Azərbaycan sülhsevərliyin önəmli nümunəsidir

 

Noyabr ayının 8-i bütövlükdə xalqımız və dövlətimiz üçün çox əlamətdar bir tarixi hadisənin ildönümüdür. Ötən ilin həmin günündə Azərbaycan Respublikasının erməni faşizmi üzərində möhtəşəm qələbəsi bütün bəşəriyyətə ən yüksək səviyyədə elan edildi. Otuz üç ildən bəri xalqımızın və dövlətimizin başına min bir bəla gətirən, qədim yaşayış məskənlərimizi, kənd və şəhərlərimizi dağıdaraq xarabazara çevirən, yeraltı və yerüstü sərvətlərimizi talan edən, əsrlərin tarixinə işıq salan mədəniyyət abidələrimizi talayaraq tarixdən “qisas alan”, yüz minlərlə günahsız insanımızı öz dədə-baba yurd-yuvasından didərgin salan Ermənistana və onun havadarlarına yüz ilbundan sonra unuda bilməyəcəkləri əbədi bir dərs verildi.

 

Düzdür, keçmişimizin az qala iki əsrə yaxın dövrünü qanla, fəlakətlə, göz yaşları ilə tarixin və insanlığın yaddaşına yazan ermənilərin bundan birdəfəlik və düzgün nəticələr çıxaracağına, müharibəni deyil, sülhü seçəcəyinə, qonşuları ilə mehriban şəkildə davranacağına inanmaq, ən azın­dan, sadəlövhlük və unutqanlıqdan başqa bir şey olmazdı.

 

Təəssüflər olsun ki, bu sadəlövhlük və unutqanlıq, hamını, necə deyərlər, özü kimi bilmək bizə dəfələrlə acı xatirələr yaşadıb. Azərbaycan xalqı öz qonşularına, eləcə də bütün dünyaya həmişə insanlıq duyğuları ilə yanaşıb, hamıya – yaxına da, uzağa da dostluq əli uzadıb. Ancaq bunun əvəzində əksər hallarda xəyanət və məkrlə üzləşib.

 

Bəs ötən ilbaş vermişdi?

 

Əslində, 1994-cü ilin mayından – atəşkəsin imzalandığı vaxtdan etibarən öz təxribatlarını aramsız olaraq davam etdirən ermənilər 2020-ci ilin iyulunda daha da azğınlaşaraq dövlət sərhədinin Tovuz rayonuna aid hissəsinə hücuma keçdilər. Erməni silahlı qüvvələrinin əsas məqsədi və hədəfi, həmişə olduğu kimi bu dəfə də, yeni ərazilər qoparmaq, sərhədin bu hissəsinin yaxınlığından keçən beynəlxalq əhəmiyyətli neft kəmərlərini hədəf altına almaqla Azərbaycanın hamı tərəfindən qəbul olunmuş etibarını və imi­cini zədələmək və nəticədə, bizimlə illərdir iqtisadi əlaqələrdə olan ölkələri və nəhəng şirkətləri “Azərbaycanla münasibətləri yenidən gözdən keçirmək” məcburiyyəti ilə üzbəüz qoymaq idi. Görünür, onlar ölkəmizə və onun tərəfdaşlarına qarşı təhdidlərini daha da gücləndirməklə bu mənfur niyyətlərinə də daha asanlıqla nail olmağa çox inanmışdılar.

 

Ancaq bu dəfə hesabları və ehtimalları başdan-ayağa yanlış çıxdı. Bu dəfə onlar Azərbaycanın rəhbərinin və ordusunun gücünü, qətiyyətini, iradəsini düzgün nəzərə almamışdılar. Onların ağılları və saatları hələ də ötən əsrin 90-cı illərində ilişib qalmışdı. Onlar, şübhəsiz ki, yenə də pərakəndə və bir mərkəzdən idarə olunmayan, başıpozuq Azərbaycan Silahlı Qüvvələri ilə qarşılaşacaqlarına, bizə o illərin xoşagəlməz aqibətini bir də yaşada­caqlarına yüzdə yüz-əmin idilər.

