Xüsusi karantin rejiminin müddətinin uzadılması və
bəzi məhdudiyyətlərin aradan
qaldırılması ilə bağlı tədbirlər barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 151 Bakı
şəhəri, 26 may 2021-ci il
“Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il
28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin
əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri
tədbirlərin görülməsi Qaydaları”na əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Koronavirus (COVID-19) infeksiyasının
ölkə ərazisində yayılmasının, onun törədə
biləcəyi fəsadların qarşısının
alınması məqsədilə Azərbaycan
Respublikasının ərazisində xüsusi karantin rejiminin
müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılsın.
2. Müəyyən
edilsin ki:
2.1. 2021-ci il 31 may saat 06:00- dan:
2.1.1. açıq
havadakı ictimai yerlərdə tənəffüs
yollarını qoruyan
fərdi vasitələrdən
(tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;
2.1.2. Bakı Metropolitenində sərnişindaşıma
fəaliyyəti bərpa
edilir;
2.1.3. ölkənin
şəhər və
rayonlarından yerüstü
və hava nəqliyyatı ilə sərnişin daşımaları
bərpa edilir;
2.2. 2021-ci il 10 iyun saat 00:00- dan aşağıdakı
iş və xidmət sahələrinin
fəaliyyəti bərpa
edilir:
2.2.1. dini ibadət yerlərinin (eyni vaxtda ibadət
üçün nəzərdə
tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən)
çox olmamaqla);
2.2.2. iri ticarət mərkəzlərinin
(nəzdindəki uşaq
və digər əyləncə mərkəzlərinin,
kinoteatrların fəaliyyəti
istisna olmaqla);
2.2.3. bu Qərarın 2.3-cü bəndi
nəzərə alınmaqla
idman və sağlamlıq-bərpa obyektlərinin
(tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən istifadə
tələbi olmadan);
2.2.4. çimərliklərin
və onların ərazisində yerləşən
hovuzların, su attraksionlarının və
idman oyunu yerlərinin;
2.3. yaşı
18-dən aşağı olan
şəxslərdən başqa,
idman və sağlamlıq-bərpa obyektlərindən
yalnız COVID-19 pasportu
(COVID-19-a qarşı peyvənd
sertifikatına malik olan) və ya
COVID-19-a qarşı immunitet
sertifikatı (COVID-19-dan sağalaraq
immunitetə malik olan) olan şəxslər
istifadə edə bilərlər;
2.4. 2021-ci il iyulun 1-dən etibarən
COVID-19 pasportu və ya COVID- 19-a qarşı immunitet sertifikatı tələbi müəyyən
edilən iş və xidmət sahələrinin işçilərinin
ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur;
2.5. bu Qərarın 2.1-ci və
2.2-ci bəndlərində nəzərdə
tutulan iş və xidmət sahələrində koronavirus
infeksiyasına qarşı
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən
müəyyən edilmiş
bütün tələblərə
və metodiki göstərişlərə əməl
edilməsi məcburidir;
2.6. 2021-ci ildə
futbol üzrə Avropa çempionatının
Bakı şəhərində
keçiriləcək 4 oyununda
məhdud sayda tamaşaçının iştirakına
icazə verilir;
2.7. bu Qərarın tələblərinin
pozulmasına görə
fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının İnzibati
Xətalar və Cinayət məcəllələrində
nəzərdə tutulmuş
qaydada məsuliyyət
daşıyırlar.
3. “Xüsusi karantin rejimi ilə
bağlı əlavə tədbirlər barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336
nömrəli Qərarında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020, ¹ 9, maddələr 1209, 1231, ¹ 10, maddələr
1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, ¹ 11, maddələr 1387, 1394,
¹ 12, maddələr 1588, 1592, 1612; 2021, ¹ 1, maddələr 92,
106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3
mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli və
19 aprel tarixli 100 nömrəli qərarları)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə “1 iyun” sözləri
“1 avqust” sözləri ilə əvəz edilsin;
3.2. 1.1.15-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“1.1.15. 2021-ci il 5 iyun saat 00:00- dan 7
iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək,
19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28
iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin
dayandırılması.”.
4. “Xüsusi karantin rejimində tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə
tələbləri barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 5,
maddə 660) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 1.2-ci bəndə “bazarlarda”
sözündən əvvəl “qapalı” sözü əlavə
edilsin;
4.2. 1.7-ci və 1.8-ci bəndlər ləğv
edilsin.
5. “Xüsusi karantin rejimində tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən istifadə
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 451
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020, ¹ 11, maddə 1395) ləğv edilsin.
6. “Xüsusi karantin rejimi ilə
bağlı əlavə tədbirlər barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336
nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər
bu Qərara zidd olmayan hissədə öz qüvvəsini
saxlayır.
7. Bu Qərar
2021-ci il 31 may saat
06:00-dan qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti
2021.- 28 may.- S.11.