Azərbaycan tarixi qələbə ilə beynəlxalq hüququ bərpa etdi

 

 

 Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalqqalib dövlət kimi əbədi yaşayacağıq.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda əldə edilən sosial-iqtisadi uğurlar sayəsində dünyanın ən sürətlə inkişaf edən, müasirləşən dövlətinə çevrilib. Otuz ilə yaxın bir dövrdə erməni faşizminin işğalında qalan torpaqlarımızın azad olunması regionda yeni bir vəziyyət yaradıb. Bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, nüfuzunu daha da artırıb.

 

 Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə ölkəmizin daha da güclənəcəyi heç bir şübhə doğurmur.

 

Ötən il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində dövlətimizin başçısının rəhbərliyi ilə qazanılan şanlı zəfər isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur yarasına məlhəm oldu.

 

Azərbaycan uzun illər ərzində Ermənistanın ədalətsiz mövqeyinin dəyişməsi, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərsə də, real nəticə görünmədi, düşmən işğalçılıq yolundan dönmədi. Son illərdə isə düşmən ölkənin rəsmiləri tərəfindən yeni ərazilərimizi tutmaq iddiaları açıq şəkildə dilə gətirildi, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribat xarakterli bəyanatları aparılan danışıqlar prosesinə ciddi zərbə vurdu.

 

Azərbaycan isə haqq-ədalət yolunda inamla irəlilədi, beynəlxalq güclərin respublikamıza qarşı ikili standartlarından heçruh­dan düşmədi, Ermənistanın işğal siyasətini, təxribatlarını ifşa etməkdən çəkinmədi, beynəlxalq birliyi qəsbkarın faşist mahiyyəti barədə vaxtaşırı məlumatlandırdı.

 

Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdim. Vətən müharibəsi ərəfəsində Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə başlayacağı heç kimə sirr deyildi. Çünki düşmən bunu cəzasızlıq mühitindən yararlanıb, əgər belə demək mümkündürsə, dünyaya bəyan etməkdən çəkinmirdi. Prezident İlham Əliyev isə çıxışlarında, sammitlərdə, debatlarda tarixihüquqi arqumentlərə əsaslanaraq, Ermənistanın mövqeyini darmadağın edir, işğalçının danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini diqqətə çatdırır və Nikol Paşinyanı dünya ictimaiyyətinin gözü qarşısında məğlubiyyətə uğradırdı. Məsələn, dövlətimizin başçısı İkinci Qarabağ savaşına bir neçə gün qalmış, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar etdibunun qarşısını almağa çağırdı. Beynəlxalq birliyin susqunluğundan daha da ürəklənən işğalçı Ermənistan isə yenə də dayanmadı və sentyabrın 27-də qoşunların təmas xəttində daha genişmiqyaslı təxribata əl atdı. Lakin bu qəsbkar ölkənin darmadağın olması və kapitulyasiyası ilə nəticələndi.

 

Burada onu da xatırladaq ki, Vətən müharibəsində Azərbaycanın əks-həmlə əməliyyatları qarşısında dayana bilmədiyini, uduzduğunu görən erməni faşizmi havadarlarına üz tutaraq, savaşa son qoymağa cəhd göstərdi. Lakin Azərbaycan haqq mübarizəsindən geri dönmədi, müharibəni sona kimi – Ermənistan acı məğlubiyyəti etiraf edənə qədər aparmağı qətiləşdirdi. Beynəlxalq ictimaiyyətə Qarabağ torpağı uğ­runda sonadək vuruşacağını bəyan etdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində də həmin günləri xatırladaraq dedi: “Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heçbizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kimheç nə dayan­dıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kimheçbizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət sava­şına çıxmışıq. Biz milli qürur savaşı­na çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq”.

 

Azərbaycanın bu inamlı addımları, qətiyyəti təsadüfi deyildi. Başqa sözlə, Vətən müharibəsində dövlətimizin uğur əldə edəcəyi əminliyini şərtləndirən bir sıra mühüm amillər var idi. Belə ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qara­bağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmışdı, mühüm önəm daşıyan beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısı­nın bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qa­rabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması xüsusi rol oynamışdı. Eyni zamanda, 44 günlük müharibə günlərində də dünyanın nüfuzlu KİV-inə müsahibələr verən Prezident İlham Əliyev həm iş­ğalçı Ermənistanın, həm də bu ölkənin havadarlarının əməllərini bütün dünya­ya bir daha çatdırmışdı.

 

Digər vacib bir məqam isə o idi ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına silahlı qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən illər ərzində mühüm tədbirlər reallaşdırılmışdı. Başqa sözlə, Azərbaycan münaqişənin həlli yolunda siyasi müstəvidə mühüm nailiyyətlə, əldə etməklə bərabər, ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində də misli görünməyən nəticələrə nail olmuşdu.

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın ədalətli qələbəsini şərtləndirən əsas amillərdən biri də ölkədəki mövcud xalq-iqtidar-ordu vəhdəti idi. Belə ki, Prezident İlham Əliyevin hakimiyyətinin bü­tün mərhələlərində olduğu kimi, Vətən savaşı dövründə də xalq dövlətimizin başçısına güclü dəstək göstərdi. Azərbaycan Ordusu isə Ali Baş Komandanın bütün əmrlərinə həmişəki kimi sadiqlik nümayiş etdirdi. Prezidenti İlham Əliyev sentyab­rın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bu barədə bildirdi: “Müharibə dövründə hamımız bir şüar­la yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordu­sunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq…”.

 

Bax, ölkədəki bu gücün, əzəmətin, qələbəyə inamın nəticəsi idi ki, düşmən relyef cəhətdən əlverişli döyüş mövqelərinə, güclü müdafiə istehkamlarına malik olsa da, tədricən məğlubiyyətə doğru gedir­di. Çünki əvvəla, yad bir ərazidə, Azərbaycan torpaqlarında vuruşur­du. Digər tərəfdən, uzun illər idi ki, “məğlubedilməz ordumifinin əsiri olmuşdu. Bütün bunlarla bərabər, işğalçıda ruh, torpaq sevgisi yox idi. Elə bütün bu cəhətlərə görə də onlarda döyüşün ilk günlərindən fərarilik baş qaldırdı. Dövlətimizin başçısı sözügedən müraciətində bəhs etdiyimiz məqam barədə dedi: “Qırx dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamış­dır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

 

Azərbaycan Prezidentinin vurğu­ladığı kimi, ölkəmiz üçün 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Azərbaycan parlaq qələbəni döyüş meydanın­da qazandı, 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən təmizləndi. Azərbaycan qan tökərək, şəhidlər verərək bu zəfəri əldə etdi və düşmən qarşımızda diz çökməyə məcbur oldu, kapitulyasiya aktına imza atdı.

 

Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Qarabağ münaqişəsi tarixdə qaldı. Bu gün Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağ­lıq Qarabağ” adlı qurum yaratsın, res­publika, cəmiyyət yaratsın. Bizonu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır.

 

Vaqif BAYRAMOV

 

 Xalq qəzeti.-2021.-2 oktyabr.-S.1.