Bir şəhid verilmədən azad edilən Ağdam

 

Ağdamın işğaldan azad edilməsindən 1 il keçir.

 

 

 Bir il əvvəl Qarabağın 30 illik işğalına son qoymuş Vətən müharibəsində hərb tariximizə misilsiz rəşadət nümunələri yazıldı. Cəbhə xəttinin sağsol cinahlarında düşmənin xüsusi möhkəmləndirilmiş, çoxqatlı istehkamlarının yarılması, işğalçıların İranla 100 kilometrədək sərhəddən sürətlə qovulub çıxarılması, 40 kilometrlik dağlıq-meşəlik ərazidən piyada keçməklə, sıldırım qayalardan aşmaqla, əlbəyaxa döyüşlə Şuşa qala şəhərinin azad edilməsi, eyni zamanda, dünya hərb tarixinə çağdaş müharibə taktikası kimi daxil oldu.

 

Bu tarixi qəhrəmanlığın nəticəsi olaraq sarsıdılmış, diz çökdürülmüş düşmən Ağdam, Kəlbəcər və Laçından döyüşsüz çıxmağa məcbur edildi. Nəzərə alsaq ki, İkinci Qara­bağ savaşının ən mürəkkəb və daha çox itki tələb edən döyüşləri bu ərazidə aparılmalı idi, onda Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında necə bir qələbə qazandı­ğını, düşmənə necə ağır zərbə vurduğunu, hərb tariximizi necə şərəfləndirdiyini daha aydın təsəvvür etmək olar.

 

Bir il əvvəl noyabrın 20-də Ağdamın düşməndən geri alındığı gün rayonda qələbə bayrağını qaldıraraq xalqımızı ölüm-dirim sa­vaşlarında qazanılmış qələbələrdən heçgeri qalmayandöyüşsüz əldə edilən siyasi-diplomatik zəfər münasibətilə təbrik edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dedi: “Mən sizi Ağdam rayonu­nun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

 

Bu təntənəli xitabın davamında dövlət başçısı möcüzəyə bənzər tarixi uğurun məhz Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hünərin yekunu olaraq, düşmənin məğlub edilməsi ilə mümkün olduğunu vurğu­ladı:Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ağdam rayo­nunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan–Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meyda­nında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir”.

 

Dövlət başçısının söylədiyi kimi, düşmənə verilən dərs– onun özünün bais olduğu müharibədə uduzması bir daha göstərdi ki, işğalçı Ermənistan bu ağır məğlubiyyəti əvvəlcədən görməli, bütün istiqamətlərdə darmadağın ediləndən sonra gəldiyi razılaşma­nı bu qədər gecikdirməməli idi. Əgər düşmən Azərbaycan liderinin dediyi kimi, münaqişənin həllinin siyasi yolunu seçsə idi savaşda bir neçə dəfə artıq itkilərlə üzləşməz, sonda rəzil günə düşməzdi. Azərbaycan öz qələbəsi ilə münaqişənin hərbi yolla həllinin insanla­rın taleyi baxımından məqbul olmadığını nəticə etibarilə düşmənə anlatmaqla göstərdi ki, müharibəni davam etdirmək onun tamamilə məhv olması deməkdir. Bununla Azərbaycan həm özünü, həm də işğalçı ölkəni növbəti itkilərdən xilas etdi.

 

İşğalçı Ermənistanın Ağdamı dinc yolla geri qaytarması onun 30 illik mənasız inadının sındırılması, dikbaş­lığının əzilməsi demək idi. Müharibənin davamında Azərbaycanın canlı qüvvə və digər itkiləri yenidən artacaqdısa, Ermənistanın Qarbağdakı çoxminli canlı qüvvəsi məhv edilib əsir götürüləcək, hərbi potensialı tamailə dağıdılacaqdı. Bütün bunları düşündükdə belə qərara gəlirsən ki, Ağdam və digər ərazilərin dinc yolla azad edilməsi Azərbaycanın mütləq qələbəsi idisə, Ermənistanın da nicat yolu, bir dövlət kimi mövcudluğu şansı idi.

 

Azərbaycan qazandığı hərbi-siyasi zəfərlə Ermənistana düşdüyü 30 illik Qarabağ bataqlığından çıxmaq imka­nı yaratdı. Ötən bir ildə bu imkandan payından küsmüş uşaqlar kimi istifadə etməyən Ermənistan, görünür, hələ də baş verənlərin ağrısından ayıla bilmir.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir il əvvəl Ağdamdan bütün dünyaya verdiyi açıqlamanın davamına böyük inamla bildirdi ki, Ağdam rayonu­nun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi, həm də əhali baxımından böyük rayon­dur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Biz Ağdam şəhərini və onun bütün infrast­rukturunu bərpa etmək üçün ardıcıl ad­dımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında ola­caqdır.

