“Dövlət reabilitasiya
müəssisələrinin təşkili və fəaliyyəti
Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 149 Bakı şəhəri, 25 may 2021-ci il
“Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213
nömrəli Fərmanının 1.1.8-ci yarımbən-dinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 28 may.- S.2.