Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi,
ayrılması və ləğvi ilə bağlı
mülkiyyət, maliyyə və başqa
məsələlərin həlli üçün
yaradılan komissiyanın say tərkibi və
fəaliyyət Qaydası”nın təsdiq edilməsi
haqqında” 2009-cu il 19 sentyabr tarixli 147 nömrəli, “Bələdiyyələrin
birləşməsi ilə bağlı mülkiyyət, maliyyə
və başqa məsələlərin həlli
məqsədi ilə komissiyaların yaradılması
haqqında” 2009-cu il 26 noyabr tarixli
184 nömrəli, “Mərzçəkmə qaydaları və
mərz nişanlarının formalarının
nümunələri”nin təsdiq edilməsi haqqında” 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli,
“Fövqəladə hallar orqanları əməkdaşlarının
sosial və maddi təminatı
haqqında” 2011-ci il 4 may
tarixli 67 nömrəli, “Bələdiyyələrin
birləşməsi ilə bağlı
mülkiyyət, maliyyə və başqa
məsələlərin həlli məqsədi ilə
komissiyaların yaradılması haqqında” 2015-ci il 13 mart tarixli
66 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Beynəlxalq və ölkədaxili (şəhərlərarası
və rayonlararası) sərnişin və yük
daşımalarını yerinə yetirən
sürücülər üçün iş və istirahət rejimi,
nəqliyyat vasitələrinin taxoqraflarla
təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət
Qaydası”nın təsdiq edilməsi və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Avtomobil nəqliyyatı ilə beynəlxalq
sərnişin və yük
daşımalarının həyata keçirilməsi ilə
bağlı bəzi məsələlər haqqında” 2010-cu il 24 dekabr tarixli
244 nömrəli və “Ümumi istifadədə
olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və
yük daşımalarını yerinə
yetirən sürücülərin iş
və istirahət rejiminə, iş şəraitinin
xüsusiyyətlərinə dair
Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli
qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 29 may tarixli 249
nömrəli .qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisa-diyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 751; 2010, ¹ 4, maddə 364; 2015, ¹ 11, maddə 1418) ilə təsdiq edilmiş “Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndələri” sözləri ilə əvəz edilsin;
1.2. 1.7-ci bənddə, 2.5-ci bəndin birinci cümləsində, 2.8-ci bənddə və 2.9-cu bəndin ikinci cümləsində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
1.3. 2.7-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi yanında” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində” sözləri ilə əvəz edilsin.
2. “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 noyabr tarixli 184 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 942) 1-ci hissəsində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 904; 2012, ¹ 12, maddə 1375; 2015, ¹ 11, maddə 1418) ilə təsdiq edilmiş “Mərz-çəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – ƏMDK)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) sözləri ilə əvəz edilsin;
3.2. 5.4-cü bənddə “ƏMDK-nin ərazi bölmələri” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri” sözləri ilə əvəz edilsin;
3.3. 6.1-ci bəndin birinci cümləsində birinci halda “ƏMDK-nin” sözü “Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə, “ƏMDK-nin ərazi bölmələri” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri” sözləri ilə əvəz edilsin;
3.4. 6.2-ci bəndin ikinci cümləsində “ƏMDK-nə” sözü “Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin;
3.5. 7.1-ci və 7.2-ci bəndlərdə birinci halda “ƏMDK-nin” sözü “Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə, “ƏMDK-nin ərazi bölmələrinin” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin” sözləri ilə əvəz edilsin;
3.6. 9.6-cı bənddə birinci halda “ƏMDK-nin” sözü “Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə, “ƏMDK-nin ərazi bölmələri” sözləri “Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri” sözləri ilə əvəz edilsin;
3.7. 10.3-cü bənddə hər iki halda “ƏMDK-nin” sözü “Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;
3.8. 10.4-cü bənddə “DTXK” akronimi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
3.9. həmin nümunələrə 1-5 nömrəli əlavələrdə “DTXK” akronimi “ƏMDX” akronimi ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 441; 2014, ¹ 2, maddə 213; 2017, ¹ 4, maddə 620; 2019, ¹ 3, maddə 514, ¹ 4, maddə 761) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın 3-cü hissəsinin üçüncü abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq şəhər, rayon ərazi idarələr” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri” sözləri ilə əvəz edilsin.
5. “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 mart tarixli 66 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 443) 1-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndələri” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 2155; 2019, ¹ 3, maddələr 528, 534, 544, 563, 566, 568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə 1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə 1677, ¹ 11, maddə 1878, ¹ 12, maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə 479, ¹ 5, maddə 643, ¹ 6, maddə 784, ¹ 8, maddə 1134, ¹ 9, maddə 1222, ¹ 10, maddə 1273, ¹ 11, maddələr 1403, 1408, ¹ 12 (V kitab), maddələr 1589, 1597; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddə 278, 288, 293, 300, 302, ¹ 4, maddələr 395, 399, 404, 416, 417, 418, ¹ 6 (IV kitab), maddə 695, ¹ 7, maddələr 871, 874, ¹ 8, maddələr 966, 973; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 264 nömrəli, 15 oktyabr tarixli 312 nömrəli, 28 oktyabr tarixli 320 nömrəli, 30 oktyabr tarixli 325 nömrəli və 1 noyabr tarixli 333 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 40-cı hissənin 2-ci sütununda “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” sözləri ilə əvəz edilsin;
6.2. 55-ci və 56-cı hissələr ləğv edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 982; 2020, ¹ 9, maddə 1239) ilə təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 6.2-ci bənddə “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi (bundan sonra – Mərkəz)” sözləri ilə əvəz edilsin;
7.2. 12.2-ci, 13.1-ci, 13.6-13.8-ci, 13.12-ci, 13.16-cı, 14.1-ci bəndlərdə, 14.2-ci və 14.6-cı bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Mərkəz” sözü ilə əvəz edilsin;
7.3. 12.17-ci və 13.13-cü bəndlərdə ismin müvafiq hallarında “Agentlik” sözü ismin müvafiq hallarında “Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
7.4. həmin Qaydanın 7 nömrəli əlavəsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzinə” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
19 noyabr 2021-ci il ¹
360
Xalq qəzeti
.- 2021.- 25 noyabr.- S.8.