 

Bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruk­tur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ölkə rəhbəri onu da vurğuladı ki, son illər ərzində onun göstərişi ilə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi sa­lınmışdır və Ağdam rayonuna 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır. İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var.

 

Qarbağın baş qapısı sayılan Ağda­mın işğaldan azad edilməsindən keçən 1 il bu tarixi hadisənin önəminə layiq irimiqyaslı işlərin gerçəkləşdirilməsinə start verilməsi, bir sıra layihələrin icrasının sürətlə davam etdirilməsi ilə əlamətdardır. Bu barədə danışan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirdi:

 

–Əvvəla, bildirim ki, 1 il əvvəl Qarabağın qeyrət qalası və zəhmət bölgəsi Ağdamın ölkəmizin nəzarətinə verilməsi tarixi bir rəşadət, möcüzəli bir nailiyyətdir. Bu münasibətlə ötən il noyabrın 20-də qarət edilib, yandırılıb başdan-başa xarabazara döndərimiş Ağdam şəhərinin mərkəzində bayraqas­ma mərasimi keçirildi. Dövlət himnimiz səsləndi, hərbçilərimiz dövlət bayrağı­mızı ucaltdılar. Bütün xalqımız kimi, ağ­damlılar da qazanılmış böyük qələbəyə və düşməndən intiqam alındığına görə Prezident İlham Əliyevə sonsuz minnətdarlığını bildirirlər.

 

Doğrudan da, xalqımıza, eləcə də bizə bu xoşbəxtliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri və zabiti bəxş etmişdir. Bu misilsiz zəfərin nəticəsidir ki, cənab Prezidentin Ağdamın işğal­dan azad edilməsi münasibətilə xalqa müraciətində dediyi kimi, rayonun işğal altında olan əraziləri bir güllə atılmadan, bir nəfər şəhid verilmədən geri qaytarıl­mışdır.

 

Yeri gəlmişkən, bildirim ki, Ağdam kimi strateji əhəmiyyətli, böyük iqtisa­di-sosial potensialı olan bir bölgənin düşmənin əlinə asanlıqla keçməsi heçonun güclü olmasının deyil, daha ar­tıq dərəcədə ölkənin taleyinə cavabdeh olan o vaxtkı rəhbər və məsul şəxslərin bacarıqsızlığının və xəyanətkarlığının nəticəsi olmuşdur. Aşağı Qarabağla yuxarı Qarabağ arasında keçid, baş qapı sayılan, erməni məkrləri qarşısında möhkəm qala kimi dayanan Ağdam münaqişənin gedişində 5 il misilsiz hünər göstərmiş, 6 minədək şəhid vermişdi.

 

Ermənistan silahlı qüvvələri 1094 kvadratkilometr ərazisi, 165 mindən çox nəfər əhalisi olan Ağdam rayonunun 1 şəhərini 123 kəndinin 79-nu vəhşiliklə işğal etmiş, bu zaman xeyli dinc insan həlak olmuşgirov götürülmüşdür. Erməni vandalları işğaldan sonra Ağdam şəhərini və ətraf kəndləri qarət edib, yandırıb xarabazara döndərmişlər. Bütün bunlar işğalçı Ermənistanın adına bəşəri cinayətlər kimi yazılmışdır. Bu cinayətin nəticəsində rayon əhalisi bütünlüklə məcburi köçkünə çevrilmiş, sonradan onun bir hissəsi rayonun işğal olunma­mış ərazisinə qayıtmaq imkanı qazan­mışdır.

 

150 mindən artıq əhalisi, böyük varidatı, güclü sosial-iqtisadi potensialı və çoxəsrlik yüksək mədəni irsi olan bu rayonun başıpozuqluq nəticəsində düşmənin əlinə keçməsi Azərbaycan üçün ciddi itki oldu. O günlərdə xal­qın tələbi ilə ölkə rəhbərliyinə yenicə qayıtmış, başı hərbi-siyasi böhranı sovuşdurmağa qarışmış ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi təcili və təxirəsalınmaz tədbirlərlə Ağdamın üçdə bir hissəsi qorunub saxlanıldı, təmas xətti möhkəmləndirildi. Ulu öndər Heydər Əliyevin rayonun yerdə qalan ərazisində həyatın davam etməsi üçün yaratdığı əsaslar nəticəsində tezliklə ərazidə 100 mindən çox insan məskunlaşdı, onların zəruri ehtiyacları ödənildi.

