Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Daxili işlər
orqanlarının əməkdaşlarına fasiləsiz xidmət
illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin
hesablanması Qaydasının təsdiq edilməsi barədə”
2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Gömrük
orqanlarının vəzifəli şəxslərinin
fasiləsiz xidmət illərinin və bununla
əlaqədar onlara verilən əlavələrin
hesablanması Qaydası”nın təsdiq edilməsi
haqqında” 2006-cı il 9 yanvar
tarixli 4 nömrəli, “Ədliyyə
orqanları işçilərinin qulluq
illərinin hesablanması və bununla əlaqədar
onlara əlavə haqqın verilməsi
Qaydası”nın təsdiq edilməsi
haqqında” 2008-ci il 29 may
tarixli 123 nömrəli, “Fövqəladə
hallar orqanları əməkdaşlarının
sosial və maddi təminatı
haqqında” 2011-ci il 4 may
tarixli 67 nömrəli və “Miqrasiya orqanları işçilərinin fasiləsiz
qulluq illərinin və bununla
əlaqədar onlara verilən əlavələrin
hesablanması Qaydası”nın təsdiq edilməsi barədə”
2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 368 Bakı şəhəri, 25
noyabr 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 589; 2010, ¹ 12, maddə 1123; 2011, ¹ 2, maddə 161; 2014, ¹ 6, maddə 729; 2016, ¹ 11, maddə 1941; 2017, ¹ 4, maddə 620) ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin: “dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 37; 2010, ¹ 10, maddə 907, ¹ 12, maddə 1123; 2017, ¹ 4, maddə 620; 2019, ¹ 2, maddə 351) ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin: “dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 446; 2010, ¹ 12, maddə 1123; 2012, ¹ 4, maddə 400; 2017, ¹ 4, maddə 620) ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.10-cu yarımbənd əlavə edilsin: “2.1.10. ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət.”; 3.2. 2.2.1-ci yarımbənddən “və məhkəmə aparatlarında ali hüquqi təhsil tələb edən inzibati vəzifələrdə” sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilsin: “2.2.3-1. digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət;”; 3.4. 2.2.4-cü yarımbənddən “ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında,” sözləri çıxarılsın;
3.5. 2.2.8-ci yarımbənddə “məhkəmə” sözü “dövlət” sözü ilə əvəz edilsin.”. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 441; 2014, ¹ 2, maddə 213; 2017, ¹ 4, maddə 620; 2019, ¹ 3, maddə 514, ¹ 4, maddə 761) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 2.1.11-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.12-ci yarımbənd əlavə edilsin:
“2.1.12. dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.”. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 260 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 11, maddə 1199; 2017, ¹ 4, maddə 620) ilə təsdiq edilmiş “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2.1.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.10-cu yarımbənd əlavə edilsin:
“2.1.10. dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 28 noyabr.- S.6.