Müstəqilliyimizi əbədiləşdirən lider

 

Bəşəriyyətin keçdiyi inkişaf yolu tarixi şəxsiyyətlərin xalqların taleyüklü məsələlərində həlledici rol oynadıqlarını aydın göstərir. Belə nadir şəxsiyyətlərin öz xalqı və insanlıq qarşısında xidmətlərini isə onların keçdiyi mübarizə yolu əks etdirir. Bu tarixi həqiqət baxımından XX əsrin fenomen şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin yaratdığı milli dövlətçilik irsi tarixin Azərbaycan xalqına bəxş etdiyi tükənməz milli-məfkurəvi sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur.

 

 

Ölkəmiz və xalqımız üçün 2021-ci ilin əlamətdar hadisələrindən biri də mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün tamam olmasıdır. Hər il mayın 10-da dünyada yaşayan bütün azərbaycanlılar müstəqillik tariximizi yazmış dahi şəxsiyyətin dünyaya gəldiyi günü ümummilli təntənələrlə qeyd edir, xalqımızın çağdaş tale yolunu müəyyən etmiş ulu öndərin ölməz xatirəsini böyük sevgiehtiramla anırlar. Hər il mayın əvvəllərindən başlayaraq dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti barədə bir daha düşünmək və onun kimliyini bəşəriyyətə layiqincə çatdırmaq ümummilli mənəvi borcumuza çevrilir.

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ümumxalq işinə xidmətdə formalaşıb zənginləşmiş bioqrafiyasına ümumdünya tarixi proseslərinin inkişafı baxımından yanaşanda onun bənzərsiz şəxsiyyəti gözlərimiz önündə bütün əzəməti ilə canlanır. Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən birionun xalqının seçdiyi liderin mənəvi-siyasi keyfiyyətləridir. Çünki dövlətin böyükya kiçikliyindən, iqtisadi potensialından asılı olmayaraq, onun hərtərəfli tərəqqisini bir çox cəhətdən təşkiledici və yönləndirici qüvvə olan lider amili müəyyən edir.

 

Çağdaş dünyada isə beynəlxalq prosesləri düzgün qiymətləndirən, geosiyasi gedişatı öz xalqının maraqlarına yönəltməyi bacaran, hadisələrin inkişaf axarını ən azı on illərlə qabaqlaya bilən lider rəhbərlik etdiyi dövlətin ümumi inkişafına, təhlükəsizliyinə nail olur, dünya birliyində onun mövqelərini gücləndirir. Belə rəhbər şəxsiyyətlər hər zaman beynəlxalq aləmdə də heyranlıq yaradır, daim böyük hörmət və ehtiramla anılırlar. Dahilərin ömürləri günlərlə, aylarla, illərlə hesablanmır. Zamanı qabaqlaya bilən bu insanlar tarix yaradırlar, ömürləri də əməlləri ilə ölçülür. Bu tarix gələcəyə işıq salır, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edirlər.

 

Bu mənada kifayət qədər mürəkkəb və ziddiyyətli dövr olmuş XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi mükəmməl, xarizmatik bir liderin ölkəmizə rəhbərlik etməsi Azərbaycan xalqının tarixi xoşbəxtliyidir. Məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti, praqmatik siyasəti sayəsində Azərbaycan sovet imperiyası daxilində dövlət müstəqilliyi epoxasına hazırlanmış, müstəqilliyin əsaslarını yarada bilmişdir.

 

Ümummilli liderin müstəsna səyləri ilə müstəqilliyin ilk dövründə daxilixarici amillərin təsiri ilə ölkədə yaranmış fəlakətli böhran sovuşdurulmuş, əldə edilmiş suverenlik qorunub saxlanmış və Azərbaycan dövləti sürətli, dönməz tərəqqi yoluna qədəm qoymuşdur. Bununla, ulu öndər Heydər Əliyevin adı ən yeni tariximizə Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan Xilaskar kimi yazılmışdır!

