Xalqın xoşbəxt gələcəyinə həsr olunmuş ömür

 

Müasir Azərbaycan dövlətçiliyinin quru­cusu, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev ömrünün 50 ilindən çoxunu xalqın taleyi ilə sıx bağlamışdır. İqtisa­diyyatımızda, milli ideolo­giya və mənəviyyatımızda, mədəniyyətdə, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə misilsiz xidmətləri olmuş dünya şöhrətli şəxsiyyətin titanik fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir.

 

Tanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir. Mənalı ömrünü Vətənimizdə qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində mühüm geostrateji ölkə kimi dünyanın Azərbaycana diqqəti daha da artdı. Bu müdrik insanın, Qafqazda sülh ideyası­nın alovlu təbliğatçısının gərgin səyləri və qətiyyətli mövqeyi sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq müm­kün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquq­larının bərqərar olmasına nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə sülhasayiş bərqərar oldu.

 

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdana, yəni 1993-cü ilin iyun ayı­na qədər Azərbaycanda vəziyyət son dərəcə ağır idi.

 

AXC–Müsavat cütlüyünün hakimiyyətə gələ bilmək üçün və hakimiyyətə gəldikdən sonra törətdiyi xaosanarxiya mühiti Azərbaycanı günbəgün uçuruma aparırdı. Xalq öz tarixinin ən çətin dövrünü ya­şayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyət vəziyyəti daha da gərginləşdirirdi. Ermənilər torpaqlarımı­zı, şəhər və kəndlərimizi işğal edir, qətl və qarət törədirdi. Öz içərimizdə olan xəyanətkarlar isə yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə düşmən dəyirmanına su tökür, ölkədə sabitlik yaranmasına mane olurdular. Radikal müxalifət dairələri xaricdəki ağalarına xidmət etmək üçün bir-birilə bəhsə girmişdilər. Satqınlıq, xəyanət adi hal almışdı.

 

Şəhər və rayonlarda silahlı dəstələr hökmranlıq edirdilər. Axşamlar atışma səslərindən insanlar evlərində rahat yata bilmirdilər. Çirkin yollarla qazanc əldə edənlərin sayı artmışdı. Xalq qorxu və vahimə içərisində yaşayırdı.

 

Ölkəyə, ayrı-ayrı rayonlara rəhbərliyi ələ keçirmiş bir qrup vəzifəpərəst xəyanətkarlar xalq malına zəli kimi daraşmışdılar. Talançılıq baş alıb gedirdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricindəki əleyhdarları daxildəki satqınlarla birləşmişdilər. Yağı düşmənlərimiz olan ermənilər isə Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq planlarını addım-addım həyata keçirirdilər. Daxilimizdəki satqınlar Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Qardaş qırğını təhlükəsi yaranmışdı. Bir sözlə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üzləşmişdi.

 

Yurdumuzun başı üstünü qara bu­ludların aldığı bu çətin anda Azərbaycan xalqının yeganə ümidi, qurtuluş çırağı ulu öndər Heydər Əliyev oldu. Xalqın nəzərləri öz sevimli oğluna, o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yönəlmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gəldi və xalq öz xilaskarını sevinclə qarşıladı.

 

Genişlənməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldır­maq üçün Heydər Əliyev iyunun 13-14-də Gəncədə oldu. Gəncə əhalisinin “Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması ulu öndərə olan inamın, etibarın parlaq ifadəsi idi.

 

1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildibu gün Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq, onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin qarşısı alındı, zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanın parçalan­ma təhlükəsi aradan qalxdı.

 

Azərbaycan xalqı ölkənin müstəqilliyinə qənim kəsilən, xaricdən idarə olunan qüvvələrin qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin ətrafında daha da sıx birləşməyə başladı. 1993-cü il okt­yabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünütam suverenliyi təmin etmək, əhalinin rifahını yax­şılaşdırmaq vəzifələrini fədakarlıqla həyata keçirəcəyini bəyan etdi. Ulu öndər Heydər Əliyev eyni zamanda verdiyi ilk bəyanatlarının birində deyir­di: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük naliyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bun­dan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respubli­kasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olaca­ğam. Azərbaycan Respublikasının dün­ya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam”.

 

Ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu bu fikirlər qısa za­manda reallığa çevrildi. Belə ki, tez bir zamanda ölkədə anarxiya və özbaşı­nalığın qarşısını alan ulu öndər Heydər Əliyev yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də nizamlı və güclü ordu quruculuğuna başlamağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi.

 

İqtisadi problemlərin həllində ölkə üçün ən vacib amil ictimai-siyasi sabit­liyin, sağlam sahibkarlıq mühitinin ya­radılması idi. Belə olmasaydı ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadi sahədə digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, dövlət mülkiyyətinin ədalətlə özəlləşdirilməsi, özəl sektorun inkişafı mümkün olmazdı. Ulu öndər Heydər Əliyev haqlı olaraq deyirdi: “İqti­sadiyyatı güclü olan dövlət hər bir şeyə qadirdir”.

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti naminə hər bir məqsədinə nail oldu. Bu dahi şəxsiyyət böyük bacarıq, səriştə və nüfuz sahibi idi. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada ulu öndərin xidmətləri olmasın. Onun misilsiz xidmətləri sayəsində ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə canlan­ma yaranmış, həyata keçirilən sistemli tədbirlər nəticəsində böyük uğurlar əldə olunmuş, Azərbaycanın digər dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri genişlənmiş və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır.

 

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilir, dahi şəxsiyyətin ətrafında formalaşan, onun siyasi ideyalarını özündə yaşadan Yeni Azərbaycan Parti­yası uğurla fəaliyyət göstərir.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir döv­rün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilməkdədir. Ötən il sent­yabrın 27-də başlayaraq 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü­nün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir. Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratmış oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir çağırış­lara cavab verən, regional və beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edən, eyni zamanda həmin təşəbbüsləri uğurla reallaşdıran müasirgüclü bir dövlətə çevrilməyi bacarmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən, dünyanın bir çox ölkələrini birləşdirən nəqliyyat dəhlizi, eyni zamanda əlverişli logistik mərkəz rolunu oynayan əhəmiyyətli ölkədir. Təbii ki, əldə edilən bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır.

 

Eyni zamanda, ulu öndərin xalqa xidmət amalları Heydər Əliyev Fondu tərəfindən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilir. Heydər Əliyev Fondu davamlı olaraq xeyriyyə aksiyala­rı ilə yanaşı Azərbaycan mədəniyyətinin, musiqisinin, tarixinin, bir sözlə milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmədə təbliği istiqaməsində misil­siz işlər həyata keçirir. Humanizm, tolerantlıq, multikultural dəyərlərin möhkəmləndirilməsi sahəsində görülən işlər və həyata keçirilən siyasətin nəticəsi olaraq bu gün Azərbaycan çoxlu sayda xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrinin dinc, təhlükəsiz, sülh şəraitində yanaşı yaşa­dığı nümunəvi tolerant ölkədir.

 

Ümumiyyətlə, yaxın tariximizə diqqət yetirdikdə görürük ki, ümummilli lider Heydər Əliyevin bütün həyat fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. Ulu öndərimizin Azərbaycan sevgisiömür yolu gələcək nəsillərə bir nümunədir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşına, tariximizə həkk olunmuşdur.

 

Cavid OSMANOV,

 

Milli Məclisin deputatı,

 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

 

Xalq qəzeti  2021.- 7 may.- S.5.