 

Ancaq çox güvəndikləri zəkaları və uzaqgörənlikləri bu dəfə onları tamam ya­nıltdı. Bu dəfə onlar bölgənin ən mütəşəkkil və güclü ordusu ilə qarşı-qarşıya dayan­dıqlarının fərqində deyildilər. Bu dəfə nə ilə üzləşəcəklərini heç xəyallarına da gətirə bilməzdilər. Bu dəfə onlar Azərbaycan Ordusundan ağır zərbə aldılar.

 

O döyüşlərdə ölümün gözünə dik baxa­raq müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanların xatirəsi xalqımızın qəlbində əbədi yuva qurmuşdur. O döyüşlər həm də illər əvvəl formalaşmış çox yanlış bir təsəvvürü darmadağın etdi: yüksək rütbəli Azərbaycan zabitinin döyüşləri, necə deyərlər, pult arxasından izləmədiyini, qorxmadan, çəkinmədən ön sırada vu­ruşduğunu, hətta şəhid olduğunu bütün dünya gördübu ali həqiqətlə barışmaq məcburiyyətində qaldı.

 

Bu gün şəhid general Polad Həşimovun və həmin döyüşlərin digər qəhrəmanlarının adı uşaqdan böyüyə ha­mının dilində qüruriftixarla səslənir. Yeri gəlmişkən, sərhədlərimizin toxunulmazlığı uğrunda şəhid olan o qəhrəmanlardan biri də Masallı rayonunun Ərkivan kəndindən olan mayor Anar Novruzovdur. Onun əziz xatirəsi həmişə ehtiramla yad edilir.

 

Ən maraqlı məqamlardan biribu idi ki, həmin döyüşlərdə yerli əhali də ruh yüksəkliyi ilə ordumuzun yanında oldu, mənəvi dəstəyini ən güclü şəkildə ifadə etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, xalq-ordu birliyinin sarsılmazlığı gələcək qələbələr üçün möhkəm zəmin hazırladı.

 

Qarşılaşdığı bu müqaviməti tamdüzgün şəkildə dəyərləndirmək və reallıqdan düzgün nəticələr çıxarmaq qabiliyyətini birdəfəlik itirmiş Ermənistan olduqca böyük bir yanlış addım atdı. Tamamilə “ölü vəziyyətə salınmış” danı­şıqlar prosesini canlandırmaq, sülh üçün cəhdlər etmək əvəzinə aramsız təxribatlar yolunu seçdi. Azərbaycanı cavab tədbirləri görmək məcburiyyətində buraxdı. Bu dəfə irimiqyaslı döyüşlərdən açıq müharibəyə keçilməsi qaçılmaz oldu.

 