 

Həqiqətən, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün də dəyərli şəxsiyyətdir. Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır.

 

Müasir dünyanın siyasi arenasına yeni tipli lider nümunəsi gətirməklə öz ölkəsini sivil məmləkət kimi dünyaya tanıdan, titanik fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusuna çevrilən ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi çağdaş tariximizin bir qərinəlik dövrünün qızıl səhifələrini təşkil edir. Bu mərhələnin hər biri Azərbaycanın müqəddəratında tənəzzüldən tərəqqiyə doğru kəskin dəyişikliklər yaratmış, ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən cəmiyyətin etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşaiyət olunmuşdur. Heydər Əliyev epoxasında ölkəmizin bütün sahələrində uzunmüddətli inkişafa xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilmiş, milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılmışdır.

 

Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda milli özünüdərk və etnomədəni özünüifadənin bütün formalarının geniş vüsət almasına, ictimai şüurun yüksəlməsinə təkan vermiş sürətli inkişaf strategiyasının seçilməsi və böyük uğurla həyata keçirilməsi Heydər Əliyevin yarım əsr bundan əvvəl əsasını qoyduğu rəhbərlik və idarəetmə fəlsəfəsinin aparıcı ideya-siyasi qayəsini təşkil edir. Qısa vaxtda cəmiyyət həyatının bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi, bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən bu gerçəkliklər, əslində, daha böyük niyyətlərin həyata keçirilməsinə də meydan açmışdır. Bütün bunlar milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət etmişdir.

 

İndi hamılıqla Azərbaycanın müasir intibah dövrü kimi dəyərləndirilən 1970– 1980-ci illərin böyük inkişaf epoxası xalqımızın qəlbində, düşüncələrində illərlə sıxılıb qalmış milli idealın– azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcək qüdrətli milli-azadlıq hərəkatının ideya- mənəvi nüvəsi və hərəkətverici qüvvəsi dərəcəsinə yüksəlməsinə əlverişli zəmin yaratmışdır. 1970-ci illərdən başlayaraq, Azərbaycan nəinki sürətli yüksəliş mərhələsinə qədəm qoymuş, yeni intibahını yaratmış, həm də bu intibahın növbəti zəruri pilləsi olan azadlıq mücadiləsinə daxilən hazırlanmışdır.

 

1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində müstəqillik hərəkatının geniş vüsətinə aparan çətin, ziddiyyətlərlə dolu tarixi yolun mühüm, bəlkə də, həlledici nəticələrindən biri, şübhəsiz, 1970-ci illərin ümumi milli yüksəlişi və onun sayəsində xalqın mübarizlik ruhunun formalaşması olmuşdur. Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdir. Həmin proses Heydər Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunmuş və tənzimlənmişdir.

 

Ümummilli liderimiz Heydər Əliyevin hələ ötən əsrin 70–80-ci illərində respublikamıza rəhbərliyi dövründə onun dövlət idarəçiliyində təkrarsız məharəti, yüksək siyasi təşəbbüskarlığı, səy, qətiyyət və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan keçmiş İttifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr cərgəsinə çıxmış, müasir sənaye diyarına çevrilmişdir. Haqlı olaraq, Azərbaycanın bir intibah dövrü kimi xarakterizə edilən həmin illərdə respublikada iqtisadi, ictimai-mədəni və digər sahələrdə qazanılan böyük uğurlarla yanaşı, yüzlərlə müəssisənin yaradılması, xalq təsərrüfatında məşğul əhalinin sayının dəfələrlə artırılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi də əmin edilmişdir. Məhz həmin dövrdə ulu öndərimiz respublikanın güclü iqtisadisosial infrastrukturunu, bütün vacib sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər ordusunu yaratmaqla Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın formalaşmasını təmin etmişdir.

 

Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməmişdir. Ulu öndər 1982-ci ildən sonra fəaliyyətini ittifaq dövlətinin rəhbərliyində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu respublikanı unutmamış, onun sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəməmişdir. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir.

