Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 24 noyabr tarixli 508 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 367 Bakı şəhəri, 25 noyabr 2021-ci il

 

 

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifə-lərinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1398 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 7, maddə 1482, ¹ 10, maddə 1906, ¹ 11, maddə 2177; 2018, ¹ 11, maddə 2432, ¹ 12 (II kitab), maddə 2730; 2019, ¹ 12, maddələr 2080, 2099; 2021, ¹ 3, maddə 294) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 5-ci hissəsində “sertifikatasözü “Dövlət qulluğu sertifikatı”na (bundan sonrasertifikat)” sözləri ilə əvəz edilsin

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 noyabr tarixli 508 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2172) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 1-ci hissədə “sertifikatsözü “Dövlət qulluğu sertifikatı” (bundan sonrasertifikat)” sözləri ilə əvəz edilsin;

 

2.2. “Qeydlər” hissəsinin 2-ci bəndində “bir il” sözləri “altı ay” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti  2021.- 28 noyabr.- S.6.