Azərbaycan öz Konstitusiyasının aliliyini təmin etmiş dövlətdir

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2018-ci ildə keçirilmiş andiçmə mərasimindəki çıxışından

 

Andına sədaqət nümunəsi göstərən dövlətimizin başçısı ötən ilin payızında qazanılan möhtəşəm Qarabağ zəfəri ilə Azərbaycanın tarixinə ölkəsinin ərazi bütövlüyünü bərpa edən müzəffər Prezident kimi düşmüşdür. Üç il öncə onun daha yeddi il ölkəyə rəhbərlik etməsinə yekdilliklə səs verən xalq ürəkdən inanırdı ki, cənab İlham Əliyev özünün uğurlu xarici siyasət fəlsəfəsi və prinsipial mövqeyi ilə dövlətimiz üçün 1 nömrəli problem hesab edilən erməni işğalının aradan qaldırılmasına nail olacaq. Elə də oldu. Çünki möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanın dediyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir.

 

Cənab İlham Əliyevin aliliyini təmin etdiyi dövlətimizin Əsas Qa­nunu – Azərbaycan Konstitusiyası 26 il əvvəl – 1995-ci il noyabrın 12-də qəbul edilib. Bu, müstəqilliyi bərpa olunmuş Azərbaycan dövlətinin ilk milli Konstitusiyasıdır.

 

Nəzəri və praktiki cəhətdən dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi konstitusiya adlanır. Dövlət quruculuğunu, hakimiyyət və idarəetmə qanunlarını müəyyənləşdirən konstitusiya dün­yada, ilk dəfə olaraq, iki əsr öncə ABŞ-da yaradılıb. Hazırda müasir dövlətlərin böyük əksəriyyətinin konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-ənənələrə, dini qaydalara əsaslanır. Məsələn, konstitusi­yası olmayan Böyük Britaniyada ölkənin idarə olunması çoxəsrlik tarixə malik ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir.

 

Ötən əsrin 18-ci ilində elan olunan Azərbaycan Xalq Cümhuriyyəti də konstitusiya qəbul etməmişdir. Onu Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi əvəz edirdi. Aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət quruluşunun mövcud qaydaları dəyişdirilib və sovet rejiminin formalaşmasına başlanıb. Sovetləşmə başa çat­dıqdan sonra, 1921-ci il mayında Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurulta­yı ilk konstitusiyanı qəbul edib. Əsasən RSFSR konstitusiyasının təkrarı olan bu sənəd xalqa geniş hüquqlar vəd etsə də, tamamilə formal səciyyə daşıyırdı. Çün­ki Sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan idarə olunan Azərbaycan Kommunist Partiyası rəhbərlik edirdi. Üstəlik, ölkədə partiyaların hamısı qada­ğan olunmuşbununla da KP diktaturası yaradılmışdı. Sovetlər həmin partiyanın itaətkar aləti idi. Başqa sözlə desək, bolşeviklərin qanlı qırğınlarla müşayiət olunan zorakı tədbirləri nəticəsində Şimali Azərbaycanda, guya konstitusiya­ya əsaslanan hakimiyyət orqanları formalaşdırılmışdı.

 

Qanlı-qadalı 1937-ci ilin mar­tında IX fövqəladə Azərbaycan Sovetlər qurultayı respublikamı­zın ikinci konstitusiyasını təsdiq edib. Bu da bir qədər əvvəl qəbul edilmiş SSRİ konstitusiyasının təkrarı idi. Azərbaycan SSR-in sonuncu konstitusiyası 1978-ci ilin aprelində qəbul edilib. Bu konsti­tusiyanın fərqli cəhəti məhz ondan ibarət idi ki, 73-cü maddəyə görə, Azərbaycan SSR- dövlət dili Azərbaycan dili elan olunmuşdu. Əslində, SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi sovet milli siyasətinin tələblərinə uyğun deyildi. Bu baxımdan 73- maddənin qəbulu o zaman Azərbaycan KP MK-nın 1-ci katibi olan ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində baş tutmuş­du o dövr üçün çox cəsarətli addım idi.

 

1991-ci il oktyabrın 18-də qəbul edilənAzərbaycan Res­publikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na görə, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsinin artıq etibarsız olduğu göstərilib. Amma, müstəqil Azərbaycan Respubli­kasının ilk Konstitusiyası yalnız ümummilli lider siyasi hakimiyyətə qayıtdıqdan sonra qəbul edilib. Əsas Qanunun layihəsini hazır­lamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılıb. Noyabrın 12-də referendum keçirilərək yekdilliklə yeni Əsas Qanuna səs verilib. Bu Konstitu­siya 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. Unudulmaz dahi şəxsiyyətin Konstitusiya­nın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi töhfəsi danılmazdır. Konstitu­siyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxı­mından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

 

Azərbaycanın dövlət quru­culuğunun əsasını təşkil edən, ümumbəşəri hüquqi dəyərlərə söykənən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında 2016- ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respub­likası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaradılıb.