 

Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə Heydər Əliyevin misilsiz liderlik təcrübəsi onun yenidən hakimiyyətə gəlməsi zərurətini yaratmışdır. 1993-cü ilin mayiyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun son həddə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmışdır.

 

O zaman dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını almışdır. Bu tarixi Qayıdış ölkədə ictimai-siyasi sabiltiyin bərqərar olaraq möhkəmlənməsi şəraitində müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan vermişdir.

 

Göründüyü kimi, böyük şəxsiyyətlər, öz əməlləri ilə tarix yaradır, onu zənginləşdirir və dəyişdirirlər. Heydər Əliyevin 1993-cü ildə başlatdığı xilaskarlıq missiyası da bu deyilənləri bir daha təsdiq edir. Ümummilli liderin xalqın harayına səs verərək hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Bununla, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsi başlanmışdır.

 

Hələ sovet hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran Heydər Əliyev müstəqilliyimizin təhlükədə olduğu 1993-cü ildə də böhranlı hadisələrin gedişini dəyişmiş, öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorumuşdur. Sonrakı 10 ildə ulu öndərin bilavasitə rəhbərliyi altında, onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradılmışdır.

 

Ümumiyyətlə, Azərbaycanın bugünkü regional və beynəlxalq mövqeyini izləyərkən, bir daha əmin oluruq ki, ulu öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etmiş, inkişafın, tərəqqinin Azərbaycan modelini yaratmışdır. Əslində, bu strategiya hələ uzun illər öncədən müəyyənləşdirilmişdi. Uzaqgörən lider zaman yetişəndə Azərbaycan xalqının müstəqillik yolunda inkişafını etibarlı surətdə təmin etmişdir. Bu strategiya olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı. İqtisadiyyat, sənaye, hərbi, mədəniyyət, təhsil, mətbuat və digər sahələrin hər birinin bugünkü tərəqqisinin təməlində bilavasitə Heydər Əliyev izi, Heydər Əliyev nəfəsi duyulmaqdadır.

 

Ümummilli lider Heydər Əliyev öz ideyalarında müstəqil Azərbaycan dövlətinin gələcəyini aydın və dəqiq müəyyən etmişdi. O, yaxşı bilirdi ki, müstəqillik yolu bir çoxlarının düşündüyündən də uzun və cətindir. Ona görə də o, ilk növbədə, Azərbaycanı taleyin ümidinə buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək amilləri vaxtında aradan qaldırdı. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olunmuşdur.

 

Əsl xalq liderinin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır. Bununla da iqtisadiyyatımızdakı böhran aradan qaldırılmış, inkişaf dövrü başlanmış, Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus layiqli yerini tutmuşdur. Demokratiya, siyasi sabitlik və ən başlıcası, tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilmişdir.

 

Ulu öndərin böyük siyasi məharəti ilə uzunmüddətli sabitləşmənin, müasir milli dövlətçilik prinsiplərinin təməli yaradılmış, ölkəmizin daxilixarici siyasəti bir-birini tamamlayan davamlı strateji məqsədlər üzərində qurulmuşdur. Azərbaycan tədricən özünə güclü etibarlı dostlar qazanmış, qlobal siyasi səhnədə bir sıra rəqib mövqelər inamla neytrallaşdırılmışdır. Bir sözlə, milli inkişaf yolunda sabit irəliləyiş və sıçrayışlı hərəkət üçün bütün ilkin zəruri vəzifələr həyata keçirilmişdir. Bu isə ölkənin siyasi rəhbərliyinə imkan vermişdir ki, sonrakı mərhələdə beynəlxalq arenada daha qətiyyətli manevrlər edə bilsin.

 

Müstəqil Azərbaycanın ilk həqiqi Prezidenti olaraq Heydər Əliyev Azərbaycanı müstəqil siyasəti olan bir dövlətə çevirdi. Ulu öndər bununla da dünyanın siyasi proseslərinə təsir edən bir şəxsiyyət olduğunu təsdiq etdi. O, dünyada cərəyan edən prosesləri məhz Azərbaycanın xeyrinə, ölkəmizin siyasi-iqtisadi maraqlarının mütləq nəzərə alındığı istiqamətə yönəltdi.