 

Ağdamlılar 27 il ulu öndər Heydər Əliyevin “Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ yoxdur!” hökmünə, Prezident İlham Əliyevin “Biz Ağdama da, Şuşaya da, Laçına da, işğal altında olan bütün torpaqlarımıza daqayıdaca­ğıq!” vədinə inanaraq toxtaqlıq tapmış, dözüm qazanmışlar. Cənnət Qarabağa dönəcəyimizə ötən illərdə zərrə qədər də şübhəmiz olmamışdı. Prezident İlham Əliyev isə işğal dövründə Ağdam rayonunda 9 dəfə olmuşdur. Rayonun problemlərini yerindəcə öyrənən dövlət başçısı regionların sosial-iqtisadi inkişafı və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət proqramları çərçivəsində əhatəli və davamlı tədbirlər həyata keçirmişdir.

 

Rayon rəhbərinin dediklərinin davamı olaraq bildirək ki, dövlət başçısı İlham Əliyev Ağdam şəhərinin Baş Planının təqdimatı zamanı işğal dövründə rayo­nunun yerdə qalan ərazisində görülmüş irimiqyaslı işləri belə xatırlatdı: “Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər tikildi. Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edildi və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma, təxminən, 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çün­ki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır”.

 

Prezident sonra bildirdi ki, Ağdam­dan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaq­larımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq: “ Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

 

Həmin gün dövlət başçısının işti­rakı ilə Ağdam şəhəri üçün çox önəmli olan 140 yaşlı 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, böyük meşə sahəsinin təməli qoyuldu. İmarət kompleksinin bərpası, Ağdamda İşğal muzeyi və Zəfər muzeyi ilə əlaqədar işlərə start verildi. Dövlət başçısı Ağdamdan bildirdi: “Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” kon­sepsiyası əsasında qurulacaq”.

 

Ötən dövrdə Ağdamın işğaldan azad edilmiş hissəsində bərpa-quruculuq işlərini məqsədyönlü və mütəşəkkil surətdə həyata keçirmək üçün burada ölkə Prezidentin xüsusi nümayəndəliyi yaradılmışdır. Bu qurumun rəhbəri Emin Hüseynov rayon ziyalılarının iştirakı ilə 28 May Dövlət Müstəqilliyinin Bərpası Günündə həyata vəsiqə almış Ağdam şəhərinin Baş Planının icrası ilə bağlı bildirdi:

 

– Dövlət başçısının təşəbbüsü və tövsiyələri əsasında qısa müddətdə hazırlanmış Ağdamın baş planı cənab Prezidentin iştirakı ilə ictimaiyyətə təqdim olunandan sonrakı dövrdə irimiqyaslı, sürətli işlərə start verilib. Bu barədə ictimaiyyət davamlı məlumtlandırılır. Əhalinin görülən işlərə marağı olduqca böyükdür. Çünki düşmən şəhəri tamamilə məhv edib. İnsanları ən çox Ağdamda yaşayış binalarının tikintisi maraqlandırır. Əlbəttə ki, bu, çox vacib məsələdir. Çünki bizim əsas məqsədimiz Ağdamdan olan məcburi köçkün vətəndaşlarımızın öz dədə-baba tor­paqlarına qayıtmasıdır. Ona görə də bu hədəfə yönəlmiş bütün tədbirlər həyata keçirilməlidir.

 

Bildirim ki, Ağdam şəhəri ən qa­baqcıl beynəlxalq standartlara uyğun olaraq bərpa edilir. Biz həm yerli, həm də beynəlxalq strukturlarla sıx işləyirik. Bununla yanaşı, bərpa işləri ilə bağlı məsələləri tənzimləyən koordinasiya qərargahı yaradılıb. Ağdam şəhərinin bərpa və tikintisinin baş planında söhbət təkcə onlar üçün yaşayış binalarının tikilməsindən getmir, həm də çoxsaylı yerlərinin yaradılması nəzərdə tutu­lur. Ağdam şəhəri, baş plana əsasən, çox müasirböyük bir şəhər olacaq. Xüsusilə də gənc vətəndaşlarımızın bu­rada yaşayıb inkişaf etməsi üçün böyük imkanlar yaranacaq.

 

Gələcək bərpa işləri çərçivəsində müxtəlif məsələlərin həlli üçün 10-dan çox işçi qrup yaradılıb. Biz Qarabağı, o cümlədən, Ağdamı cənnətə çevirəcəyik. Şəhərin əhalisi 100 min nəfər təşkil edəcək və onun ərazisi, təxminən, iki dəfə genişləndiriləcək. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq.

