Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
“Sığortaolunanların və sığortaedənlərin
işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli,
“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi
Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il
29 dekabr tarixli 619
nömrəli, “Sığorta ödənişinin verilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli
620 nömrəli, “İşsizlikdən sığorta vəsaitlərinin
uçotunun aparılması və
hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il
29 dekabr tarixli 621
nömrəli, “Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda
çalışan işçilərin aylıq vəzifə
maaşları haqqında” 2018-ci il 14 mart tarixli. . 94 nömrəli
.qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 60 Bakı şəhəri, 5 mart
2021-ci il
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2563; 2019, ¹ 7, maddə 1321) ilə təsdiq edilmiş “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
1.2. 4.1-ci bəndin birinci və ikinci cümlələrində “Fondun orqanları” sözləri “Fondun yerli qurumları” sözləri ilə əvəz edilsin;
1.3. 4.2-ci bənddə (birinci halda) “orqanlarının” sözü “qurum-larının” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2564; 2018, ¹ 12 (II kitab), maddə 2730; 2019, ¹ 3, maddə 532,
¹ 7, maddələr 1318, 1334) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları” sözləri “Azər-baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;
2.2. 2.1-ci, 5.1-ci və 5.2-ci bəndlərdə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
2.3. 2.2-ci, 2.5-ci və 2.6-cı bəndlərdə ismin müvafiq hallarında “Xidmətin yerli orqanları” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin;
2.4. 3.1-ci bənddə, 3.3-cü bəndin birinci cümləsində, 4.2-ci bəndin ikinci cümləsində (hər iki halda), 4.3-cü bənddə, 1 və 2 nömrəli əlavələrdə (hər üç halda) ismin müvafiq hallarında “Xidmətin yerli orqanı” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2565; 2018, ¹ 12 (II kitab), maddə 2730; 2019, ¹ 7, maddələr 1318, 1334) ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmə-tinin (bundan sonra – Xidmət) yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilsin;
3.2. 1.2-ci, 2.2-ci, 6.2-ci, 7.1-ci və 7.2-ci bəndlərdə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
3.3. 6.3-cü bənddə “Xidmətin yerli orqanları” sözləri “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilsin;
3.4. həmin Qaydanın 2 nömrəli əlavəsinin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsində və 3-cü hissəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2566; 2018, ¹ 6, maddə 1350; 2019, ¹ 7, maddə 1321) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.2-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
4.2. 3.1-ci bənddə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond)” sözləri “Fond” sözü ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin;
4.3. 7.1-ci bəndin birinci abzasına “Fondun” sözündən sonra “yerli qurumları” sözləri əlavə edilsin;
4.4. 7.1.1-ci yarımbənddə “orqanları” sözü “yerli qurumları” sözləri ilə əvəz edilsin;
4.5. 7.2-ci bənddə (birinci halda) “orqanlarının” sözü “qurumlarının” sözü ilə əvəz edilsin.
5. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 604, ¹ 5, maddə 1115; 2019, ¹ 2, maddə 365, ¹ 7, maddə 1347, ¹ 8, maddə 1455, ¹ 11, maddə 1851; 2020, ¹ 5, maddə 657) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci hissədə “9-18-ci” sözləri “9-14-cü, 16-18-ci” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarın 15 nömrəli əlavəsində - “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının Cədvəli” ləğv edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.-2021.-13 mart.-S.4.