Şöhrəti aləmə səs salan bənzərsiz Şuşam
Müsahibimiz Azərbaycan
Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədlidir
– Prezident
İlham Əliyevin sərəncamı ilə
Şuşa şəhəri Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilib. Bu barədə fikirlərinizi
bilmək istərdik.
– Şuşa
milli mədəniyyətimizin
və mənəviyyatımızın
tacıdır. Onun hər
bir azərbaycanlının
qəlbində xüsusi
yeri var. Cənab Prezidentin qeyd etdiyi kimi, Şuşanın
qeyri-adi aurası var, buradan ayrılıb
getmək, ondan doymaq olmur.
Mənə elə gəlir ki, Prezident İlham
Əliyev Şuşanı
xüsusi bir məhəbbətlə sevir
və onun dünyanın ən cazibədar məkanına
çevrilməsi üçün
çalışır. Düşünürəm ki, bu gözəl
və bənzərsiz
şəhərdə görülən
işlər milli intibahımızın parlaq
mərhələsi olacaq.
Fikrimcə, Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilməsi gözlənilən idi. Axı,
Şuşa zəngin mədəniyyətimizi
özündə ehtiva
edir. Belə ki, xalqımızın
mədəniyyət tariximizin
bir çox parlaq səhifələri,
məhz bu şəhərlə bağlıdır.
Şuşa Azərbaycana çox
sayda görkəmli sənət və elm xadimləri bəxş edib.
Şuşa həm də Azərbaycan xalqının
qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin parlaq liderliyi ilə Azərbaycan Ordusu burada şanlı
tarix yazıb. Bu
mənada Şuşa
bizim milli ruhumuzun təntənəsidir.
Bugünkü və gələcək
nəsillər Şuşanın
qəhrəman fatehləri
ilə fəxr edəcəklər.
– Ulu
öndər Heydər
Əliyevin də Şuşaya xüsusi diqqət və qayğısı vardı...
– Əlbəttə,
elədir. Bununla bağlı çox
sayda misallar çəkmək olar.
Təkcə bir faktı
burada xatırlatmağı
özümə borc bilirəm. Məlumdur ki, 1982-ci ilin
14 yanvarında Şuşada
Molla Pənah Vaqifin məqbərəsinin
və Poeziya evinin təntənəli açılış mərasimi
keçirilib. Azərbaycanın ovaxtkı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı bir
gündə keçirilən
açılış mərasiminə
Şuşaya görkəmli
sənət adamları
toplaşıblar.
Bu möhtəşəm
tədbir milli mədəniyyət və
sənət bayramına
çevrilib. Ulu öndərin Şuşadakı
həmin tədbirdə
iştirakı son dərəcə
əhəmiyyətli tarixi
hadisə idi. Hər dəfə o unudulmaz anları əks etdirən kadrları televiziyadan izləyəndə
adamın qəlbi sevincdən köksünə
sığmır.
Daha bir məqamı qeyd etmək istəyirəm. Heydər Əliyevin təşəbbüsü
ilə hələ
1977-ci ildə “Şuşa
şəhərinin tarixi
hissəsini tarix-memarlıq
qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Bu mühüm
sənədin icrası
nəticəsində Şuşada
tarixi abidələrin
qorunması, görkəmli
mədəniyyət və
incəsənət xadimlərinin
xatirələrinin əbədiləşdirilməsi
istiqamətində vacib
addımlar atılıb.
– Professor, sizcə, ermənilər Qarabağa, eləcə də Şuşaya qarşı niyə bu qədər qəddardırlar?
– Bunun bircə adı var: vandalizm! Möhtərəm Prezidentimizin qeyd
etdiyi kimi, sanki Qarabağdan vəhşi qəbilələr
keçiblər. Nə
qədər qısa, lakonik, eyni zamanda, dəqiq qiymətdir! Həqiqətən,
belədir!
Yağı düşmən
1992-ci il mayın 8-də Şuşanı
caynağına keçirən
kimi, burada xalqımızın tarixi-mədəni
irsini məhv etməklə məşğul
olub. Erməni xisləti, bax budur! Hər şey göz
qabağındadır. Qoy sivil, mədəni
dünya özü buna qiymət versin.
Erməni vandalları
Şuşada onlarca tarixi memarlıq abidəsini, o cümlədən
Pənahəli xanın
sarayını, Yuxarı
Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini
yerlə-yeksan etmişlər.
Onlar məktəbləri,
mədəni-maarif müəssisələrini,
8 muzeyi, o cümlədən
Şuşa Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Artıq qısa müddət ərzində Yuxarı Gövhər ağa məscidi Azərbaycan Prezidentinin tapşırığı
ilə təmir olunub. Orada bu il bayram
namazı qılındı.
Siz təzadın kəskinliyinə
fikir verin. Ermənilər dağıtmaqla, biz isə qurub-yaratmaqla məşğuluq.
– Şuşada “Xarıbülbül”
festivalı aləmə
səs saldı. Şəxsən, siz hansı
hissləri yaşadınız?
– Həmin xoşbəxt anları sözlə ifadə etmək çətindir. Bu möhtəşəm tədbir, onun xoş sorağı təkcə ölkəmizin
yaxın-uzaq guşələrinə
deyil, bütün dünyaya səs saldı. Dünyanın
hər bir yerində soydaşlarımız,
dostlarımız buna sevindilər, düşmən
isə xar oldu!
Dövlətimizin başçısı cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Şuşada bir sıra sosial və infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər. Bu, çox möhtəşəm bir tədbir idi.
– Vaxtilə Şuşada Vaqif poeziya günləri də ənənəvi olaraq keçirilirdi...
– Möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir.
Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. 1982-ci ildən etibarən hər il avqust ayında Vaqif poeziya günləri düzənlənib. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. Vaqif poeziya günlərinin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin doğma yurdu Qazaxdan başlayıb və Şuşada başa çatıb.
Vaqif poeziya günləri bu şəhər erməni quldurları tərəfindən işğal olunanadək davam edib. Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni ikişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir.
– Şuşanın həm də böyük turizm potensialı var...
– Qarabağın, o cümlədən füsunkar Şuşanın turizm potensialı yüksəkdir. Burada mövcud olan imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır.
Bu baxımdan Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı günü eyniadlı otelin yenidənqurmadan sonra istifadəyə verilməsi də xoş bir hadisə idi. Prezident və ailə üzvləri tədbirdə iştirak etdilər. Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış oldu. Maraqlı məqam həm də odur ki, yeni otelin işçiləri şuşalılar, o cümlədən işğal dövründə doğulan, indiyədək Şuşanı görməyən gənclərdir.
– Şuşanın xoşbəxt günləri
başlayıb. Onun gələcəyini
necə təsəvvür edirsiniz?
– Şuşa Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisidir. Onun şöhrəti daha geniş şəkildə bütün dünyaya yayılacaq.
Azərbaycan tarixinin hazırkı şanlı dönəmini müşahidə etmək son dərəcə qürurvericidir. Eyni zamanda, hər birimiz işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, qaçqın və məcburi köçkün ailələrinin doğma yurd yerlərinə qayıtması üçün əlimizdən gələni etməliyik.
Məsaim ABDULLAYEV
Xalq qəzeti
2021.- 20 may.- S.5.