 

Dünyanın ictimai-siyasi inkişaf qanunauyğunluqlarını mükəmməl bilən dövlət xadimi kimi Heydər Əliyev tarixi proseslərin mahiyyətini dərindən anlayananladan, gerçəkliyin öz məntiqindən çıxış etməyi bacaran bir mütəfəkkir siyasətçi olaraq bəşəriyyətin təkamül və tərəqqi yoluna baxır və onun ana xətlərini, aparıcı tendensiyalarını tam nəzərə alırdı.

 

Məhz belə bir siyasi kombinasiyalar zəminində “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi qlobal layihələr reallığa çevrildi. Neft və qazın nəqlinə nəqliyyat və kommunikasiya üzrə digər mühüm layihələrin həyata keçirilməsinə geniş perspektivlər açıldı. Bütün bunların nəticəsi olaraq Azərbaycan indiki inkişaf səviyyəsinə çatdı, regional lider statusu qazana bildi. Beləliklə, dünyada “İnkişafın Azərbaycan model” anlayışı beynəlxalq siyasi-diplomatik leksikona daxil oldu.

 

Azərbaycanın dövlət suverenliyini dönməz və daimi prosesə çevirən qüdrətli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi böyük siyasəti – milli müstəqillik strategiyasını bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaradıcılıq və əzmkarlıqla davam etdirir. Əldə edilən tarixi irəliləyiş uğurlu nəticələri ilə dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəldir. Bu gün yeni dünya nizamında Azərbaycan dövləti ulu öndərin müəyyən etdiyi mütərəqqi istiqaməti daim möhkəmləndirən bir demokratik ölkə statusunda öz mövqeyini daha qətiyyətlə nümayiş etdirir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ölkəmizi yeni epoxanın çağırışları yönündə hərtərəfli şəkildə irəliyə doğru aparmağın çağdaş nümunəsini təcəssüm etdirir. Sözün həqiqi mənasında, görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirən İlham Əliyev həm də müstəqil Azərbaycan dövlətini istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini ən yüksək səviyyədə gerçəkləşdirir.

 

Yeni tarixi mərhələnin meydana çıxardığı ictimai-siyasi və reallıqların, iqtisadi-hərbi proseslərin, ideoloji-etnik problemlərin, böhranlı hadisələrin və mürəkkəb gedişatların doğru-düzgün dəyərləndirilməsinin tələb edildiyi məqamlarda Azərbaycan Prezidenti İlham Əliyev bu məsələlərə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması çağdaş dünyada böyük ciddi maraqla izlənilir. Bütün bunlar dövlətimizin başçısını beynəlxalq aləmdə mövcud siyasəti yaradıcılıqla inkişaf etdirib zirvəyə qaldırmış novator dövlət xadimi kimi tanıdır.

 

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi uğurlu 18 il əldə edilmiş uğurlar, ümumi inkişafın miqyasına görə neçə-neçə oniliklərə bərabər olan sürətli və hərtərəfli tərəqqi epoxasıdır. Onun Azərbaycana rəhbərliyinin bu 18 ili ölkəmizdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi və hərtərəfli şəkildə inkişaf etdirilməsi, qüdrətli bir müstəqil dövlətin qurulması dövrüdür. Bu, Azərbaycan tarixinin İlham Əliyev erasıdır. Bu mənada ulu öndərin yaratdığı tarixi əsaslar üzərində müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda davam etdirilən düşünülmüş, məqsədyönlü və ardıcıl işin nəticələri İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini nümayiş etdirir.

