“Bir pəncərə”
prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida
məhsullarının təhlükəsizlik baxımından
yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında
qarşılıqlı fəaliyyətin tənzimlənməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 noyabr tarixli
485 nömrəli Qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 373 Bakı
şəhəri, 29 noyabr 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 noyabr tarixli 485 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11, maddə 2435) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə “Sisteminin (AQTS)” sözləri “İnformasiya Sisteminin (AQTİS)” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydasının 2.9-cu bəndində “Sisteminə (AQTS)” sözləri “İnformasiya Sisteminə (AQTİS)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti
.- 2021.- 30 noyabr.- S.8.