Sentyabrın 27-də Azərbaycan, sözün əsl mənasında, dünyanın bir nömrəli mövzusuna çevrildi. Bu, bəlkə də gözləniləndən daha çox idibu­nun da müxtəlif səbəbləri vardı. On illər boyunca Azərbaycanla, onun məcburi köçkün həyatı yaşamaq zorunda bura­xılmış vətəndaşları ilə bağlı obyektiv bir xəbər, məlumat verməyi ağlının ucundan keçirməyən agentliklər, media orqanları aramsız olaraq bu bölgədən həqiqətdən uzaq, yalan-yanlış məlumatlar yayma­ğa başladılar. Yenə də öz ənənələrinə “sadiq qalaraq” birtərəfli, qərəzli və yanlış məlumatlarla dünyanı yanıltmağa, Azərbaycanın təcavüzə məruz qalan de­yil, qonşusu Ermənistana qarşı təxribatlar törədən ölkə obrazını yaratmağa çalışır­dılar. Əlbəttə, o gərgin, əsəbləri tarıma çəkən günlər Azərbaycan xalqının yaxşı yadındadır. Xarici, xüsusilə Ermənistanın himayədarı olan məlum ölkələrin mediya nümayəndələri sanki Azərbaycanla təhdidlə danışmaq hüququna sahiblərmiş kimi davranır, vəziyyəti, daha doğrusu, baş verənləri olduğu kimi deyil, özlərinin görmək istədikləri şəkildə işıqlandırırdılar. Möhtərəm Prezidentimizin buinformasiya müharibəsində” az qala təkbaşına apardı­ğı mübarizədə necə cəsarətli və təmkinli olduğunu, məntiq və ətraflı tarixi bilgilərə malik olduğunu məharətlə nümayiş etdirdiyini hətta qarşı tərəf belə heyrətlə izləmək məcburiyyətində qaldı. Yanlış, ölkəmizi çətin vəziyyətə salacaq ifadə və fikirlər, məntiqsiz suallar, heç bir əsası olmayan ittihamlar qarşısında nümayiş etdirilən səbr və dözümü sözlə ifadə etmək, sadəcə olaraq, mümkünsüzdür. Bizim möhtərəm Prezidentimiz 44 gün ərzində onlarla nüfuzlu kanalda saatlarca Azərbaycanın haqlı olduğunu (əslində hamının bildiyi, ancaq çoxlarının etiraf etmək istəmədiyi həqiqətlərdən söhbət gedir) isbat etməyə çalışdı, bunu qəbul etməməyə köklənmiş tərəf-müqabilinin sifətinə bu həqiqətləri sillə kimi vurdu və nəhayət, istədiyinə nail oldu. Əslində bu­rada qeyri-adi, təəccüblənəsi bir vəziyyət də yoxdur. Yəni hər şey necə olmalıydısa, elə də oldu.

 

Xalqımız ulu öndər Heydər Əliyevin ləyaqətli varisi və şərəfli davamşısı İlham Əliyevdən məhz bu qətiyyəti, bu müba­rizliyi gözləyirdi və gözlədiyi ən yüksək şəkildə reallaşdı. Yəqin ki, möhtərəm Prezidentimizin ulu öndərin məzarını ziyarət edərkən onun vəsiyyətinə əməl etdiyini iftixarla, qürurla, həm də duyğu­lanaraq söylədiyi olduqca təsirli anlar hamımızın xatirindədir

 

Dövlət başçısı Şəhidlər xiyabanını da ziyarət edərək bir daha bütün dünyaya bəyan etmiş oldu ki, bu torpaqlar uğrun­da, ərazi bütövlüyümüzün toxunulmazlığı uğrunda canlarından keçən hər bir Vətən övladının xatirəsi onun üçün əzizdir.

 

Yeri gəlmişkən, millət və dövlət olaraq az qala taleyimizin, müqəddəratımızın həll olunduğu o gərgin günlərdə qar­daş Türkiyə Cümhuriyyətinin misilsiz dəstəyini xüsusi olaraq qeyd etmək lazımdır. Bu barədə ən ali məqamın təmsilçisi – Prezident İlham Əliyevin dilindən dəfələrlə, həm də çox səmimi şəkildə söylənmiş fikirlər eşitmişik. Dövlət başçısı bizə qarşı bəzi məlum və böyük dövlətlərin qərəzli və əksər hallarda həddini aşan münasibətlərini zərərsizləşdirməkdə qardaş ölkə Türkiyənin əvəzsiz və heç bir zaman unu­dulmayacaq mövqeyini, oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyini öz çıxışlarında dəfələrlə xüsusi olaraq vurğulayıb.

 

Adicə bir misal: dünyanın ən böyük dövlətlərindən biri olan Fransanın (üç vasitəçi dövlətdən biri), məlum hadisələr zamanı nümayiş etdirdiyi əsassız, heç bir əndazəyə sığmayan davranışını Azərbaycan vətəndaşı olaraq hər birimiz qəzəb və hiddətlə izləyirdik və bununla da necə ədalətsiz bir dünyada yaşadığımı­za təəssüf hissi ilə bir daha əmin olur­duq. Fransa Prezidentinin Azərbaycanı ittiham edən əsassız iddialarına qarşı dövlətimizin də mövqeyi olduqca sərt və yerində oldu. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qu­rulmasına imkan verilməyəcək və əgər Fransa bunu istəyirsə öz ərazisində, ermənilərin sıx yaşadığı Marseldə onlar üçün yer ayıra bilər. Dövlət başçısı bu tövsiyəni digər qərəzli ölkələrə də xatirlat­maq məcburiyyətində qalırdı və tərəddüd etmədən bunu edirdi.