 

Ağdamın “ağıllı şəhər” konsepsi­yasına uyğun olaraq tikilməsi nəzərdə tutulur. Buradakı binaların da xüsusi beynəlxalq standartlara uyğun olaraq ”ağıllı binalar” tipologiyasına uyğun olaraq inşası nəzərdə tutulur. Onu da qeyd edim ki, Ağdam Azərbaycanın ən günəşli rayonlarından biridir. Ona görə də binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınacaq. Daha çox enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verəcəyik.

 

Bütün bunlar diqqətlə təhlil olunur. Bundan sonra yaxın zamanda geniş­miqyaslı tikinti işlərinin şahidi olacağıq. Ağdamda müxtəlif mərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Ancaq çox hün­dür mərtəbəli binaların olmasını istəmirik. Maksimum 16 mərtəbəli binalar şəhərin mərkəzində olacaq. Kənarlara getdikcə insanların daha rahat məskunlaşması üçün alçaq mərtəbəli binalar qurulacaq. İnsanların geniş şəhərdə sıxlıqdan, tıxacdan uzaq şəkildə yaşamağını istəyirik. Bunların hər biri dəqiqləşdikcə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Ağdamın yetirdiyi görkəmli ziyalı, ustad tarzən, Bakı Musiqi Akademiya­sının professoru, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev isə Ağdamın azaqdlığa qovuşmasından və bərpa edilməsi ilə bağlı gerçəkləşdirilən layihələrdən doğan sevinc və minnətdarlığını belə ifadə etdi:

 

–30 il düşmən tapdağında inləmiş, xarabalığa çevrilmiş cənnət Qarabağın mənfur yağıdan xilas edilməsi hər bir soydaşımızın ən böyük arzusunun, ən başlıca istəyinin gerçəkləşməsi anlamın­da ümummilli bir xoşbəxtlikdir. Xalqımız öz tarixinin ən möhtəşəm zəfərini təkcə qəsdimizə durmuş ermənilər üzərində deyil, həm də düşməni bu haqsızlığa təhrik etmiş, onun ədalətsizliklərinə və vəhşiliklərinə uzun müddət göz yummuş güclü havadarları ilə dirənişdə qazanmış­dır. Azərbaycan lideri İlham Əliyevin 17 illik mübarizəsi, daxilixarici siyasətdə yaratdığı yetərli təminatlar nəticəsində əldə edilmiş bu xoşbəxtlik ötən hər gün xalqımıza yeni töhfələrini bəxş edir, hər birimizə davamlı xoş əhval gətirir.

 

Qarabağa böyük qayıdış yolunda atılan hər uğurlu addım yüz minlərlə soy-daşımızın doğma ocağına dönəcəyi günü durmadan yaxınlaşdırır. Bütün bunları görmək və duymaqdan əlavə, həm də bu prosesi yaxından izləmək imkanı mənim üçün ikiqat xoşbəxtlik oldu. Bu baxımdan, mayın əvvəllərində Şuşada keçirilən “Xarıbülbül” festivalında və mayın 28-də Respublika Günündə Ağdam şəhərinin baş planının rayonun özündə təşkil edilən təqdimatında iştirak etməyimi taleyimin ən yüksək təhfəsi hesab edirəm.

 

Qarabağ tarix boyu olduğu kimi, yenə də bizimdir və dövlət başçısı İlham Əliyevin təntənə ilə bəyan etdiyi kimi, əbədi bizim olacaq. Qarbağda qələbəmizin səhərisi günündən baş­lamış bərpa prosesinin ilk irimiqyaslı layihəsinə, 5 aydır ki, ayrıca bir şəhərin – Ağdamın bərpasının baş planının icrası­na start verilib. Prezident İlham Əliyevin iştirakı ilə rayonun özündə, erməni vandallarının tarmar etdiyi şəhərdə bu möhtəşəm layihənin layiqli təqdimatı ke­çirildi. Qarabağı, Ağdamı düşməndən xi­las etmiş dövlət başçısı yerli ictimaiyyətin və tanınmış ziyalıların iştirakı ilə təqdim edilən baş planda nəzərdə tutulan əsas tədbirlərin təməlini qoydu.

 

Bu yazını Prezident, Ali Baş Koman­dan İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə həmin görüş zamanı söylədiyi diqqətçəkən bir fikirlə tamamla­yırıq: “Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa– alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağ­dam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz, elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.

 

Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq bayraq qaldır­mağa məcbur olub, bizim qarşımızda diz çöküb. 30 il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qaba­ğımızda, bayraq qaldırdı, təslim oldukapitulyasiya aktına imza atdı.

 

Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdikbu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti .-2021.- 20 noyabr.- S.1;5.