 

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tarixinin ən böyük və şanlı Zəfəri olan Vətən müharibəsindəki Qələbənin də ali təşkilatçısı və baş sərkərdəsidir. Azərbaycanın yeni tarixini yazan Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də təcavüzkar Ermənistanın havadarlarının fəal himayəsi ilə 30 il işğal altında saxladığı torpaqlarımızın da xilaskarıdır. Prezident II Qarabağ savaşında çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Dövlət rəhbəri İlham Əliyev müqəddəs vəzifəni, Ata vəsiyyətini də yerinə yetirməklə-- Qarabağı işğaldan azad etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

 

Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixarqürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin– müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz yurd sevgisini, yenilməz gücünü, döyüş mətinliyini və dönməz mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu. Ölkəmizin rəhbəri beynəlxalq informasiya müharibəsində Azərbaycanın gur haqq səsi oldu, öz xalqının ordusu ilə misilsiz vəhdətini yaradan lider kimi dünyada qalibiyyət rəmzinə çevrildi.

 

Beləliklə, ulu öndərin qurduğu dövlət də, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti də ölkəmizlə və xalqımızla həmahəng şəkildə daimi inkişafdadır. Azərbaycan xalqı özünün sadiq və uzaqgörən rəhbərinin başçılığı ilə böyük gələcəyə doğru müzəffər yürüşünü uğurla davam etdirir.

 

Azərbaycanın beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söznüfuz sahibi olmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Artıq Azərbaycan milli-mənəvi dəyərləri ilə beynəlxalq aləmdə sivil bir ölkə kimi tanınır, müstəqil dövlətimizin dünyaya hərtərəfli inteqrasiyası gündən-günə sürətlənir. Bu prosesdə Azərbaycanın mənəvi dəyərlərinin qorunması və təbliği önəmli bir fəaliyyət olaraq aktuallığını artırır. Ümummilli liderin zəngin dövlətçilik ənənələrinin davamçısı kimi Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz bu prosesin ağırlığını öz üzərinə götürərək, xalqımızın yüksək mədəni dəyərlərinin, dövlətimizin humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində fəal və önəmli rol oynayır.

 

Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər xalqımızın rəğbətini qazanmaqla yanaşı, xaricdə də daim yüksək qiymətləndirilir. Onun fəaliyyət dairəsi o qədər hüdudsuzo qədər parlaqdır ki, gördüyü işləri təsnifatlaşdırmaq olduqca çətindir. Amma hansı sahəyə üz tutmağından asılı olmayaraq, Mehriban xanım bütün işləri ilə dövlət siyasətini tamamlayır, ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir.

 

Zaman keçdikcə ideyaları qəlbimizdə əbədi yer alan Heydər Əliyevin zəngin dövlətçilik həyatı, fəaliyyəti, təcrübəsi, siyasi irsi Azərbaycanı daha parlaq gələcəyə aparır. Heydər Əliyev irsi dövləti idarəetmə nümunəsi olmaqla yanaşı, həm də nəsilləri tərbiyələndirən nümunəvi mənəviyyat örnəyidir. Heydər Əliyev Azərbaycanda dövlətçiliyin müasirliyə, milliliyə, ənənəviliyə əsaslanan məktəbini yaratmışdır.

 

Ulu öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Ona görə də Heydər Əliyev irsini daha dərindən öyrənmək lazımdır. Çünki Azərbaycanın bütün sahələrdə inkişafı, müasirləşməsi, daha dərindən demokratikləşməsinin mənbəyi bu zəngin xəzinədədir. Məhz bu səbəbdən ümummilli liderin nəsillərə yadigar qoyub getdiyi əvəzsiz irs hər bir azərbaycanlı tərəfindən əxz edilməlidir. Yalnız o halda, yalnız Heydər Əliyev irsi ilə silahlanaraq Azərbaycana xidmət etmək olar. Çünki biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik.

 

“Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”– deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoymuşdur. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi hər birimiz üçün hədsiz qüruriftixar mənbəyidir.

 

Vətənə və xalqa həsr olunmuş ömür bitmir. Ümummilli liderimizin söylədiyi kimi: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

 

Asif ƏSGƏROV,

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti  2021.- 7 may.- S.4.