 

Biro fikrə qayıtmaq istəyirəm ki, bizi meydanda yalnız buraxmayan qardaş Türkiyənin qətiyyətli mövqeyi gücümüzə güc qatır, atdığımız addımların qətiyyətini daha da artırırdı. Prezidentimizin vurğu­ladığı kimi, Turkiyənin mənəvi dəstəyi olduqca vacib və önəmli idi. Şübhəsiz, xalqımız da, dövlətimiz də bu qardaşlığı heç bir zaman unutmayacaq və aramızda nifaq toxumları səpmək istəyənlərə bu fürsəti və imkanı verməyəcək.

 

Hər bir savaşda qələbəni şərtləndirən ən vacib amillərdən biriruh yüksəkliyidir. Hansı müasir silahlara malik olursansa-ol, hansı sayda əsgəri gücün olursa-olsun, Vətəni qorumaq əzmi, iradəsi istənilən səviyyədə deyilsə, o zaman hansısa əhəmiyyətli qələbə, tale­yüklü məsələdə uğur barədə düşünmək mənasız bir olardı. 44 günlük Vətən müharibəsində xalqımızın, onun əbədi olaraq ayrılmaz tərkib hissəsi sayılan ordumuzun qələbəyə inamı ölçüyəgəlməz dərəcədə güclü idi. İndibu barədə heyrətlənmədən düşünmək olmur.

 

Məlum bir həqiqəti özün üçün bir daha qəbul edirsən ki, doğrudan da, el bir olsa, dağ oynadar yerindən. Vətən müharibəsi zamanı insanların necə coşğu ilə hərbi komissarlıqlara axın edərək könüllü şəkildə Vətənin müdafiəsinə yollandıqla­rını, “ya şəhid olaram, ya qazi” deyərək daima irəli – səngərə can atdıqlarını xatır­ladıqca adamın damarında qanı coşurdu.

 

İftixar hissi ilə bunu da qeyd etmək istəyirəm ki, o vətənpərvər insanların sıra­sında ədliyyə orqanlarının əməkdaşları da vardı. Onlar da torpaqlarımızın azadlığı uğrunda mətanətlə vuruşublar. Könüllü olaraq müharibəyə qatılan və 2020-ci il oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olan birinci dərəcəli dövlət qulluqçusu Ruhin Xəlilovun xatirəsini ehtiramla yad etmək bizim həm də vətəndaşlıq borcumuzdur.

 

Vətən uğrunda gözünü qırp­madan ölümün üzərinə gedən belə qəhrəmanların mövcudluğu xalqımı­zın şərəfini, millətlər içində dik, qürurlu duruşunu daha da gücləndirir. Bəli, iftixar doğuran haldır ki, müzəffər Azərbaycan Ordusu şərəfsiz düşmənin on illər ərzində yaratdığı və keçilməz sayılan müdafiə sədlərini, istehkamları yararaq, dağıda­raq sərt qayalıqları, sıldırımları aşaraq müqəddəs torpaqlarımızı azad etdi, üçrəngli bayrağımızı yenidən Cəbrayılda, Füzulidə Zəngilanda, Qubadlıda, Ağdam­da, Laçında, Kəlbəcərdə, Xocavənddə, bir çox digər ərazilərimizdə, o cümlədən, doğma Qarabağımızın tacı sayılan Şuşa­da dalğalandırdı.

