ATMU-da abituriyentlərlə onlayn görüş keçirilib

 

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021– 2022-ci tədris ili üzrə ali təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər və subbakalavrlar üçün məlumat – tanışlıq görüşü keçirilib.

 

 

Onlayn formatda baş tutan görüş saatlarında ATMU- nun turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, rektorun müşaviri Elvin Yusifli, beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musakaryerakommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova universitetin fəaliyyət strategiya­sı, mövcud ixtisaslar, ikili diplom, yerli və beynəlxalq təcrübə proqramları, peşəkar inkişaf imkanları, könül­lülük fəaliyyəti, həmçinin məzunlarla istiqamətlərinə aydınlıq gətiriblər. Diqqətə çatdırılıb ki, ATMU ali təhsilin bakalavriatmagistratura səviyyələrində həyata keçirdiyi "Turizmotelçilik" ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzluUNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

 

Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nunUNWTO.Ted­Qual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.

 

Sözügedən nailiyyət Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi və BMT- nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Azərbaycan TurizmMe­necment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində əldə edilib. 2018- ci ilin dekab­rından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

 

Xatırladaq ki, ATMU turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülmüşdü.

 

Görüşün sonunda abituriyentlər və subbakalavrları maraqlandıran çoxsaylı suallar universitetin müvafiq sturuktur rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti  2021.- 27 may.- S.6.