Xalçaçılıq sənətimizin
Lətif Kərimov zirvəsi
Bu günlər Azərbaycan xalçaçılıq sənətinin elmi əsasını qoymuş Xalq rəssamı Lətif Kərimovun 115 illiyi qeyd olunur. Bu münasibətlə Lətif müəllimin tələbələrindən biri, Birləşmiş Millətlər Təşkilatının UNCOPA (Beynəlxalq Təltiflər Şurası) tərəfindən “XXI əsrin lider şəxsi” beynəlxalq diplomu və Avropanın nüfuzlu Leybnis medalı ilə təltif edilmiş sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva ustadı haqqında xatirələrini “Xalq qəzeti”nə göndərmişdir. Həmin materialı təqdim edirik:
115 il əvvəl Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində bir uşaq dünyaya gəlir. Dağların ucalığı, təbiətin gözəlliyi və rənglərin harmoniyası onu məftun edir. O, dünyaya bu gözəllik prizmasından baxır və sanki, ömrü boyu onu müşayiət edəcək naxışların sehrinə düşür. Anası Telli xanımın toxuduğu Qarabağ xalçalarının nəfis cilvələri, təbiətə vurğunluğu onun gələcək taleyini müəyyənləşdirir.
Rəssam özü haqqında deyirdi:
“Torpaqdan irəli xalça
görmüşəm. Anam Telli Hacınəsib qızı xalçaçı
idi. Onun toxuduğu “Ləmpə”,
“Dəryanur”, “Saxsıda
güllər” xalçaları
çox məşhur
olub. Mən o xalçaların üstündə iməkləmişəm,
dil açmışam,
yerimək öyrənmişəm.
Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allahverənlər tayfasının
çörək ağacı
sayılırdı”.
Balaca Lətif 1912-ci ildə ailəsi ilə birlikdə İranın Məşhəd şəhərinə
köçməli olur. Burada xəttatlıq
sənətinin sirlərini
öyrənir, rəssamlıq
bacarıqlarını təkmilləşdirir.
1922-ci ildə məktəbi bitirdikdən
sonra Mirzə Hüseyn Ələkbərzadənin
xalça emalatxanasında
əvvəlcə təlimatçı
köməkçisi, sonra
təlimatçı, rəssam
kimi fəaliyyət göstərərək püxtələşir
və xalça sənətinə mükəmməl
yiyələnir. Təbriz və
Ərdəbil şəhərlərində
məşhur xalça
mərkəzlərini gəzir,
hər sənətkardan,
hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənir.
1928-ci ildə
Vətənə dönüb,
Şuşada “Qarabağxalça”
artelində təlimatçı
kimi fəaliyyətə
başlayır. 1930-cu ildə
“Azərxalça” İstehsalat
Birliyində rəssam-təlimatçı,
sonradan oranın bədii-texniki rəhbəri
vəzifələrində çalışır,
AMEA-nın Memarlıq
və İncəsənət
İnstitutunda şöbə
müdiri işləyir,
1960-cı ildən ömrünün
sonuna kimi Mədəniyyət və
İncəsənət Universitetində
pedaqoji fəaliyyət
göstərir.
Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin
banisidir. Azərbaycan xalça sənətinin
elmi əsaslarla öyrənilməsi və
peşəkar xalçaçı
rəssamların yetişdirilməsi
məhz onun adı ilə bağlıdır. Lətif müəllimlə
ilk tanışlığım tələbəlik illərinin
sonunda Xalça Muzeyinə təcrübəyə
göndərilməyimlə başladı və ilk tanışlıq, bu təcrübə taleyimdə
həlledici rol oynadı. Lətif müəllim deyirdi
ki, “Röya, mən bu sənəti
nənələrdən öyrənmişəm,
onların yanında dayanaraq, işlərinə
baxaraq sənətin sirlərinə vaqif olmuşam. Sən isə bu gün məndən öyrənirsən və
mən inanıram ki, bu sənəti
davam etdirəcəksən”.
