”nın adına “Nazirliyinin” sözündən sonra “tabeliyində Sosial Xidmətlər Agentliyinin” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “3. Əmək veteranları” hissəsinin onuncu abzasında “Azərbaycan Respublika-sının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-ci bənddə və 3.5-ci bəndin üçüncü cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilsin;

4.2. 3.2a bəndi üzrə:

4.2.1. birinci abzasda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilsin;

4.2.2. ikinci abzasda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumunun” sözləri ilə, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının” sözləri ilə və “orqanların” sözü “qurumların” sözü ilə əvəz edilsin;

4.2.3. üçüncü abzasda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları” sözləri ilə və “orqanın” sözüqurumunsözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr 857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370,

¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773; 2014, ¹ 4, maddə 459; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1973; 2017, ¹ 4, maddə 610, ¹ 5, maddə 995, ¹ 9, maddə 1728, ¹ 10, maddə 1913, ¹ 12 (II kitab), maddə 2548; 2018, ¹ 6, maddə 1348, ¹ 9, maddə 1903, ¹ 11, maddə 2458, ¹ 12 (II kitab), maddə 2736; 2019, ¹ 4, maddə 781, ¹ 7, maddə 1319; 2020, ¹ 4, maddə 480, ¹ 9, maddə 1232, ¹ 10, maddə 1273) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 74-cü hissənin birinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin və həmin cümləyə “Fondu” sözündən sonra “(bundan sonraFond)” sözləri əlavə edilsin;

5.2. 91-ci hissədə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri “Fondsözü ilə əvəz edilsin;

5.3. 97-ci hissədə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbələri” sözləri “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;

5.4. 99-cu hissədə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələrinə” sözləri “Fondun yerli qurumlarına” sözləri ilə və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri” sözləri “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;

5.5. 113-cü hissənin dördüncü abzasında və 117-ci hissənin dördüncü abzasının üçüncü cümləsində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbəsinə” sözləri “Fondun yerli qurumuna” sözləri ilə əvəz edilsin;

5.6. 114-1-ci hissə üzrə:

5.6.1. birinci abzasda “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinə” sözləri “Fondun yerli qurumuna” sözləri ilə əvəz edilsin;

5.6.2. altıncı və yeddinci abzaslarda “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbələrinə” sözləri “Fondun yerli qurumlarına” sözləri ilə əvəz edilsin;

5.7. 114-2-ci hissə üzrə:

5.7.1. yeddinci abzasın birinciikinci cümlələrində ismin müvafiq hallarında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri” sözləri ismin müvafiq hallarında “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;

5.7.2. səkkizinci abzasda “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinə” sözləri “Fondun yerli qurumuna” sözləri ilə əvəz edilsin;

5.8. 116-cı hissə üzrə:

5.8.1. birinci abzasda “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şəhər (rayon) şöbəsinin” sözləri “Fondun yerli qurumunun” sözləri ilə əvəz edilsin;

5.8.2. ikinci abzasın üçüncü cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Fondasözü ilə əvəz edilsin;

5.9. 118-ci hissədə və 135-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Fondunsözü ilə əvəz edilsin;

5.10. 120-ci hissənin birinci cümləsində, 121-ci hissədə hər iki halda və 123-cü hissənin ikinci abzasında ismin müvafiq hallarında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri” sözləri ismin müvafiq hallarında “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;

5.11. 139-cu hissədə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Fondasözü ilə əvəz edilsin;

5.12. Əsasnaməyə 1-5 nömrəli əlavələrdə “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbələrinə” sözləri “yerli qurumlarına” sözləri ilə əvəz edilsin.

6. Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 133 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 528; 2006, ¹ 6, maddə 569; 2007, ¹ 2, maddə 199; 2009, ¹ 9, maddə 736; 2014, ¹ 1, maddə 57; 2016, ¹ 11, maddə 1976; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 noyabr tarixli 439 nömrəli Qərarı) 1-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilsin.

 

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

Xalq qəzeti.-2021.-13 mart.-S.4.