“28 May – Respublika Günü” virtual sərgisi təqdim olundu

 

 

Mayın 28-i Azərbaycan xalqı­nın həyatına çox böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Yüz üç il bundan əvvəl həmin gün Şərqdə ilk demokra­tik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nü­mayiş etdirmişdir.

 

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmaya­raq, həmin dövrdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

 

Demokratik hüquq və azadlıq­ların bərqərar olması, etnikdini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquq­larının tanınması, hətta bir çox Avro­pa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli Ordunun, təhlükəsizlik strukturlarının qurulması və s. işlər Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

 

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümum­milli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

 

Ulu öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıq­sa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeriroluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günüRespublika Günü elan etmişikbu, bizim milli bayramımızdır”.

 

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 MayRes­publika Günü” adlı virtual sərgi hazır­lanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti  2021.- 28 may.- S.12.