O, xalçalarımızın
vurğunu idi, xalçaların kompozisiyalarını,
hər xalça məktəbinin özəlliklərini
biz tələbələrinə böyük həvəslə
öyrədir, suallarımıza
səbrlə cavab verir və sənətin
incəliklərini izah
edirdi. Bu şəxsiyyətdə
öyrətmək, paylaşmaq
xüsusiyyətləri yaradıcılıqla
bir araya gələndə artıq
fenomenal məna kəsb edirdi.
Onun sehrli, ilməli dünyası məhz xalçadan başlayır,
lakin o təkcə õalçaçılıq sahəsində
dåyil, dåkorativ tətbiqi
sənətin başqa
sahələrində də
fəaliyyət göstərib. O, nadir ornamental, süjetli-tematik xalçaların,
metal, mərmər, çini
məmulatının müəllifi,
görkəmli qrafik-rəssam
idi.
Sənətkar, həmçinin
Nizami adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin Azərbaycan
pavilyonunun portalları,
tağları və interyerlərini bəzəyən
müxtəlif memarlıq
ornamentlərinin müəllifi
olub.
Bu böyük
sənətkarın fəaliyyəti,
sənətşünas kimi
tədqiqatları daim
yüksək qiymətləndirilib. Böyük elmi
əhəmiyyəti olan
əsərlərinə, xüsusən
“Azərbaycan õalçalarının ornamentlərinin mənşəyi”
kitabına görə
1950-ci ildə Lətif
Kərimova Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sənətşünaslıq
namizədi alimlik dərəcəsi vårilib. Onun monumental tədqiqat işlərindən
biri – üç cildlik “Azərbaycan xalçası” kitabı
bu sənətlə bağlı müasir dövrümüzdə də
dəyərli nəşr
hesab edilir.
Lətif müəllımın yaradıcılığı
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Azərbaycan Rəssamlar
İttifaqının üzvü
L.Kərimov I dərəcəli
Dövlət mükafatı
laureatı idi, “Əməkdar incəsənət
xadimi”, “Xalq rəssamı” kimi fəxri adlara, orden və medallara
layiq görülmüşdü.
O, Azərbaycan mədəniyyətini
dünyanın bir çox ölkəsində
məharətlə təmsil
etmişdi.
Lətif Kərimov
Azərbaycan õalçaçılığının müõtəlif növlərinə aid kompozisiya
və naõışları toplayıb və Quba, Şirvan, Bakı, Qazaõ, Gəncə,
Qarabağ, Təbriz õalça qruplarına
daõil
olan 150-dən artıq
õovlu və õovsuz õalça məmulatı
çåşnilərini yığıb, onların
rəngli råproduksiyasını hazırlayıb.
Nədənsə, mən
onun bir fikrini də yadıma saldım: “Çox çətindir rəqabətsizlik hiss etmək.”
Bu sənətdə onun rəqibi yox idi. Bunu özü də anlayırdı. Lətif müəllim
həm Azərbaycan xalçalarını, həm
də öz adını dünyada əbədiləşdirib.
Xoşbəxtəm ki, Lətif müəllim kimi həm tələbkar, həm də mərhəmətli ustadım
olub. Bu gün də onun verdiyi
məsləhətlər, nəsihətlər
həyatıma işıq
salır. O, həmişə
deyirdi: “Sənin nənən xalça toxuyurdu, sənin bu sənətə gəlməyin təsadüfi
deyil. Bunu həmişə yadda saxla. Sənin qanında Şuşamın
ruhu var. Sən məni yaxşı anlayarsan”. Qarabağ torpağına çox bağlı idi Lətif müəllim!