 

Beləliklə, milli Konstitusiya­mız ölkədə demokratik, dünyəvi unitar dövlət qurulması işinə əsl hüquqi zəmin yaradıb. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini ərazi bütöv­lüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə vətəndaş cəmiyyətinin bərqərar ol­masına nail olmaq, qanunların ali­liyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiy­yatına xas olan münasibətlərin formalaşmasını təmin etmək s. kimi nailiyyətlər təsbit olunub.

 

Zaman Konstitusiyamızın qədər kamil həyati akt olduğunu təsdiqləyib o, demokratik sənəd kimi özünü tam doğruldub. Məhz bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demok­ratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanıb, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanıb. Konsti­tusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən müxtəlif qanunlar həyata vəsiqə qazanıb. Respublikamız bir sıra beynəlxalq konvensiyalara qoşulub, Avropa Şurasına üzv qəbul olunub. Kons­titusiyaya görə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi sayılır.

 

Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq azadlıqları geniş təsbit edilib. Konstitusiya maddələrinin təxminən üçdə-biri – 48-i insan hü­quqlarına onların təminatlarına aiddir. Onun 24-cü maddəsinin 1-ci hissəsində deyilir: “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz ayrılmaz hüquqları azadlıqları vardır”.

 

Qanun insan hüquqlarını hər bir pozuntudan qorumağa yönəldilib. İnsan hüquqlarının əsas azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi dövlətimizin ali məqsədi kimi öz təsbitini tapıb. Azərbaycan Respublikası Konsti­tusiyasının insan hüquq azad­lıqlarını əks etdirən 3-cü fəslinin əsasını bir çox beynəlxalq hüquqi sənədlər təşkil etmişdir.

 

Həyat durmadan inkişaf edir. Ölkə gündəmində baş vermiş dəyişikliklərdən, demokratik dəyərlərin inkişafı ilə bağlı is­lahatlardan irəli gələn hüquqi tənzimləmə zaman-zaman öz əksini Konstitusiyamızda tap­malıdır. Demokratik inkişafda qazanılan uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirir. Çünki qarşımızda duran ən vacib vəzifə Azərbaycan dövlətinin Konstitusiya əsaslarını möhkəmləndirməkdən ibarətdir. Bu məqsədlə yeni əsrdə keçirilən üç referendumla Azərbaycan Respublikasının Konstitusiyasına vacib dəyişikliklər edilib. Bunlar insan hüquqları azadlıqları, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə, seçki sistemi, hakimiyyət bölgü­sü saırlə bağlı dəyişiklik əlavələrdir.

 

Fərəhli haldır ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmə təsadüf edən refe­rendumlarda – 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26- da seçicilərin üçdə-ikisindən çoxu (müvafiq olaraq 70,83 və 69,70 faiz) öz iradəsini ifadə edibKonstitusiyaya dəyişikliklər uğurla qəbul edilmiş hesab olunub.

 

Konstitusiyanın “Dövlətin əsasları” fəslinin 11-ci maddəsində göstərilir ki, Azərbaycan Res­publikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Növbəti maddədə isə bildirilir ki, insan və vətəndaş hüquqlarının və azad­lıqlarının, Azərbaycan Respub­likasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

 

Böyük qürur hissi ilə qeyd edək ki, ölkəmizin ilk milli Konstitusiya­sının qəbulunun 25 ilinin tamam olduğu 2020-ci ilin noyabrında Azərbaycan xalqı Qarabağın 30 il­lik işğalına son qoydu, ərazi bütöv­lüyünü bərpa etdi. Ayyarım davam etmiş Vətən müharibəsində qa­zanılan parlaq Qələbə sayəsində beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilibişğaldan azad edilmiş ərazilərdə Konsti­tusiyanın hüquqi qüvvəsi təmin olunub. Biz bu il rəsmi olaraq ilk dəfə böyük təntənə ilə qeyd etdi­yimiz Zəfər bayramında özümüzü ərazi bütövlüyünü bərpa etmiş, sərhədlərini möhkəmləndirərək bütövləşdirmiş və bir milyona qədər vətəndaşının üzərindən məcburi köçkün adı götürülmüş qalib bir ölkənin sakinləri kimi hiss etməyin xoşbəxtliyini yaşadıq.

 

İnanırıq ki, bundan sonra da Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi prosesləri eyni vüsətlə davam edəcək və hər kəs bu şərəfli işə öz layiqli töhfəsini verəcək.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-  2021.- 13 noyabr.- S.8.