 

Sözsüz ki, bu qələbə bizə şəhidlərimizin qanı bahasına, qazilərimizin sağlamlığı hesabına başa gəldi. Minlərlə ata-ana övladını, minlərlə insan qar­daşını, minlərlə insan həyat yoldaşını, minlərlə uşaq atasını itirdi. Müqəddəs Vətən torpağı öz əziz şəhidlərinin qanı ilə suvarıldı. Ölkə başçısı sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Qədirbilən xalqımız şəhidlərin xatirəsini həmişə əziz tutur və əbədi olaraq əziz tutacaq.

 

Ötən bir il ərzində, yəni müharibədən sonra baş verənlər bir daha onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqları yenidən “həyata qaytarmaq üçünson dərəcə qətiyyətli və istəkli görü­nür. Ölkə başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə isti-soyuq, qar-yağış demədən azad olunmuş ərazilərə dəfələrlə baş çəkirlər. O torpaqların sahib oluğu bənzərsiz təbii gözəlliklərə səmimiyyətlə və heyranlıqla yanaşırlar. Bu da təbii ki, xalqımızda onla­ra qarşı onsuz da son dərəcə yüksək olan ehtiramı daha da artırır.

 

Azərbaycan dövləti azad olunmuş ərazilərdə yeni layihələr icra edir. Bu layihələrin hər biri özlüyündə maraq doğura biləcək səviyyədədir. Azərbaycan dövləti azad olunmuş torpaqlarda yeni məskənlər salır. Dosta da, düşmənə də bu torpaqların əsl sahibinin kim olduğunu nümayiş etdirir.

 

Nümayiş etdirir ki, dünya qəflət yu­xusundan oyansın, haqsıza yox, haqlıya hörmətlə yanaşmağı öyrənsin. Nümayiş etdirir ki, kimlərin mənəvi dəyərlərdən, imandan danışaraq müqəddəs məkanları murdarlayan, məsciddə donuz saxlayan ermənilər qarşısında necə lalkar olduqlarını məlum etdirsin.

 

Əfsuslar olsun ki, beynəlxalq aləmin əksər hallarda “haqsız arxalı”nın yanında durduğuonun əməllərinə rəvac verdiyi məlum həqiqətdir. Əgər belə olmasay­dı, ermənilər xalqımıza qarşı törətdikləri soyqırımlarına görə ədalət məhkəməsi önündə çoxdan mühakimə olunar, işlətdikləri bəşəri cinyətlər müqabilində layiq olduqları cəzanı alardılar.

 

Qanunun aliliyi prinsipini pozanların məhz elə bu prinsipi ortaya atanların özləri olduğunu iddia etmək nə qədər ağır olsa da, təəssüf ki, həqiqətdir. Bu mövqe isə bəşəriyyətə və insanlığa yaxşı heç nə vəd eləmir. Nə qədər ağır olsa da, dünya­nı bu yanlış yoldan döndərmək missiyası Azərbaycan Respublikası kimi azsaylı sülhsevər ölkələrin öhdəsinə düşür.

 

Noyabr ayının 8-də əzəmətli qələbəmizin bir ili tamam olur. Ayın 9-u Dövlət Bayrağı Günüdür. Ulu öndər Heydər Əliyevin qərarı ilə hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Bizim üçün ikiqat sevindiricidir ki, noyab­rın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür.

 

Bütün varlığımla inanıram ki, xalqımız bu qələbəni - Zəfər bayramını hər il coşğu ilə qeyd edəcək, üçrəngli bayrağımızı əbədi olaraq dalğalandıracaq, qanunun aliliyinin rəmzi olan konstitusiyamıza həmişə sadiq qalacaq. Peşə bayramı bu aya təsadüf edən ədliyyə işçiləri də dövlətimiz və millətimiz üçün əziz olan bu əlamətdar günləri həmişə qüruriftixarla qeyd edənlərin ön sıralarında olacaq.

 

Firdovsi ƏLIYEV,

 

Masallı Rayon Məhkəməsinin sədri

 

Xalq qəzeti .-  2021.- 6 noyabr.- S.7.