Mən onun şagirdi və davamçısı
olduğumdan şərəf
duyuram. Heç zaman Azərbaycan
milli xalçaçılıq
sənətinin mayasında
duran, xalqına ona xas olan
unikal sənəti aşılayan ustadı unutmuram. Bir gün Lətif müəllim V.Q.Moşkovanın
“XIX əsrin axırı
– XX əsrin əvvəllərində
Orta Asiya xalqlarının xalçaları”
adlı kitabını
mənə bağışladı
və kitabın üzərinə yazdığı
avtoqrafda məni “gənc sənətşünas”
və “xalçaşünas”
adlandırdı. Bu yazı artıq mənim üçün yol göstəricisi oldu.
Xalça sənəti elmində ilk
böyük addımım
1983-cü ildə L.Kərimovla
birlikdə Londonda tanınmış “Halı”
jurnalında nəşr
olunan “Vağ-Vağ” məqaləm oldu. “Lətif Kərimov fenomeni” kitabımda, həmçinin müəllifi
olduğum “Həyatımın
naxışları” sənədli
filmində də ona hörmətim, minnətdarlığım öz
əksini tapıb.
İngilis dilində çap olunmuş “Azərbaycan xalçaları
ensiklopediyası”nı
ustadım Lətif Kərimovun xatirəsinə
həsr etmişəm.
Onun necə insan olduğunu, həyat yolunu bilmək istəyənlər “Həyatımın
naxışları” xalçasına
baxıb çox şeyləri öyrənə
bilərlər. Mənim üçün Lətif Kərimov adının arxasında incə hissiyyatlı, öz əqidəsində
qətiyyətli insan,
sənətkar, alim bir insanın taleyi canlanır.
Lətif Kərimov 1991-ci ildə dünyasını dəyişib. Onun cismani
yoxluğu Azərbaycan
mədəniyyəti üçün
çox böyük itki idi.
Lətif müəllimin
bu sözlərini tez-tez xatırlayıram: “Röya, xalçadan möhkəm tut! Bu sənət heç vaxt səni tənha qoymaz, sənə xəyanət etməz. Ancaq bu sənət
səninlə qalacaq.
Xalça həmişə səni saxlayar, kömək edər və sevindirər.”
Lətif müəllimə söz vermişdim ki, həyatım boyu bu sənətə bağlı olacağam və bu gün
də sözümün
üstündə durmuşam. Həm
49 il çalışdığım
onun yaratdığı,
dünyada birinci Xalça Muzeyində, həm də bir zamanlar onun
fəaliyyət göstərdiyi
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində…
Bir məqamı da xüsusilə vurğulamaq
istəyirəm, Lətif
müəllim Azərbaycan
xalçası adını
hələ 1983-cü ildə
ilk dəfə UNESCO səviyyəsinə
qaldırdı və ölkəmizdə ilk beynəlxalq
xalça simpoziumunun
keçirilməsinə nail oldu. Biz də “Azərbaycan
xalçaçıları” İctimai Birliyi olaraq bu yolu
davam etdirib, UNESCO-da Azərbaycan xalçaçılıq sənəti
ənənəsinin Qeyri-Maddi
Mədəni İrsin
Reprezentativ Siyahısına
daxil edilməsi təşəbbüsü ilə
çıxış etdik
və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan xalçası
bu siyahıya daxil edildi. İctimai Birlik
isə 2012-ci ildən
bəri UNESCO-nun Qeyri-
Maddi Mədəni İrsin Qorunması Konvensiyasının Hökumətlərarası
Komitəsinin QHT Forumunda
ölkəmizi uğurla
təmsil edir.
Bu gün
də xalça sənətinin elmi inkişafı sahəsində
əldə etdiklərimi
ustadım, Xalq rəssamı, dekorativ-tətbiqi
sənətimizin inkişafında
əvəzsiz xidmətləri
olan Lətif Kərimovun adı ilə bağlayır və onu hər
zaman böyük ehtiramla yad edirəm.
Röya TAĞIYEVA,
sənətşünaslıq üzrə elmlər
doktoru, professor
Xalq qəzeti .- 2021.- 20 noyabr.-
S.15.